PREZİDENTDƏN QARABAĞLA BAĞLI MÜHÜM SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunan Emin Hüseynov kimdir? (Yenilənib)

Xəbər verdiyimiz kimi, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənədə əsasən, “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 493) ləğv edilib.

Prezident İlham Əliyev eyni zamanda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Emin Zamin oğlu Hüseynov 1974-cü ilin 12 noyabr tarixində Sumqayıtda anadan olub. E. Hüseynov orta təhsilini də Sumqayıtda alıb.

O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Ailəlidir, üç övladı var.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001–2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.

E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin Strategiya və İnkişaf üzrə Prorektoru vəzifəsində çalışıb.

O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə E. Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub.

O, 29 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.

2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

635x100

Şərhlər

İ.İmamov 2021-12-03 20:37:17

Emin müəllim 2007-ci ildə Bank Tədris Mərkəzində Filialların idarə edilməsi üzrə dərs deyib. Olduqca savadlı iqtisadçı, təcrübəli,ciddi və tələbkar bir kadr olmaqla yanaşı yüksək səviyyəli insanpərvər bir ziyalıdır . Təbrik edirəm və uğurlar arzulayıram !

İ.İmamov-Şəki 2021-12-02 21:18:47

emin müəllim 2007-ci ildə Bank Tədris Mərkəzində Filialların idarə edilməsi üzrə dərs deyib. Olduqca savadlı iqtisadçı, təcrübəli, ciddi və tələbkar bir kadr olmaqla yanaşı yüksək səviyyəli insanpərvər bir ziyalıdır. Təbrik edirəm və uğurlar arzulayıram.

Adil 2021-12-02 20:40:13

Cenab Prezidentin siyaseti mohtesemdir. Biz bunu sexsen gozleyirdik. Bu praktikanin diger rayonlardada suretle heyata kecirmesini xahis edirik. Bu siyasi kurs diger iqtisadi zonalarda da suretle tetbiq edilmelidir. Yasasin Ilham Eliyev yasasin Azerbaycan xalqi!

Son yazılar