XARİCİ İŞLƏR NAZİRLƏRİ ARASINDA GƏRGİNLİK... - Dialoqu qarşılıqlı ittihamlar əvəzləyib

İsveçin paytaxtı Stokholm şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin 28-ci iclası başlayıb.

Görüşdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ATƏT münaqişədən sonrakı bərpa işlərinə töhfə verə bilər: “Biz ATƏT-ə əməkdaşlıq təklif etmişik və hələ də cavab gözləyirik. Eyni zamanda münaqişənin başa çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini tanımaları və hörmət etmələri üçün unikal imkan yaradıb”.

Nazirin sözlərinə görə, Bakının münaqişədən sonra bu istiqamətdə bir sıra praktik addımlar atmasına baxmayaraq, Ermənistan hələ də bu məsələyə münasibət bildirməyib.

Ceyhun Bayramov deyib ki, Ermənistan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə əməl etməli və özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır.

Regionda bütün kommunikasiyaların blokdan çıxarılması məsələsinə toxunan nazir deyib ki, bu, tərəflər arasında etimadın bərpasına kömək edərdi: “Zəngəzur dəhlizinin yubadılmadan realizə olunması təkcə Azərbaycan və Naxçıvan arasında adamların və nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün yox, həm də Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqəsinin bərpası üçün zəruridir”.

Bayramov habelə bildirib ki, Ermənistan minalanmış ərazilərin dəqiq və tam xəritələrini hələ də verməyib və bu, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, məcburi köçkünlərin yurdlarına qayıtmasına maneə yaradır.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə iddia edib ki, Azərbaycanın "təcavüzündən" sonra Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır.

Mirzoyan həyasızcasına Azərbaycanı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərini pozmaqda itiham edib.

Nazir bildirib ki, Azərbaycan nəinki onda olan “əsirləri” qaytarmır, üstəlik yeni “əsirlər” götürməyə çalışır.

Ararat Mirzoyan ümid etdiyini bildirib ki, ötən həftə Soçidə keçirilən üçtərəfli danışıqlarda əldə olunmuş razılaşmalar gərginliyin aradan qaldırılmasına imkan verəcək: “Sülh bütün tərəflərin razılığını tələb edir. Ermənistan Cənubi Qafqazda uzunmüddətli və stabil sülhə nail olmaq istəyir və danışıqlara hazırdır. Azərbaycan sülh prosesinin bərpasına nə qədər tez razılaşsa, bizim regionda hərtəfəli və uzunmüddətli tənzimləmənin əldə edilməsi üçün bir o qədər çox imkanlar olacaq”.

Erməni nazir yenə də Qarabağda qalan ermənilərin “statusundan” danışıb, köçkün düşən ermənilərin təhlükəsiz və ləyaqətli bir şəkildə əraziyə qaytarılmasının əsas məsələlərdən biri olduğunu iddia edib.

Ararat Mirzoyan deyib ki, Ermənistan Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində sülh prosesinə sadiq qalır.

"AzPolitika.info"

635x100

Şərhlər

XIN-deki acinacaqli duruma haq 2021-12-05 00:43:29

camaat, ceyxun bayramovun nazirlizinde haq adalet-falan zoxdur, emekdahlari qul ve ya köle saxlazirlar, onlarin huquqlarini pozurlar, hetta alcaldirlar. Mammedyarov getdi, amma onun kiórrupsiya qanunlarini cenab Bayramov ddavam etdirir, sefirler ve idare reisleri balaca qanqsterler, nazir muavinleri ise zeke qanasterlerdirler.

Camal 2021-12-04 15:55:48

Əsir götürmək lazım deyil - yerindəcə məhv etmək lazımdır. Bu itlərə güzəşt etdikcə qudururlar...

Roma 2021-12-03 14:35:06

erməni həyasızlığının onsuz da limiti, həddi-hüdudu yoxdur, dünyanın ən alçaq, ən şərəfsiz, ən iyrənc toplumudurlar. Bizim zəbt olunmuş ərazilərimizin, işğaldan azad olunmasına, onlar guya öz torpağlarının işğalı kimi hesab edirlər...nə qədər həyasız, alçaq, şərəfsiz, murdar və s. kimi pis sözlər də bunlara artıqdır...yəni bu sözlərdən də pisinə layiqdirlər...

Roma 2021-12-03 14:33:44

erməni həyasızlığının onsuz da limiti, həddi-hüdudu yoxdur, dünyanın ən alçaq, ən şərəfsiz, ən iyrənc toplumudurlar. Bizim zəbt olunmuş ərazilərimizin, işğaldan azad olunmasına, onlar guya öz torpağlarının işğalı kimi hesab edirlər...nə qədər həyasız, alçaq, şərəfsiz, murdar və s. kimi pis sözlər də bunlara artıqdır...yəni bu sözlərdən də pisinə layiqdirlər...

Son yazılar