“Çox təəssüf ki, parlament layiq olmadığı haqsız təpkilərlə üzləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsindən sonra da bu təpgilər artıb”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Milli Məclis hər zaman bütün dövlət qurumlarına ehtiramla yanaşıb: “Sanki, bu müsahibədə bir anlaşılmazlıq var. Bəlkə də Səfər Mehdiyevin çıxışı təhrif olunub. Buna aydınlıq gətirilməlidir”.
Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib: “Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edib. Dünən Səfər müəllim mənə zəng edərək dedi ki, onun fikirləri təhrif olunub. Əslində o deputatları deyil, məmurları nəzərdə tutub”.

Şərhlər
Demək belə çıxır ki s.mehdiyev tūpūdūyūnū yaladı,başqa əks halda isə haqqınaz yalan yazıb
Bu yerdə rəhmətlik Musa Yaqubun “Biri sənsən biri mən” şerinin birinci variantı yada düşür. Şair mübahisə edən iki tipi qarşılaşdıraraq deyirdi: -Gəl qısaq səsimizi asta danışaq. Nə deyər bizlərə kənardan keçən? Axı el də bilir, muxruf da bilir. Oğrunun biri sənsən, biri mən. Millət deyə-deyə, xalq deyə-deyə, Cıraq yaxamızı yalan-palandan....
Səfər özü on illərdir çamurda qaz kimi üzür,oradan ancaq buldozerə qoşub çıxarmaq olar,amma bu dəfə həqiqəti özünü sıgorta üçün desə də siyasi səhv buraxdıgını anlamış oldu, məntiqlə belə çıxır ki, bu deputatları xalq seçməyib
Qorxdun?Adam yerində olmayanda qorxaq olur.
Bu məmləkətdə doğru söz adamın başını bəlaya salır.Misal göz önündə.Söz azadlığı həyya yuxarılarda olmur.Bizim məmləkətdən yoxdur.Hələ demokratik toplanyılara dəvət olunmayabda şikayət də editik.Allah yardımçımız olsun.
“Spiker istəsə, Səfər Mehdiyevlə söhbətimizin səsyazısını təqdim edə bilərəm” “Spiker istəsə, Səfər Mehdiyevlə söhbətimizin səsyazısını təqdim edə bilərəm” Siyasət12:33Oxunma sayı: 394 “İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik Baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab olaraq verdiyi açıqlamada deyib. Jurnalist təəsüfləndiyini bildirib ki, onu və haqqın.az saytını hansısa intriqalara cəlb etmək istəyirlər. E.Fətullayev məmurları və deputatları açıq siyasətə və səmimiliyə çağırıb.
Səfər Mehdiyev deputatların üzərinə elə bir çamur atdı ki,onu təmizləməyə üzür diləmək yetməz.Parlamentin çıxış yolu S.Mehdiyevin cəzalandırılmasını hökumət qarşısında qaldırmaqdır.