“Ötən gün Daxili İşlər Nazirliyində nazir müavini İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla görüşə getmişdik. Gözlənilmədən nazir Vilayət Eyvazov görüşə təşrif buyurdu və 3 saat davam edən görüşümüz oldu”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müxalif hüquq müdafiəçisi Rüfət Səfərov deyib. O bildirib ki, polis-vətəndaş münasibətləri, polisin aksiyalarda jurnalistlərə, vətəndaşlara davranışı görüşün əsas məsələsi olub.
R.Səfərovun sözlərinə görə, görüş zamanı 1 dekabr aksiyasında siyasətçi Tofiq Yaqublunun polis tərəfindən döyülməsi iddialarını da nazirlə müzakirə ediblər:
“Vilayət Eyvazov bildirdi ki, aksiyada saxlanılma və maşına mindirilmə zamanı müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti olmadığını dedi. Nazir bildirdi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Mən belə başa düşdüm ki, Tofiq bəy polisə aidiyyəti olmayan, qanunsuz dəstə tərəfindən Bakıdan 70-80 km kənara aparılıb, döyülüb. Bildirdik ki, nəyə görə bu hadisə ilə bağlı cinayət işi başlanmır. Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Ondan sonra əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq”.

Şərhlər
BU HADİSƏ DÜNYA TARİXİNƏ DÜŞÜB. AZƏRBAYCAN BU CİNAYƏTKARI AŞKARLAMAYANA QƏDƏR AVROPA ÖLKƏYƏ DİNCLİK VERMƏYƏCƏK. ÖZÜYXILAN AĞLAMAZ.
V.Eyvazov adəti üzrə ya dogru danışar, ya da heç nə danışmaz. Onu belə tanımışıq. Polis dözməyib deyirsə bunu dogru deyir.. Amma o da Doğrudur ki, bu ölkədə ən azı belə məsələləri kimlər edib və ya edə bilər bax bunu şanlı polisimizdən gizlətmək qeyri mümkündür. Nazir bu işdəki məsuliyyəti polisin üzərindən götürür. Yəni polis döyməyin. Amma döyəni tapmamaq və bilmək onun məsuliyyətindədir, Fatmanisənin yox...Uğurlar cənab V. Eyvazov...
Bütün hallarda polisin bu məsələdə məsuliyyəti var. Tofiqi polis döyübsə də, başqaları döyüşdə də. Nədənsə nazirin sözünə inanmaqım gəlir. Amma onu da hiss edirəm ki, bunu kim edibsə nazir onu bilər, amma tədbir görə bilmir.
yəqin Tofiq Yaqublunu "yad planetlilər" bu hala salıblar!
demək istəyirsiniz ki, bunu polis etməyib, lap yaxşı, elə isə eliyəni tap cəzalandır...
Bəs kim? DİN bunu araşdırmalı deyil?
Tofiq Yaqublunu İsa Qəmbər döyüb o günə salıb. Ox cinayətkar!