"İşsizlik çox ciddi bir sosial bəla kimi bir sıra iqtisadi və sosial problemlərin mənbəyidir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə edə bilməməsini göstərir”.
"AzPolitika.info" xəbər verir ki, bu fikirləri “unikal.az” sayta açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrdə işsizliyin səviyyəsi 7 faizi aşanda, bir sıra fəsadlara səbəb olur: “Rəsmi statistikaya əsasən 2020-ci ildə Azərbaycanda işsizlik həmin həddən yüksək olub. Əslində ölkəmizdə işsizliyin səviyyəsi rəsmən elan edilən rəqəmlərdən yüksəkdir. Koronavirus pandemiyasına qarşı tədbirlər planın tərkib hissəsi kimi hökumət 190 manatlıq birdəfəlik müavinəti əvvəlcə 200 min nəfərə verməyi nəzərdə tutsa da, sonrada həmin müavinətin 600 min nəfərə şamil edilməsi açıqca göstərdi ki, bizdə işsizlərin sayı rəsmi rəqəmlərdən xeyli çoxdur. İşsizliyin tez-tez ciddi müzakirələrin mərkəzində olması çox təbii və zəruridir. Ona görə də işsizliyin optimal müddətdə minimuma endirilməsi üçün digər məlum şərtlərlə yanaşı, həm də “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı üzrə nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsini və həm də bu sahədə şəffaflığın tam təmin edilməsini, büdcə paketinə İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə yanaşı, həm də Məşğulluq Strategiyası üzrə görülmüş və görülməsi planlaşdırılan işlərin, məlumatların təqdim edilməsini çox vacib hesab edirik”.

Deputat bildirib ki, mövcud iş yerlərinin qorunub saxlanılması və işdən çıxarılan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təsirli əməli tədbirlərin görülməsinə ehtiyac var. “Belə ki, əvvəllər işdən çıxarılan şəxs son əmək haqqının müəyyən faizi məbləğində 6 ay işsizlik müavinəti ala bilirdi. Təbii ki, işsizlərin hamısı olmasa da, bir neçə min insan bu yolla müavinət alırdı. İndi bu qayda yalnız müəssisə tərəfindən işdən azad edilən şəxslərə şamil edilir.
Qanunvericilikdə edilən dəyişikliyə əsasən, öz ərizəsi ilə işdən çıxan şəxs Məşğulluq Xidmətindən işsizlikdən sığorta haqqı, yəni işsizlik müavinəti ala bilməz. Qanunvericilikdəki bu məqamdan istifadə edərək işdən çıxarılan insanlara heç bir müavinət verməməkdən ötrü, guya öz ərizəsi ilə işdən azad edirlər. Bunun ən pis nümunəsi 2020-ci ildə, yəni pandemiyanın tüğyan etdiyi bir vaxtda baş verib. Ötən il Azərbaycanda 327 425 nəfər işdən çıxıb. Onun 5107 nəfəri, yəni cəmi 1,6 faizi işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işdən çıxanlardır. Bu kateqoriyaya aid olanların bir hissəsinə işsizlikdən sığorta haqqı ödənilib. Amma pandemiyanın tüğyan etdiyi 2020-ci ildə işdən çıxmış şəxslərin guya 267 900 nəfəri və ya 82 faizi öz ərizəsi ilə işdən çıxıb və bir manat belə müavinət ala bilməyib. Həmin insanların işdən çıxmağının obyektiv səbəbi aydındır və onların az bir qismini təşkil edir. Qalanları isə onlara işsizlikdən sığorta haqqı ödənilməsin deyə müxtəlif bəhanələrlə işdən çıxarılıb. Bu qədər insan, xüsusən də pandemiyanın tüğyan etdiyi, həyatın ağırlaşdığı bir vaxtda öz ərizəsi ilə işdən çıxa bilməz. İşçilərin xeyli hissəsi müxtəlif bəhanələrlə işdən çıxması barədə ərizə yazmağa məcbur edilib. Bu insanlar pandemiyanın ağır dövründə heç bir ödəniş edilmədən taleyin hökmünə buraxılıb. Bu istiqamətdə dərin araşdırmaların aparılmasına və tədbirlər görülməsinə ehtiyac var”.
Milli Məclisin üzvü qeyd edib ki, qanunvericilikdəki həmin məqamı əsas gətirərək işçilərin xeyli hissəsinin ərizəsini alıb, onlara heç bir kompensasiya vermədən işdən çıxarılması prosesinin davam etməsinin qarşısını almaqdan ötrü, əvvəl bu sahədə informasiyasızlığı aradan qaldırmaq lazımdır: “İnsanlar öz hüquqları dəqiq bilsinlər ki, öz ərizəsi ilə işdən çıxarılarsa, qanunvericilikdə nəzərdə tutulan işsizlikdən sığorta haqqını ala bilməyəcəklərindən xəbərdar olsunlar. Eyni zamanda bu sahədə tam şəffaflıq, məsuliyyət, hesabatlılıq və ədalətlilik mühitinin təmin edilməsi istiqamətində tədbirlər görülməlidir ki, haqsız yerdən işdən çıxarılanlar aidiyyatı orqanlara müraciət edib öz hüquqlarını müdafiə etsin. Bununla yanaşı elə bir stimullaşdırıcı dəstək mexanizmi hazırlayıb tətbiq etmək məqsədəuyğun olar ki, sahibkar işçini işdən çıxarmaqda yox, sözügedən həmin dəstəkdən faydalanmaqla işçini işdə saxlamaqda daha çox maraqlı olsun”.
"AzPolitika.info"

Şərhlər
Salam, Əli müəllim. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə bu ilin oktyabr və noyabr aylarında, 15-20 gün ərzində 35 nəfər alimə ərizə yazıdırıb işdən çıxardıb. Ramiz Mehdiyev də bu qanunsuzluğa dəstək olur. Yazıq alimlər bilmirlər kimə şikayət etsinlər. Çarə Allaha qalıb.
Seyid Ənhu-yə Əli müəllim dünən yataxanadan çıxıb,yəni baş nazirin müavini olduğda yataxanada qalırdı,onun kimi təmiz adamları təkləməyin,birdə onun əlində nə varki?
söz yığını və bu çıxışın nəticəsi isəKonkret faktlar əldə etdikdən sonra adresli çıxış daha effektli olardı.Hamıya bəlli olan sözləri təkrarlamaq Qanunverici orqana yaraşmır.Mətbuatda kütləvi işdən çıxarmalar dəfələrlə işıqlandırılıb.Deputat bu faktlardan heç olmasa birini göstər bilərdi.Bu da faktdır ki, yeni nazir,idarə müdiri təyin edildikdə hərəsi özünə bənzər komanda ilə gəlir və bir qrup işçiləri işsiz qoyur.Bu fakt niyə işıq üzü görmür və belə hallarla niyə yuxarılarda susqunludur?l
Vahid müəllim və Əli Məsimli.Bu iki deputatdan başqa qalanları əldəqayırmadı.
Üzümü şərh yazan dostlara tutub deyirəm:: _Yəqin ki, siz Əli müəllimin jurnalistlərin sərt suallarından qaçıb necə canını qurtarmaq istədiyinin şahidi olmamısınız.
TAMAMİLƏ DÜZDÜR. İŞÇİNİ İŞƏ QƏBUL EDƏNDƏ ONDAN 2 ƏRİZƏ QƏBUL EDİRLƏR. 1-İŞƏ QƏBUL VƏ İŞDƏN ÇIXMA ƏRZƏLƏRİ. 2-ci ərizənin tarixini sonra özləri yazırlar.
Təkcə rabitə nazirliyin qurumlarını yoxlasanız hər şey açıq aşkar bilinər,azərpoçt başda olmaqla.
Eli muellim salam. Sizden xahis edirem hemkarlar ittifaqi terefinden hec bir raziliq erizesi alinmadan maasindan tutulan kesintiler arasdirilsin ve qanunda sert deyisiklikler edilsin. Axi hemkarlar ittifaqina uzvluk konullu ve erize esasindadir. Lakin buna baxmayaraq iscinin resmi raziligi olmadan maasdan kesirler ve hemkarlar ittifaqi isciler ucun hec ne etmir. Xahis edirem bu meseleni isiqlandirin meclisde ve prokurorluq arasdirma aparsin. Butun iscilerin resmi raziliq erizleri prokurorluq vasitesile idarelerden teleb edilsin yoxlanilsin. Bu cox ciddi meseledir. isden azad etme ile hedeleyirler. Xahis edirik qanunun icrasina nezaret guclendirilsin.
Hörmətli Əli bəy. Bildiyiniz kimi ( əminəm ki, məlumatlısınlız) demək olar ki, özəl sektorun böyük hissəsində işçini işə qəbul edən zaman iki ərizə alırlar. Biri işə qəbul üçün. Digəri isə öz "xahişi" işdən azad olunmaq üçün(olsa tarixi qeyd edilmədən) İşə qəbul olunmayacagından qorxan işçi hər iki ərizəni imzalamağa məcbur olur ki, sonradan bunun fasadlarının Siz hamıdan gözəl bilirsiniz.Bu məsələni də qabarmanızı rica edirik..
SALAM ƏLİ BƏY. İLLƏRLƏ APARDIĞIM MÜŞAHİDƏLƏR GÖSTƏRİRKİ AZƏRBAYCANDA VAHİD ƏHMƏDOV VƏ SİZDƏN BAŞQA XALQI DÜŞÜNƏN VƏ ONUN PROBLEMLƏİNİ HƏLL ETMƏYƏ ÇALIŞAN HEÇ BİR MƏMUR GÖRMÜRƏM.
Əli bəy, heç bilirsiniz sizin kimi vətənpərvər, qeyrətli, namuslu məmurlara vətənimizin nə qədər ehtiyacı var? Allah sizi var eləsin!
Bəzilərini də Covid-19 tələbi üzrə məzuniyyətə göndərib, aylıq dövlət kompensinin müəyyən hissəsini istədikləri kimi bölüşdürüblər. Dost sədaqəti-qayda darda aşkarlanar! Həmin dövrün mühasibəməlləri yoxlana bilər?