PREZİDENT NAZİR MÜAVİNLƏRİNİ DƏYİŞDİ - Yeni nazir müavinləri kimlərdir? + DOSYE/FOTOLAR (Yenilənib)

Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, İndira Niyazi qızı Hacıyeva 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat və fizika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir işləyib.

İndira Niyazi qızı Hacıyeva

2001-ci il iyunun 1-də Gənclər, İdman və Turizm Nazirliyində Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı vəzifəsinə təyinat alıb. 2001-ci il sentyabrın 1-dən 2003-cü il oktyabrın 24-dək Uşaqlarla iş şöbəsinin rəisi, 24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

27.02.2006-19.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi işləyib.

01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

01.01.2012-ci ildən bu ilin sentyabrına kimi isə adı çəkilən nazirlikdə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.

İ.Hacıyeva Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2011-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

22 iyun 2016-cı il tarixli sərəncamla isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.

Mariana Vasileva-Toteva

Mariana Vasileva-Toteva isə 6 iyul 1974-cü ildə Bolqarıstanda anadan olub. 

Bolqarıstanın Sofiya şəhərindəki gimnastika klubunda çalışıb. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasından məşqçi işləməsi üçün dəvət alıb və Azərbaycanda çalışmağa başlayıb. 2009-cu ildən o, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. Ailəlidir, iki övladı var.

635x100

Şərhlər

Camaat 2021-12-01 11:48:34

Allah heç xeyir verməsin !

Azərbaycanlı 2021-11-30 21:46:18

O qadının biri elə bil ki Marqarita Simaonyanın əkiz bacısıdır. Götürün şəkillərinə baxın 100%

Azad 2021-11-30 15:39:52

Bir Azəri Türkü ya Talışdan Ləzgidən tapılmadı bunları gətirib qoydular ora

t.ədalət 2021-11-30 12:42:09

Vətəndaşa:Rus xanımın Bolqarıstanda anadan olması göstərir ki,onun valideyinlərdən biri diplomat olub.Sovet diplomatlarının hamısı kəşfiyyatçı olublar..........Rus dili isə xalqların həbsxanada saxlanılması dilidir.

Vətəndaş 2021-11-30 12:32:35

Ölkədə 67 nazir müavinindən cəmi 6-sı qadındır, deyirsiz ki, matriarxata keçəcəyik? Bu nə təfəkkürdür?! Mariana Vasileva Bolqarıstandandır, Rusiyadan deyil. Bakıda Azərbaycan dilini öyrənib, Azərbaycanca danışdığı müsahibələr də var ("youtube"da baxmaq olar).

Vətəndaş 2021-11-30 07:12:07

Mariana Vasileva uzun illərdir gimnastika üzrə yığmada baş məşqçidir. Nəticələr var. Bircə dəfəsə Bakıda gimnastika yarışlarına gedib baxan onun uşaqları nrcə ruhlandırdığını, uduzanda da yanında olduğunu görə bilərdi. Hər şeyi başqa tərəfə yozmağa çalışmaq lazım deyil.

RR 2021-11-30 03:20:22

Maraqlidir bu Mariana Azerbaycanca danisha bilir ? Hiyyy ?

Azərbaycanlı 2021-11-29 22:47:26

Bunların milliyyəti kimdir.

Vətəndaş 2021-11-29 22:44:49

Meydan deyəsən yavaş-yavaş ötürülür qadınlara. Matriarxat dövrünə keçəcəyik?

Qulu 2021-11-29 22:03:35

İndices Hacıyeva köhnə komsomolun mərkəzi komitəsində uşaq şöbəsində işləyirdi. Zeynal Nagdəliyevin kadrı olmalıdır. Əslində pis kadr sayılmırdı. Tələbkar, bir az da tərs,kimi xarakterizə olunurdu. İşinin də öhdəsindən gələ bilirdi.

t.ədalət 2021-11-29 19:33:57

Yenə rusdilli kadrlar..... Bakıya,Gəncəyə və digər yerlərə raketlər atan Rusiyanın belə seviləcəyi heç müstəqilliklə bir araya sığmır.

Xazar 2021-11-29 19:02:02

elza seyidcahanla , xoşqədəmi də mədəniyyət nazirinin müavini təyin etmək lazımdır.

Son yazılar