HƏRBİ HELİKOPTERİN QƏZAYA UĞRAMASININ İLKİN SƏBƏBİ AÇIQLANDI -14 nəfər həlak olub, 2 nəfər yaralanıb + SİYAHI/VİDEO (Yenilənib)

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Baş Prokuorluqdan  verilən məlumata görə, istintaqın hazırki mərhələsində müəyyən edilmişdir ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilmişdir.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

Dövlət Sərhəd Xidmətini (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, DSX-nin rəisi müavini İlham Mehdiyev bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olmuşlar:

polkovnik Cavadov Fizuli Əli İbram oğlu; 

polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

mayor Həsənov Elmir Mircəlil oğlu; 

mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 

mayor Mayılov Emil Şahid oğlu; 

mayor Məmmədov Murad Yaşar oğlu; 

mayor Əliyev Emil Elman oğlu; 

tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 

kapitan Bayramlı Cavid Əhliman oğlu; 

kapitan Əliyev Xəyyam Əlixan oğlu; 

kapitan Qaraisayev Teymur Ənvər oğlu; 

leytenant Süleymanov Abdulla Telman oğlu; 

baş leytenant Nağıyev Fərid Təyyar oğlu; 

işçi Nəbiyev Elçin Fikrət oğlu. 

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanmışlar.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.  



***

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir:

"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".

Rəsmi təsdiqlənməmiş məlumata görə, qəzada yüksək rütbəli zabitlər həlak olub. 

Allah rəhmət eləsin.

635x100

Şərhlər

Niyaməddin 2021-12-01 16:28:15

1991-ci il 20 noyabr və 2021-ci il 30 noyabr. Bu sizcə təsadüfdürmü?

Patriot 2021-11-30 19:05:12

Bir meselenin askar edilmesi murekkeb hell yollarinda yox sade analiz ve tehliller neticesinde mueyyen edilir. Bu hadiseler silsile xarakteri dasiyir. Xeyanetkarlara qarsi eyni amanaizliq gosterilmelidir.

t.ədalət 2021-11-30 18:51:05

Rusiyanın casusları kənardan müdaxilə etmirlər.Onlar elə içəridədirlər.

Mubariz 2021-11-30 18:43:00

Allah rəhmət eləsin ,anlamıram ,döyüş tapşırıqlarını yoxlamaq üçün bütün zabitləri köhnə helikopterə yığmaq nə məqsəd güdürmüş ?

Vətəndaş 2021-11-30 17:04:21

Sərhə xidmətinin vertolyotu bəlkə səthəddə vurulub? Bəlkə yenə rusların yenə bizə qarşı 200 ildə etdiyi genosiddən biridir

Son yazılar