“ÖLKƏYƏ DAXİL OLAN KİMİ SAXLANILACAQ...” – Rəsul Quliyev hakimiyyətlə tam barışığa nail olubmu?

25 ildir ABŞ-da siyasi mühacirətdə yaşayan Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev Vətənə qayıtmağına maneə olmadığını bildirib. "Düşünmürəm ki, Azərbaycana gəlməyimdə maneə var", - eks-spiker “Laf.tv”-yə müsahibəsi zamanı bildirib. 

R.Quliyev daha sonra deyib: "Hesab edirəm, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm... Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm... Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim... Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm".

Məlumdur ki, Azərbaycan hüquq-mühafizə orqanları R.Quliyevə qarşı bir sıra ittihamlar irəli sürərək, onun barəsində beynəlxalq səviyyədə həbsli axtarış elan ediblər. Buna baxmayaraq, R.Quliyev uzun illərdir Amerika qitəsində və Avropada sərbəst hərəkət edə bilir. Beynəlxalq polis Azərbaycanın müraciətinə baxmayaraq onu saxlamır. Lakin artıq R.Quliyev Azərbaycana dönməkdə də heç bir probleminin olmadığını əminliklə deyir.

Eks-spikerdə bu əminlik nə ilə bağlıdır? Onun barəsindəki cinayət işi zaman aşımına görə qüvvəsini itirib, ya hakimiyyətlə hansısa razılaşmaya nail olub?

Xüsusən də Vətən müharibəsindən sonra R.Quliyev hakimiyyətə qarşı müxalif mövqeyindən geri çəkilib. O, son vaxtlar nəinki hakimiyyətin müxalifi kimi davranır, bəzi hallarda hətta hakmiyyəti onun qatı təbliğatçılarından daha çox müdafiə edir. “AzPolitika”-ya daxil olan məlumata görə, R.Quliyev 25 il əvvəl tərk etdiyi hakimiyyət səngərinə yenidən geri dönməsinin iqtisadi faydalarını da artıq görməyə başlayıb. Belə ki, o, Bakıdakı çoxsaylı daşınmaz əmlaklarının üzərində yenidən sərəncam hüququ qazanmaqdadır.

Bu baxımdan, ola bilsin ki, eks-spiker hakimiyyətlə bu yaxınlaşmadan ruhlanaraq daha da irəli getmək, Azərbaycana dönməsinə qoyulmuş qadağanı ləğv etdirmək istəyir.

Maraqlıdır, hakimiyyətin bu qayıdış niyyətinə reaksiyası necə ola bilər? Mövqeyindəki radikal dəyişiklik nəzərə alınaraq, keçmiş spikerə "yaşıl işıq" yandırıla bilərmi?

Əlbəttə, bu tamamilə siyasi qərardan asılıdır. Vaxtı ilə xarici ölkələrdə siyasi mühacir həyatı yaşamış siyasətçilər hökumətin razılığı ilə ölkəyə qayıdıb. Onlardan eks-prezident Ayaz Mütəllibovun hətta statusu bərpa edilib, dövlət tərəfindən himayəyə götürülüb.

İşin siyasi tərəfi aydındır, bəs, Rəsul Quliyevin dönüşünə hüquqi əngəllər necə, 25 ildən sonra hələ də varmı? 

Bu barədə kiçik araşdırmamız üzə çıxardı ki, R.Quliyevin dönüşü yenə də siyasi qərara bağlıdır. Belə ki, onun barəsində açılmış cinayət işinin 20 ildən artıq tarixi olsa da, bu ittihamların ləğv olunması anlamına gəlmir. Baş Prokurorluğun o zaman yaydığı məlumata görə, Rəsul Quliyev 1990-95-ci illərdə "Azərneftyaq" neftayırma zavodunun direktoru, ARDNŞ vitse-prezidenti, parlamentin spikeri olduğu vaxtlarda netf məhsullarının istehsalına və ixracına nəzarət edib. Açıqlamada qeyd olunur ki, R.Quliyev 107 mln. dollar məbləğində vəsait mənimsəyib və dövlətə zərər vurub. Prokurorluq bu səbəbləri əsas gətirərək Daxili İşlər Nazirliyinə Səbayel Rayon Məhkəməsinin 2000-ci il oktyabrın 10-da Rəsul Quliyev barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə qərarını icra etməyi tapşırıb.

O zaman Rəsul Quliyevin hüquqlarını müdafiə etmiş vəkil Osman Kazımov "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, eks-spikerə vəzifə səlahiyyətlərini aşma, külli miqdarda dövlət əmlakını mənimsəmə və s. maddələrlə ittiham verilib: "Bu ittihamlar üzrə cinayət işinin istintaqı dayandırılıb və Rəsul Quliyev haqda saxlamla qərarı ilə axtarış elan edilib. Əgər ölkəyə gələrsə, o dərhal saxlanılacaq və barəsindəki ittihamlar üzər cinayət işinin istintaqı bərpa olunacaq. Bundan sonra onun azad edilib-edilməməsi siyasi qərarla həll edilə bilər". 

Beləliklə, aydın olur ki, Rəsul Quliyevin ölkəyə qayıtması ancaq hakimiyyətin razılığı ilə mümkün ola bilər. Onun barəsindəki cinayət işi hələ də qüvvədədir. R.Quliyevin hakimiyyətlə belə bir razılıq əldə edib-etmədiyi isə məlum deyil.

"AzPolitika.info"

635x100

Şərhlər

Oxucu 2021-12-10 16:26:30

Marağlıdır kimi tərifləmək istəsən Türkiyəni,kimi tənqid etməj istəsən Rusyanı və yaxudda İranı bahanə edib,ürəyindən keçəni yazırlar.Xalqın gözü tərəzidir bu atalar misalını unutmaq olmaz.

Oxucu 2021-12-10 06:53:19

İnanılmazdırki Rəsul Quliyevə görə özlərini belə fəda edənlər var?

t.ədalət 2021-12-09 23:47:05

Bunu da yazmağı lazım bildim ki,Rəsul Quliyevi indiki iqtidar yox Rusiya didərgin salmışdı.Azərbvaycanın Türkiyə ilə yaxınlaşması bir-çox məsələlərə aydınlıq gətirir.Yəni,Rusiyanın mövqeyi,kimlərinsə Rusiyaya bağlılığından asılı olmayaraq,zəifləyir.Rusiya hazırda dərin bir parçalanmanın ərəfəsindədir.Zor gücünə yaradılmış federasiya son günlərinə yaxınlaşır.Xalqlar rus bayrağı altında yaşamaq istəmirlər.İqtisadiyyatı çökmək üzrə olan Rusiyanın özü də əsarətdə saxladığı millətləri yedirmək iqtidarında deyil.

Eli 2021-12-09 13:19:52

t.Edalet beyln dedikleri konkret faktlardir ve qalır qarşı terefin kişi kimi etiraf etmedi ki o da her afamın işi deyil.Nece ki Rehim Qazıyev deyirdi Şuşa getse meydanda bu başıma gülle çaxacam.Niye burmafı özünü .Ona göre o heqiqi herbçi ,heqiqi vetenperver deyyilfi ,qısası kişiliyi çatmadı dediyini elesin.Mğtellibov da ona oxşar bir şeydi.i”Stilyaqo oğlan”Halbuki rehmetlik H.Eliyev onunla E.Vezirovu cinayet etdiklerine göre onları tutdurmadı.Onlar ne etdi bunu butün millet bilir.

Həsən 2021-12-09 07:53:46

Yetənə " bədbəxt" deyirdin. İndi necəsən? Xoşbəxtsən? İçini dərd alıb ki, heç olmasa öləndə vətəndə basdırılasan?. Sən bu vətəni ancaq sənə lazım olanda " sevə" bilirsən. Başqa vaxtı sənə onu didib parçalamaq üçün lazımdır. Qorxma... Sən vətənə nə etsə də o səni yenə qoyunu alacaq... Çünki vətən ANADIR...övladını hər nə olsa atmaz....

Eli 2021-12-09 01:39:49

Şerh yazan Hesen ve B.Qarabağlıya bir meslehetim var:heç vaxt yaxından tanımadığınız ve elinizde konkret fakt olmadığı halda kimse haqqında esassız fikirler seslendirmeyin.Bu en azından özünüze qarşı hörmetsizlikdir.

t.ədalət 2021-12-08 22:06:54

TARİXƏ:Mütəllibov və onun qoçu dəstəsi,Rüfət Ağayev və digərləri Bakını rayonluların üzünə bağlamışdılar.Əjdər Xanbabayevi Mütəllibovun adamları öldürmədimi?Naxçıvan və ermənistan camaatına qarşı mübarizə aparılırdı.Mütəllibov ,hətta blokada qalmış Naxçıvana təyyarələrin uçuşunu da bağlamışdı.Bu kiçik köşədə Mütəllibovun törətdiklərini yazmaq çətindir.Daşaltı faciəsi də onun əli ilə baş verdi.Şüvəlanda yığıncaq keçirib Azərbaycanda ordu yaranmasına mane olmaq üçün bir qurup hərbiçini məhv etdilər.Mən,Mütəllibovun törətdiklərinin hamısını yazmıram."Dvuxportnıy" kostyumuna qədər ermənilərlə bağlı olduğunu özü də etiraf edirdi.Bakıda Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Hacı Əbdülün keçirdiyi qoçular mitinqini də yaxşı xatırlayırsınız.

Həsən 2021-12-08 20:00:30

"Bərbad" müəllim. Elə bilirsən bir- iki məddah sözünlə indiyə qədər etdiklərin unudulacaq? Ay hay... Sən öl az "bərbad" sərhəddi bu tərəfə keçən kimi tutub dərinə saman doldururajaxlar

TARIX 2021-12-08 17:35:19

Hörmətli t.ədalət bəy yazdığinız məlumatın mənbəyini göstərsəydiniz yaxşı olardı.

B.Qarabağlı 2021-12-08 16:24:38

Onun ayağına 107 milyon yazılıb! Bəs, adına qaytarılan mülklərin dəyəri hansı məbləğdədir? Məncə, xeyirxahlıq İnterPolun Siyasi Məhbusunun azadlığı üçün tam kifayətdir? İnterpol dedikdə, ona on minlərlə 'miatsum'a razılaşmayan azərbaycanlıları hərbi terrorla qətlə yetirmiş neçə millətçi erməni qatilini Azərbaycan İnterPolun axtarışına verib, yaxud artıq mühakimə edib və həbsdə saxlayır? Azı, 20%i artıq dünyasını

t.ədalət 2021-12-08 15:59:24

Rəsul Quliyevlə Ayaz Mütəllibovu müqayisə etmək savadsızlıqdır.Hamı bilir ki,Ayaz qədeş ermənilərin yaxınıdır.Onun mərhum arvadının anası Maştağalı olsa da,atası Zaqatalada doğulmuş bir erməni idi.Ayaz qəıdeş,həm də Rusiyanın seçdiyi bir kəşfiyyatçıdır.Azərbaycanı nəyin bahasına olursa-olsun Rusiyanın köləliyində saxlamaq istəyirdi.Bunun üçün referendum da keçirmişdi.Həm Rusiyanın casusu,həm də Araz Ağalarovun qohumu olduğu üçün hakimiyyət onun Azərbaycana gəlməsinə şərait yaratdı.Mən,Ayaz qədeşin əli ilə tötrədilən Daşaltı faciəsini və digərlərini sadalamaq istəmirəm.O ki qaldı Rəsul Quliyevə,onun adı və özü rus kəşfiyyatında yoxdur.

Son yazılar