SOSİAL MİNNƏT NAZİRLİYİ... - Və nazirin demoqrafiya siyasətinə “100 manatlıq” baxışı

Xüsusilə də həyatının uşaqlıq və gənclik dövrünü “papanın gül balası” statusunda keçirən, hazırda da həmin “havalarla” yaşayan və hökumətdə müxtəlif postlar tutan “Avropa təhsilli gənc kadrlar”ın əhalinin sosial durumu, güzəranı, tələbləri barədə səthi, reallıqdan uzaq, bəzənsə aşağılayıcı forma və tərzdə fikir bildirməsi, minnət qoyması insanlarda haqlı olaraq qıcıq və ikrah hissi yaradır. 

Təəssüf ki, dövlətin sosial siyasətinin icrasına görə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli yetkililəri, bəzən hətta nazir səviyyəsində cəmiyyət tərəfindən birmənalı qarşılanmayan açıqlamalara yol verirlər. Bu da sözügedən nazirliyin bəzi strukturlarının süründürməçiliyi, astagəlliyi, bəzənsə açıq qeyri-peşəkarlığı, ədalətsizliyi sayəsində sosial təminatla bağlı cəmiyyətdə mövcud olan gərginliyin daha da artmasına xidmət edir.

"Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur". Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup media nümayəndələrilə keçirdiyi görüşdə deyib.

Nazir bildirib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır: "Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük..."

Babayevin bu fikirlərinə artıq siyasətçilərdən tutmuş iqtisadçı ekspertlərə qədər bir çoxları tənqidi münasibətini bildirib və bu yanaşmanın həm sırf iqtisadi və maliyyə tərəfləri, həm də dövlətin sosial siyasətinə uyğunluğu baxımından yumşaq desək, qüsurlu olduğunu əsaslı şəkildə izah ediblər.

Ancaq nazirin bu fikirlərindəki ən ağrılı və qəbuledilməz hissəsi nəzərdən qaçıb: “Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük(!)...”

Fikir verin, nazir hesab edir ki, əhali onsuz da çoxdur və Azərbaycan ailəsinə hər uşağa görə misal üçün, 100 manat ödənilməsi, onun artıb-çoxalmasını stimullaşdıra, yəni həvəsləndirə bilər. Yəni Azərbaycan kişisi və qadını 100 manata görə dünyaya durmadan uşaq gətirməyə, əhali sayını artırmağa hazırdır. Bu, nə yanaşma, nə münasibətdir belə? Görəsən, nazirin özünün yaxınları, qohum-əqrəbası arasında ayda 100 manatlıq “stimullaşdırma paketinə” görə uşaqpulu almaq üçün artıb-çoxalmağa, dünyaya uşaq gətirməyə hazır olan nə qədər ailə var?

Biriləri milli mənliyimizdən, mentalitetimizdən o qədər də xəbərdar olmayan bu düşüncədəki adamlara başa salmalıdır ki, vəzifəsindən asılı olmayaraq, heç kimin Azərbaycan kişisini və qadınını Rusiyadakı “bomj”larla, “alkaqoliklər”lə eyniləşdirmək hüququ yoxdur!

Yəni doğrudanmı bu adamlar başa düşmürlər ki, uşaqpulu tələbi əhalinin artıb-çoxalması yox, sadəcə, dünyaya uşaq gətirəndən sonra onun qismən də olsa adi ehtiyaclarını, dava-dərmanını, ac qalmamasını təmin etmək üçün tələb olunur.

Digər yandan, ölkənin demoqrafik siyasəti, bu sahədəki strategiyası kimi dövlətin və xalqın gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məsələlər nə vaxtdan Sahil Babayev səviyyəsində həll olunmağa və bu barədə qərarlar verilməyə başlayıb? Doğrudanmı dövlətin əhali artımının stimullaşdırılmasında marağı yoxdur? Axı, birbaşa milli təhlükəsizliyimizə aid bu cür strateji məsələlər nə Babayevin, nə də bu qəbildən olan digər hansısa gəldi-gedər nazirin “çapı üçün” deyil!...

Təcrübə göstərir ki, bu tipli kadrlar öz fəaliyyətləri və məsələlərə yanaşma tərzləri ilə onlara tapşırılan işin, sahənin fəlsəfəsini anlamaqda çətinlik çəkdiklərini ortaya qoyurlar. Bu səbəbdən ən yaxşı halda görməli olduqları işə sıravi maliyyəçi, mühasib prizmasından, yəni quru rəqəmlər, kəsmək, azaltmaq, qənaət etmək, xeyir götürmək və nəhayətdə bir “molodes” almaq gözü ilə baxır. Bunun arxasındakı milyonlarla insan həyatı, güzəranı, ən əsası isə vətəndaşla dövlət arasındakı sosial münasibətlər sisteminin bugünü və gələcəyi, ədalətlilik səviyyəsi, bu münasibətlərin gərginləşməsinin dövlətçilik üçün yaratdığı təhlükələr və s. barədə düşünmək belə istəmirlər, ya da bunu bacarmırlar!

Nəhayət, heç kimə sirr deyil ki, sosial ədalət və sərvətlərin düzgün bölüşdürülməsi, kifayət qədər iş yerləri, monopoliyadan və məmur oliqarxiyasından uzaq iş, biznes mühiti təmin olunsaydı və büdcə talançılığına son qoyulsaydı, bu gün hansısa sosial müavinət, uşaqpulu və s. davası aparan vətəndaşların sayı indikindən qat-qat az olardı.

Söz büdcə talançılığından düşmüşkən, S.Babayevlə görüşdə iştirak edən heç bir mətbuat nümayəndəsi son zamanlar onun rəhbərlik etdiyi nazirliyin keçirdiyi tenderlər ətrafında yaranan şübhəli, qaranlıq məqamlar barədə danışmadı, nazirə sual ünvanlamadı. Bunun səbəbi bəllidir...

Ancaq söhbət dəyəri milyonlarla ölçülən tenderlərin nazirliyin yüksək rütbəli təmsilçilərinə yaxın şirkətlərə verilməsindən gedir. Təkcə “məsləhət almaq” adı altında Babayevin müavini Anar Kərimovun şirkətlərinə 1 milyon manata yaxın, ardınca isə başqa şirkətlərlə konsorsium şəklində 9 milyon manatlıq tenderlər verilib. Təbii ki, nazirin razılığı ilə! O halda yaxşı olardı ki, əhalinin artımının stimullaşdırılmasının əleyhinə olan nazir, büdcə vəsaitlərinin sağa-sola dağıdılmasının, kimlərinsə(!) cibinə axmasının stimullaşdırılmasında da iştirak etməyəydi...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Veten dashi 2021-12-21 10:09:06

Tək oğlu olan ailənin uşağı hərbiyə getməməlidir.Siz oğlanlarınızı göz bəbəyiz kimi qoruyun kasıbın övladı getsin sizin ailələrinizi qorusun..

Alim 2021-12-21 09:08:15

Məqaləyə görə minnətdaram.Ailəsinə bir qəpik belə pul daxil olmayan gənc ailələri heç düşünən yoxdur.

qaraguruh 2021-12-21 02:12:50

uşaqpulu vermədiyiniz uşaqlar vətən müharibəsinə girdilər və canavar kimi döyüşdülər--yadınıza salın paşiniyanın ŞUŞADA şərab içib oynamasını-necə ağlaşırdıq-rəsmən hamı ölüb yerə batmaq istəyirdi indi bu xalqa ağıl öyrədir--hamıdan ağıllıdır- guya

Elxam 2021-12-21 00:26:36

Meqaleye göre çox sağolun

Usaq 2021-12-20 23:17:31

Usaq pulu verməyənlərə ALLAH nəhlət eləsin.Sizin usaqlarınız da biz görən günləri görsün.

AMIN 2021-12-20 22:44:04

Bu nazirin müavini çıxışlarının birində deyir ki,saxta əlilliyin ləğv edilməsi nəticəsində 70 milyon qənaət edilmişdir.Bu o deməkdir ki,dövlət büdcəsinə əlavə 1,5milyard manat pul vəsaiti daxil edəcəyik.Yəni nazir müavini 20 illik dövrü nəzərdə tutur.Nə qədər məntiqsiz yanaşmadır!

Zulfu haciyev 2021-12-20 22:41:27

Atasi qazanib ureyi agriyir

Aborigen 2021-12-20 21:44:29

Məncə bu adamın dediklərini iki konteksdən izah etmək olar: ya düşüncəsi belədir, ya da bu milləti qoyun hesab edir. Əgər nəzərə alsaq ki, bu şəxs nazirdir və bəzi məsələlərdə, məsələn, pulla bağlı işlərdə kifayət qədər məntiqli və ağıllı təkliflər verə bilir, onda deməli ikinci variant daha ağlabatandır. Və sual olunur: əgər biz qoyunuqsa, onda bəs sən kimsən və ya nəsən! Adamın ağlına hər şey gəlir...

Oxucu. 2021-12-20 21:02:11

Bu naziri çoxda tənqid etməyin,birdə görərsinizki keçmiş rabitə naziri R.Quluzadə kimi onuda apardılarprezident sarayına.

Elçun 2021-12-20 21:00:55

Özünüməşğulluq proqramı adıyla millyonları talayırlar

əlil 2021-12-20 20:58:49

məncə bu adam əmr quludur və bizim xalqımıza nifrət edir!

Yusif 2021-12-20 20:19:01

Səlim Müslümov yaçlı nıslin qənimi kəsildi və nəticədə haqq etdiyi cəzasına çatdırıldı. Bu nazirciyəz isə gələcək nəsilin taleyi ilə oynayır. Onu qınamayın.....

Turana lavə 2021-12-20 19:28:10

Bunlar Avropada turist gəzintisinə gedib.həftəlik kurslara yazılanlardır.Onun tərcümeyi halı bunu təsdiqləyirO Avropada 4-5 il hansı universitetdə oxuyub?Yalandan universiyeylərun adını bədnam edirlər.Bu papasının gül balası korrupsiya pulları ilə qastrolyorluq edib.əcaibi də odur ki, kimlər bunları dallarınca daşıyıb millətin boğazına keçirir?

Pensiyaçı 2021-12-20 19:23:21

.Xalqla dvranışını bilməyən,onun ağrı-acısını duymaq qabiXAlqın ağrı-axısını duymaq0liyyəti olmayan,milli qarışıqlı şəxsin belə vəzifəyə təyini yolverilməzdir. anlayışsız adamın əhalinin sosial müdafiəsi naziri təyini elə ilk əvvəldən yanlış addımdır.

Veten dashi 2021-12-20 18:41:48

Əla lənətullahi qövmin min zalimin!Allahın lənət və qəzəbi dücar olsun sizlərə.Evsiz eşiksiz kirayələrdə yaşayan ŞƏHİDİN ruhu sizə qənim olsun.

Eli 2021-12-20 18:28:00

Helime xanım eceb mentiqiniz var-mentiqsizlik.

Baba 2021-12-20 17:56:19

Günah onda deyil. .......

Niyaməddin 2021-12-20 16:41:34

Yazıq kasıb ailələr belə nazircığazlardan bezib. Mən üç övladımı necə üzüqara böyüdürəmsə, bunlar da ailələrinin, övladlarının qarşısında üzüqara olsunlar, lənətə gəlsinlər.

RR 2021-12-20 13:50:16

ar olsun !!!!

turan 2021-12-20 13:40:33

əhalinin sayı endirimə gedir belələrinin hesabına, genosid

Tehmasib. Ceferov 2021-12-20 12:19:31

Bu nazire ve xũsũsi şertler idaresine etdiyim şikayeb veren yoxdur. Menim pensiya mebleĝimi mene demirler ki mexfidir.sentyabr ayından teqaude çıxmış herbiçiyem bu gune kimi pensia ala bilmiram. Mũraciyetlerime baxan yoxdur.

Xeqani 2021-12-20 11:32:35

Eh,Cəlal mūəllim,çaxçax baş ağrıdır,dəyirmansa hey ūyūdūr

rasim 2021-12-20 11:09:14

emek ve sosial mudafie nazirlik deyil firildag ve yalanci nazirlik

Bəhrami 2021-12-20 11:06:23

Bir deputat da bənzər irad yazmışdı? Ancaq, oxşar mövzular müəlliflərin sanki bu ölkə yaşamadıqları anlamına gəlir!? Və yaxud MM uşaq pulu qətiyyətinə gəlibsə, nazir nə deyə bilər?

TURAN 2021-12-20 10:43:43

ƏLVİZƏ SAĞLIQ CƏLAL BƏY ! BUNLAR KORUPSİYA PULLARIYLA "AVROPADA TƏHSİL ALAN KRİPTO-GƏNC KADRLARDI

TARIX 2021-12-20 09:44:13

Cox təəsüf ki,belə təfəkkürə malik nazirimiz var.

Helime 2021-12-20 08:57:57

Bu meselede men nazirle raziyam. Niye? Chunki, ushaqpulu verilsede, verilmesede, ,ziyali ailelerin ushaqlari artmayacaq, amma, kimsenin xetrine deymek istemit

Son yazılar