SOÇİDƏ ÜÇTƏRƏFLİ GÖRÜŞ BAŞ TUTDU - Qəbul olunan bəyanatın TAM MƏTNİ + VİDEO (Yenilənir)

Sentyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

AZƏRTAC-a istinadən bəyanatı təqdim edirik:

“Azərbaycan Respublikası Prezidentinin,

Ermənistan Respublikası baş nazirinin və

Rusiya Federasiyası Prezidentinin Bəyanatı

26 noyabr 2021-ci il

Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük, Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli Bəyanatın icrasını, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə etdik.

Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiq olduğumuzu bir daha təsdiq etdik.

Biz 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə razılaşdıq.

Biz Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşdirilməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd etdik.

Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq.

11 yanvar 2021-ci il bəyanatına uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyi ilə bağlı yaradılan üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdik. 

Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması, Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardımı göstərəcək”. 

***

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş 3 saatdan artıq davam edib və artıq bitib. 

"AzPolitika" "Ria Novosti"-yə istinadla xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu məlumatı təsdiq edib. 

"Bəli, üçtərəfli görüş bitdi", - Peskov deyib. 

Üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər. 

Dmitri Peskov bildirib ki, bəyanatın mətni yaxın dəqiqələrdə jurnalistlərə təqdim olunacaq.

Üçtərəfli görüşdən dərhal sonra isə Vladimir Putinlə Nikol Paşinyan arasında görüş olub. 

Görüşdən sonra liderlər açıqlamalar verməyə başlayıblar. Vladimir Putin deyib: "Konstruktiv iş apardıq. Bu görüş vəziyyətin dərin analizi oldu". 

Azərbaycan Prezidenti isə deyib: "Səmimi görüş oldu. Biz bütün planlarımızı açıq şəkildə müzakirə etdik".

Prezident əlavə edib ki, "yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək".

Dövlət başçısı bildirib ki, Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək.

"Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və səmimi söhbət olub", - Prezident İlham Əliyev vurğulayıb.

Paşinyan da görüşün nəticələrini pozitiv qiymətləndirib.

***

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

“Report” xəbər verir ki, danışıqlar V.Putinin təşəbbüsü ilə keçirilir.

Görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilir. 

***

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir” -deyə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirilən görüşdə bildirib.

O qeyd edib ki, 2021-ci ilin ilk 9 ayı ərzində ölkələr arasında mal dövriyyəsinin həcmi 11% artıb. Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir.

V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.

635x100

Şərhlər

SAVALAN 2021-11-27 12:15:09

Yaxşı olacağını dü.ünüb özümüzü aldatmayaq... Nə qədər ki, dəstəbaşı rusdur yaxşı heç nə olmayacaq!

Bəhram Əşrəfi 2021-11-27 09:17:00

Böyük-Geniş, yüksək tonla bəyan edilib, lakin 33 ildulmuş ŞURƏVİ-MÜDRİK heç bir sən unuədsiz də qərar. Bunu hər kəs Avropa da, dürüst erməni də, 33 il hərbi işğal altında saxlan azərbaycanlı da imzalaya bilər! 70 il SSRİ, 34 il müstəqillik nə göstərdi? Ermənistanın ərazisi var, əhalisi yox, Azərbaycanın əhalisi artıb, yüz minlərlə evləri də yox edilib? Dünyada yüz minlərlə birgə azəri-erməni ailəsi olmasına baxmayaraq, biri digərinə güllə atır? Və məncə, artıq sabahdan bu anti-insani vəhşiliyə son qoyulacaq!

Köhnə azərbaycanlı 2021-11-26 18:39:30

Dövlətimiz üçün xeyirli olar İNŞALLAH.

Son yazılar