RUSİYA PAŞİNYANA SƏNƏD TƏQDİM ETDİ – “Bu təkliflər Ermənistan üçün qəbulediləndir”

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflər hazırlayıb.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün - noyabrın 18-də hökumətin iclasında belə bir açıqlama ilə çıxış edib. O bəyan edib ki, Rusiyanın Müdafiə Nazirliyi delimitasiya və demarkasiyanın hazırlıq mərhələsi ilə bağlı təkliflər hazırlayıb. "Bu təkliflər Ermənistan üçün qəbulediləndir”, – Paşinyan vurğulayıb.

Paşinyan Müdafiə naziri Suren Papikyana göstəriş verib ki, Rusiya Müdafiə Nazirliyinin təkliflərinin detallarını aydınlaşdırsın. O, “gəlin, Rusiya Federasiyasının təklifləri çərçivəsində prosesi gerçəkləşdirməyə cəhd edək”, deyib, amma detalları açıqlamayıb.

Paşinyan bir gün öncə parlamentdə Azərbaycanı prosesi pozmaqda suçlayıb, maydan bəri Rusiyanın sərhədlə bağlı təkliflərinə cavab vermədiyini iddia edib. 16 noyabr toqquşmalarından sonra Rusiya və Qərb tərəfləri delimitasiya və demarkasiyası prosesinə başlamağa səsləyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 17-də Moskvada rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb. Patruşev Rusiyanın sərhədlərin müəyyənləşdirilməsinə müvafiq yardım göstərməyə hazır olduğunu deyib.

Son toqquşmalardan sonra Birləşmiş Ştatlar və Avropa Birliyi İrəvanla Bakını sərhəd demarkasiyası daxil vacib məsələlərin həllinə doğru işləməyə çağırıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Anonim 2021-11-19 01:38:01

Pasinyan Rusiyani istemir demeli agilli adamdi

RR 2021-11-18 18:07:58

Hamsi rusdarin oyunudu ))))

Son yazılar