Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında iddia edib ki, "noyabrın 14-də Azərbaycan qoşunları ölkə ərazisinə daxil olub". Məhz bu səbəbdən bu gün müdafiə naziri Arşak Karapetyan işdən çıxarılıb.
Ermənistan teleqram- kanallarının məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri ermənilərin dörd postunu tutublar və texnikanı ələ keçiriblər, erməni hərbçiləri bu mövqelərdən çıxarıblar.
"Turan" xəbər verir ki, həmin mənbələrin məlumatına görə, ermənilərin Cermuk istiqamətində üç, Qaragöl ərazisində bir postu tərk edilib. Ermənilər yük maşınlarını və bir BMP-ni orada qoyublar. Bu mövqelər Laçın və Ermənistanın Sünik vilayəti sərhəddindədir.
Azərbaycan Müdafiə Nazirliyi baş verənləri şərh etməyib. Ancaq qeyd edək ki, iki ölkə arasında hələlik sərhədlər müəyyənləşdirilməyib. 30 illik işğal dövrü isə Ermənistan Azərbaycanla sərhəddi özü istədiyi kimi müəyyən edib, postlarını Azərbaycana aid ərazilərdə qurub. İndi müzəffər ordumuz tərəfindən həmin postlardan ermənilər qovulur. Yəni, əslində, Azərbaycana məxsus ərazilər ermənilərdən təmizlənir!
"AzPolitika.info"

Şərhlər
RUSIYA IMKAN VERSEYDI PASINYAN COXDAN SULH BAGLAMISDI
1918 -ci il tarixdə dünyada qəbul edilmiş xəritələrə əsaslanmaq və hərəkət etmək gərəkdir.
Düşmənlə o vaxt sülh bağla ki, o artıq yoxdur. Yəhudi atalar sözü.
TƏdricən postları irəli çəkməklə, hayları məcbur etməliyik ki, özləri sərhədlərin demarkasiya və demilitasiyasını təyin etməyi yalvarsınlar.
Xırda işlərlə vaxt itirmək zamanı deyiı! 1920 xəritəsi üzrə sərhədləri bərpa edib,buralarda sərhəd xidməti təşkil etmək və mühafizəni zaman itirmədən təşkil etmək lazımdır.Yalnız bu məsələnin həlli olardı.