Rusiya Prezidenti Vladimir Putinin canlı efirdə tanınmış rejissor Aleksandr Sokurovla dialoqu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“AzPolitika.info” xəbər verir ki, rejissorun səsləndirdiyi bəzi tənqidi fikirlər Rusiya Prezidenti tərəfindən açıq hiddətlə qarşılanıb.
Sokurov dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının siyasiləşdirilməsinə, hakim partiyanın hegemonluğuna, insan haqlarının və konstitusiyanın pozulmasına etiraz edib.
Qafqaz respublikaları barədə də danışan rejissor Moskvanın bu bölgə ilə bağlı siyasətini tənqid edib. Xüsusilə də Sokurovun Rusiyanın tərkibindəki milli respublikalara müstəqillik verilməsi təklifi Putini özündən çıxarıb. Rejissor deyib ki, bir çox respublikalar Rusiyanın tərkibində yaşamaq istəmirlər və belələrini “buraxmaq” lazımdır: “Gəlin, bizimlə eyni dövlətdə yaşamaq istəməyənləri buraxaq. Onlara uğurlar arzu edək...”
Cavabında Putin rejissoru belə həssas məsələlərə səthi yanaşmaqda və söylədiklərini düşünmədən dilə gətirməkdə günahlandırıb.
Prezident deyib ki, SSRİ dövründə konstitusiyaya görə milli respublikaların vahid dövlətdən ayrılmaq hüququ vardı. Rusiya konstitusiyasında isə bu, nəzərdə tutulmayıb: “Sonda dediniz ki, gəlin bizimlə yaşamaq istəməyənlərin hamısını buraxaq. Hardan bilirsiniz ki, kim bizimlə yaşamaq istəyir, kim yox... Siz Dağıstanı misal gətirdiniz. Dağıstan çoxmillətli respublikadır. Nə təklif edirsiniz – Dağıstanı parçalamağı? Yaxud, Qaraçay-Çərkəz. Qaraçay-Çərkəzi bölməyi təklif edirsiniz? Orada xeyli məsələlər var. Bizdə ölkə üzrə iki min ərazi iddiası var. Siz bizim ərazimizdə Yuqoslaviyanın təkrarlanmasını istəyirsiniz?... Bəzi şeyləri söyləməzdən əvvəl araşdırmaq və düşünmək lazımdır. Yenə deyirəm, iki min ərazi iddiası var. Bizdə deyildiyi kimi, ”yatmışı oyatma”. Buna çox ciddi yanaşmaq lazımdır. Və səthi şəkildə bütün ölkəyə bu barədə danışmaq heç sizin üçün də icazəli deyil. Sizi inandırıram, bunlar təhlükəli “oyuncaqlar”dır. Biz bundan keçmişik...”

Rejissorun orduyla bağlı tənqidlərinə də cavab verən Putin deyib ki, 1 milyonluq şəxsi heyətə malik qurumda problemlərin olması təbiidir. Lakin 1990-cı illərin ortalarındakı orduyla indikini müqayisə etdikdə nə qədər böyük fərqin mövcud olduğu üzə çıxar. Yenidən Qafqaz mövzusuna qayıdan Rusiya Prezidenti deyib: “Qafqaz Rusiyanın tərkib hissəsidir. Təəssüf ki, başqa mövqe də var – gəlin hər şeyi buraxaq, istədiyimiz kimi yaşayaq. Təkrar edirəm: Niyə düşünürsünüz ki, o respublikalarda yaşayanların əksəriyyəti bizimlə yaşamaq istəmir? Yəqin ki, orada elələri var. Lakin 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində baş verən hadisələr bunun nəylə nəticələnə biləcəyini bizə göstərdi. Siz bunumu istəyirsiniz? Biz bunu istəmirik. Odur ki, bu cür baxışlara malik olan insanları “buraxmaq” çox təhlükəli şeydir. Bu, çox pis nəticələnə bilər. Və biz, bu təhlükəli xətdən uzaqlaşmaq üçün çox şeylər etmişik. Bizi geri itələmək lazım deyil... Məgər Rusiya xalqı Rusiya Federasiyasının dağılmasında və parçalanmasında maraqlıdır? Məgər bu, çoxmillətli və çoxkonfessiyalı ölkə kimi yaranan Rusiya olacaqmı? Siz bizi Moskvaya çevirmək istəyirsiniz? NATO da bunu etmək istəyirdi...”
Xatırladaq ki, Putin hər zaman Qafqaz mövzusuna həssas yanaşıb. Əslində, onun hakimiyyətə gəlməsində və Kremldə möhkəmlənməsində də məhz Qafqazda, xüsusilə Çeçenistanda baş verən məlum hadisələrin və həmin vaxt Putinin ortaya qoyduğu sərt mövqeyin əhəmiyyətli rolu olub. Elə Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibənin sonunda Rusiyanın prosesə müdaxiləsi və Qarabağa hərbi qüvvələrini yerləşdirməsi də bir daha Putin üçün Qafqazın nə qədər əhəmiyyətli olduğunu və ümumilikdə Rusiyanın bu regionla bağlı əsrlər boyu davam edən siyasətinin dəyişmədiyini göstərdi.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
SSRİ bayrağı 31 dekabr 1991-ci ildə son dəfə dalğalandı .Putin səndə kişılk elə 31 dekabr 2021-ci ildə Rusiya bayrağını salla,çıx get.Qoy bütün XALQLAR azad olsunlar.Səndə canını qurtar.Bütün Rusiya və Dünya bunu istəyir.
Sokurov bu sözləri havadan söyləməyin ,buna onu Vadar edən təkzibolunmaz faktlar faktlardır.Proses sürətlə buna doğru gedir,CECENLEƏR tarixi boyu heç zaman rusu sevməyib,əksinə!
Qorbaçov zamanında Solyenitsin bele bir fikir ireli ireli ireli sürürdü: Eger Orta Asiya respublikaları ve Qafqaz pespublikaları bizden ayrılmaq istemeselef biz getek onlardan aytılıb serbest olaq.Bu rejissorun fikri evvelki gikirleri tamamlayır,yeni. artıq Rusiyada dağılma prosesine start verlib,bunlar prezident qarşısında ele bele danışmazlar esaslı biı şey olmasa.
Sokurov çox ağıllı adamdır. Ona halal olsun. Allaha pənah! Bu mənfur Rus imperiyası dağılsın! Bütün
Rusiya dağılacaq, buna zərrə qədər şübhə yoxdur və bu zaman iran və onun sərhədləri də olmayacaq. Rusiya olmasa, biz türklər iranı xəritədən silərik. İnşə Allah hər bir şey biz türklərin istədiyi kimi olacaq!
RUS ZİYALISI ANLAYIR Kİ ,ZOR GÜCÜ İLƏ MƏLLƏTRLƏRİ BİR ARADA SAXLAMAQ DOĞRU DEYİL. ƏMİNƏM Kİ BU FİKİR BÜTÜN RUSİYANI SİLKƏLƏYƏCXƏK. ELƏ BİZDƏKİ BEŞİNCİ KALONU DA.
Rusiyanın dagılmasını bu dövlətin bizə etdikləri prizmasından yanaşaraq mən də çox istərdim. Amma Rusiyanın dagılması regionda iri dövlətlərin maraqlarının toqquşdugunu nəzərə alsaq ciddi konflikt və müharibələrə yol açacagı labüd görünür. Bu isə bizə nə dərəcədə xeyir verə bilər bax bu bir az qorxuludur. İrana qalırsa onun bu ərazidə nəsə edə biləcəyi sonuncu məsələdir. Amma iranın daxilində nə baş verəcəyi indidən bəllidir.
Rusiyanın dağılmağına ancaq sadəlövlər sevinə bilər. İstəyirsiniz iranın sərhədi stavropoldan keçsin.
ayı nə edirsə etsin imperiya dağılacaq
Sevindirici haldır ,artıq ruslar da etiraf edir ki, bir-çox xalq onlarla birlikdə olmaq istəmir.Nəhayət,rus imperiyasının dağılma anı yaxınlaşır.Çox çəkməz,İnşallah!Yazıq Azərbaycandakı casus şəbəkəsinə!Rusiya parçalansa onların da sonu gələcək.