Menu

"PİLOTLARIN YOL VERDİKLƏRİ KOBUD SƏHVLƏR..." - Helikopterin qəzaya uğramasının səbəbi açıqlandı

20.12.2021, 12:14
"PİLOTLARIN YOL VERDİKLƏRİ KOBUD SƏHVLƏR..." - Helikopterin qəzaya uğramasının səbəbi açıqlandı

“Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub”.

"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.

“Aparılan ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olan şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub.

Qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın detalları ilə bağlı digər həmkarlarım tərəfindən ətraflı məlumat veriləcək”, - o bildirib.

Şərhlər

t.ədalət 2021-12-21 00:03:44

Ən böyük şübhə yeri partlayışdan sonra iki zabitin sağ qalmasıdır.

BAKILI 2021-12-20 18:08:30

Dogurdan

Əski mühəndis 2021-12-20 17:20:38

İ,V.Stalinə yüksək rütbəli zabit deyir ki, uçağı özüm idarə edəcəm! O, isə onun artıq neçə il yadırğadığını yada salıb! Azərbaycan otuz il öncə qara 20 noyabrda bütün hakimiyyətini bir vertolyatda vəhşi düşmənə qurban vermişdi? Bu dəfə nədən bütün PİLOTlar hansı çatışmazlıqdan bir maşına sığınıblar?

Niyaməddin 2021-12-20 16:57:46

Hə, belə belə işlər. Sən demə səhv peşəkar pilotlarımıza olub!?

Rahib 2021-12-20 15:56:14

Bunu bildik... Bəs əsil səbəb nə idi?

Kələntər 2021-12-20 14:19:00

Bəs deyirdilər ki rəhmətlik pilotlar professional olublar? Yoxsa günahı ölənin üstünə yıxmaq istəyirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol