NAZİRDƏN YENİ MÜAVİNİ İLƏ BAĞLI AÇIQLAMA - Niyə Mariana Vasileva təyin olunub?

Gənclər və idman naziri Fərid Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Mariana Vasilevanın müavin təyin olunmasının səbəbini açıqlayıb.

F.Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb.

O, bildirib ki, Vasileva əsl peşəkardır: "Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavin təyin edilib. İdman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir. Digər müavin – İndira Hacıyeva gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır".

F.Qayıbov nazirliyin yaxın illər üçün strategiyasının hazırlandığını xatırladıb: "Bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır. Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə çoxkomponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq".

Nazir qarşıya qoyulan hədəflərdən də söz açıb: "Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edənin yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik".

635x100

Şərhlər

Məmməd 2021-12-08 20:52:21

... Qaldi ki, yerli kadrlara, baxin başqa sahələrə görün nə səviyyədədirlər? MM-də oturub danişanlara baxin, istənilən başqa sahədi kadrlara baxin...

Niyaməddin 2021-12-07 17:25:21

Allah bizə ağıl versin! Bir mənalı məsəl var; qarğa tovuzquşu yerişi yerimək istədi, öz yerişini də itirdi. Türk-islam mövqeyini tərk edib, ruslaşan, avropalaşan, farslaşan, ərəbləşənlər kimlik yoxsulluğu yaşayan cahillərdir.

Komandor 2021-12-07 15:40:46

Lütfən, heç bir irad tutmayaq. Nazir bildirir ki, MÜAVİNi peşəkardır! Bəli, peşəkar idmançı və məşqçidir! Çox pakizə! Nizam-intizam və sədaqətinə inanırıq. Ancaq, hesabatlı bir təşkilatçı-idarəçi kimi hansı dərəcədə təcrübəli və peşəkardır? Nazirə hesabatlı olacaq, yoxsa onu vəzifəyə təyin etdirənə? Hər dolaşıqlıq elə həmin arxaya əminlikdən başlanır?

Tofiq 2021-12-07 09:06:06

Əsas onun bədii gimnastikayla məşğul olmasıdır. Orda lazımi insanın gözünə girə bilib

Vətəndaş 2021-12-06 23:11:51

Erotik gimnastika! Bir bu çatmırdı.gənclərimizi belə korlayırlar.Malades düşüncənizə!

CAHİD 2021-12-06 22:59:13

GUYA NAZİR ÖZÜ BU İŞİN ÖHDƏSİNDƏN GƏLMƏYİ BACARAN İXTİSASLI,İNZİBATİ TƏCTÜBƏLİ,YATATLI BİR ŞƏXSDİR Lİ,HƏLƏ ONUN MƏLUMATI DA BİR İŞƏ YARIYA? BİR DƏ GUYA 10 MİLYONLUQ AZƏRBAYCANDA KADY TAPILMIR Kİ,MARİNAYA EGTİYAC YARANIB?

Yusif 2021-12-06 22:54:30

Bu nazirin hansı idman novündə.nailiyyəti var? Bunu səhiyyə naziri, ya da müdaifə naziri qoymaq lazm idi.

Yusif 2021-12-06 22:48:26

İbman nazirliyinə idmannan xəbəri olmayan vitini təuin efillət. Bu bədbəxtən sotuşan yoxfu ki, sənin hans idman növünnən hansisa nailiyyətin varmı? Yəni belə fikirləşək ki, bunu səhiyyə naziri və ya müdaifə naziri təyin etsinlər. Bu bədbəxt neyləyə.bilər axı .. Ona görə idnanımız bu fündədi

RR 2021-12-06 21:25:40

Bizim qencler onun ûcûn yaddir ) ôgey Ana meselesi (( bu hakda dûshûnmediniz ?

t.ədalət 2021-12-06 20:01:56

Xalq müharibənion ağrı-acısı ilə çırpınır, rusdilli,russevdalı adamlar öz keflərindədir.Bu adamlar üçün müharibə yaraları yoxdur...

Həsən 2021-12-06 18:27:16

Nazirin üz gözündən idman iyi gəlmir. O ki, qaldı Marinaya. Hara dartsanız xeyri yoxdu. .....

Son yazılar