Menu

Paraqvayda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

25.11.2021, 23:48
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 hərbçi həlak olub.

Helikopterin göyərtəsində dörd hərbçi olub. Sağ qalan yaralı mexanik xəstəxanaya aparılıb. Onun vəziyyəti kritik qiymətləndirilir.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol