“UKRAYNA RUSİYA ÜÇÜN TAMAMİLƏ İTİRİLİB” – “NATO-nun sürünərək Ukraynaya soxulması artıq baş verir”

Ukrayna dövləti hazırda Rusiya üçün həmkar və müttəfiq olaraq tamamilə itirilib.

Bu barədə dekabrın 17-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov «RTV»-yə müsahibəsində bəyan edib.

«Hazırda Ukrayna həmkar, müttəfiq və s. kimi itirilibmi? - indiki halda bəli, tamamilə» - Ukrayna hakimiyyətinin Rusiyaya münasibətinə dair Peskov qeyd edib.

Bu zaman Peskov bəyan edib ki, ruslar və ukraynalılar Ukrayna hakimiyyəti tərəfindən axmaq yerinə qoyulan vətəndaşlar kimi qardaş xalq olaraq qalırlar.

Peskov həm də qeyd edib ki, Ukrayna Qərbin səyləri ilə təhlükəli və proqnoza gəlməyən düşmənə çevrilirlər.

«Bu, bizim üçün çox pisdir, çünki beləliklə NATO infrastrukları qaçılmaz olaraq, bizim sərhədlərimiz tərəfdə lövbər salır. Biz, NATO üzvü olmadan da görürük ki, alyans tədricən Ukraynanın daxilinə nüfuz edir, absorbsiya edir. NATO-nun sürünərək Ukraynaya soxulması artıq baş verir və Rusiya buna laqeyd qala bilmir» - Peskov qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Seyid Ənhu 2021-12-18 20:30:30

Rusiyanı məhv etməklə dünyanın tən yarısını xoşbəxtliyə qovuşdurmaq mümkündür.

Niyaməddin 2021-12-18 19:38:07

Əslində rusiya hakimiyyəti də hansısa imperialist qüvvələrin əlində sadəcə olaraq bir oyuncaqdır. Məqsəd isə insanlar arasında ədavət, ayrı-seçkilik, fitnə-fəsad yaradıb onları bir-birinə qırdırmaqdır. Bununla da dünya əhalisinin sayını azaltmaq, böl, parçala, hökm et prinsipini işə salıb, yeni dünya nizamını qururlar.

Mamed 2021-12-18 10:48:34

Chox maraglidi Peskovun ovladlari ingilterede yawailar. Ve ora vetendawlaridi.

RR 2021-12-18 06:48:56

ukraynani itirdiniz , Qarabaqi tapdiniz , size nevarki ,,,)))

Son yazılar