“BRÜSSELDƏN SONRA MOSKVADA TOPLAŞACAQLAR...” – “Moskva imkan verməyəcək ki...”

Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Bu görüş noyabr ayının əvvəlində Moskvada baş tutmayan üçtərəfli sammitdən, cəbhədə baş verən hərbi toqquşmalardan sonrakı dövrə təsadüf edir. Məlumdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu görüşə qatılmaqdan imtina etmişdi.

Maraqlıdır, tərəflər Brüsseldə hansısa anlaşma əldə edə bilərlərmi?

Politoloq Elxan Şahinoğlu bildirir ki, liderlərin görüşməsinə və danışıqlar aparmasına ehtiyac var. İki ölkə müharibədən sonra yerdə qalan problemli məsələləri masa ətrafında həll etməyə çalışmalıdır. Ekspert qeyd edir ki, sərhəddəki gərginliyin artırılması nə Azərbaycana, nə də Ermənistana faydalıdır: “Bizə lazımdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara razılaşsın, dəhlizin açılması sürətlənsin, sülh sazişinin mətni üzərində iş başlasın. Bunun üçün müxtəlif səviyyələrdə danışıqların başlaması faydalıdır. Əlbəttə, bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq, ancaq indiki şərtlər altında danışıqların alternativi yoxdur”

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsində yekdil olsa da, müharibədən sonra bəzi məsələlərdə fərqli yanaşmalar meydana gəldi: “Ancaq sərhəddə baş verən son toqquşmalar və itkilərimizlə bağlı cəmiyyət içərisində fərqli baxışlar meydana çıxıb, bunu sosial şəbəkələrdəki müxtəlif statuslardan da hiss etmək olar. “Zəngəzur dəhlizi məsələsində Qarabağın azad olunması qədər israrlı olmamalıyıq” kimi fikirlərlə razılaşmasam da, fərqli fikirləri və bu mövzuda diskussiyaları normal qiymətləndirirəm, 10 milyon azərbaycanlı eyni cür düşünə bilməz. Zəngəzur dəhlizi və sərhəddəki toqquşmalarla bağlı cəmiyyətdə fikir ixtilafının yaranması o deməkdir ki, bu mövzuların cəmiyyətə daha tutarlı və məntiqli şəkildə izahına ehtiyac var. Hakimiyyət ideoloqları bu barədə düşünməlidirlər”.

Moskva görüşünün baş tutmamasına rəğmən liderlər Avropa Şurasının prezidenti Şarl Mişelin Brüsseldə bir araya gəlmək təklfini nədən qəbul ediblər?

Bu suala cavabında E.Şahinoğlu bildirib ki, Brüssel görüşünü sərhəddəki son insident zəruri etdi. “Ancaq Moskva imkan verməyəcək ki, Brüssel vasitəçilik məsələsində irəliyə çıxsın. Böyük ehtimalla, Brüsseldən sonra Moskvada toplaşacaqlar”, - politoloq vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

fut azarkeşinə 2021-11-21 18:36:41

Doğrusunu O, görürmüş, ömürlük siyasətçilər yox! Axı, bəzi liderlər öz xalqının taleyini DİGƏRİNİN ayağına uzlaşdırır?

Moshu 2021-11-21 08:27:05

Yerindən duran özünü gündəmdə saxlamaq çəqsədilə politoloqluq edir, hamının bildiyi, ağlı kəsdiyi məsələlərə şərh verir. Hələ ki, yeganə ağlı yerinə olan bu cavan oğlandır - Elxan Şahinoğludur. Paşikin yeganə çıxış yolu Qərbdən kömək ummaqdır, Rusiyadan əlini üzüb, daga doğrusu batdığını görüb saman çöpündən yapışır.

futbol xestesi 2021-11-20 19:50:41

AFFA NIN YENI PLANI NEFTCINI SABAHA UDUZDURUB SAMIR ABBASOVU ISTEFAYA GONDERIB SONRA DEKABRDA YIGMA KOMANDAYA BAS MESQCI GETIRMEKDI YENE DE OZ BILDIKLERINI EDECEKLER

Son yazılar