MOSKVA BRÜSSELİ QABAQLAYIR: DÖVLƏT BAŞÇILARI ÖNCƏ SOÇİDƏ GÖRÜŞƏCƏK - Tarix açıqlandı

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

"AzPolitika.info"nun "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın 26-da baş tutacaq.

Bildirilib ki, V. Putin, İ. Əliyev və N. Paşinyan Soçi görüşü zamanı Qarabağda dinc həyatın qaydaya salınması, bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı gələcək addımları müəyyənləşdirəcəklər.

Qeyd olunur ki, üçtərəfli danışıqlardan əlavə Rusiya Prezidenti Vladmir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüş keçirəcək.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib. Aİ-nin yaydığı məlumatda qeyd olunub ki, liderlər Brüsseldə görüşməyə razılaşıblar.

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-11-23 18:02:45

Rusiya sülh müqavioləsini əngəlliyəcək,heç-heçə müqaviləsi imzalatdıracaq.Mühariobə bitməyəcək.

B.Qarabağlı 2021-11-23 17:14:17

Brüssel önü bu görüşün bir neçə gün təkrar keçməsi daha aydın mülahizə və qarşılıqlı qərarlara qətiyyət verə bilər! V.V.Putinin SÜLHMƏRAMLI niyyəti Soçi də baş tutmasa da Brüsseldə barışıq tarixi qoya bilər?

Son yazılar