ELÇİN QULİYEV HELİKOPTER QƏZASI İLƏ BAĞLI BRİFİNQ KEÇİRDİ - "Helikopter demək olar yenidir, qısa müddət öncə..." + VİDEREPORTAJ

"Helikopterin pilotu ən yüksək səviyyədə ağır şəraitlərdə uçuşlarda təlimatlı olan pilotlarımızdan biridir. Uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov I Qarabağ müharibəsində də iştirak edib".

Bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, helikopter demək olar yenidir və qısa müddət öncə təmir işləri aparılıb.

“Prezident İlham Əliyev tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib” - deyə, general-polkovnik Elçin Quliyev deyib.

Daha ətraflı videoreportajda:

635x100

Şərhlər

Niyaməddin 2021-12-01 16:39:35

Allah zalımların belini qırsın, şəhidlərimizə rəhmət eləsin.

Veteran 2021-12-01 11:29:58

Elşin Quluyev istefa ver get.

Baba 2021-12-01 10:20:51

Müəmmalı hadisədir. Zabitlərimizi oğullarımızı yenə ......

Cəmşid Dərələyəzli 2021-12-01 09:38:00

Elçin Quliyev "Helikopter, demək olar ki, yeni helikopterdir, onun üzərində qısa müddət öncə təmir işləri aparılmışdı". Day bu ağılın sahibinə ne deyəsən. Təzə idi nədir, yenicə təmirdən çıxmışdı nədir. Hələ araşdırma başa çatmadan, söylədiyi başqa fikirlərini də saymıram. İnanırıq ki, Ölkə Başçısı belə adamlar barəsində ölçü götürülməsi barədə öz sözünü deməlidir.

JJ 2021-12-01 05:27:26

Bu vertolyotlarin hamisi kohne leshlerdi. Allah Shehidlerimize Rehmet elesin!

Kaku 2021-12-01 01:59:47

Demek olar ki tezedi sozunun menasi kohnedi demekdi

Eli 2021-11-30 22:09:30

Allah Şehidlerimize qeni qeni rehmet eylesin Mekanları Cennet olsun.

t.ədalət 2021-11-30 20:44:02

Siz necə komandansınız ki,küləkli havada helikopter təlimni keçirirsiniz?

Sahib 2021-11-30 20:23:26

Hər ÇP- dən sonra bu general uca səslə deyir ki hər şey idealmış.Helikopter vurulmayıb. Amma qəza olub...... NİYƏ olub? Təmir kağız üzərində olmayıb ki?

Mubariz 2021-11-30 19:57:35

Demək olar ki təzədir ,təzə təmir olunub ? sözə bax

Son yazılar