İQTİSADİYYAT NAZİRİNƏ YENİ MÜAVİNLƏR TƏYİN OLUNDU - Dosyelər + FOTOLAR(Yenilənib)

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf I müavin təyin edilib. Bununla bağlı , Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

R.Nəcəf 1982-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.

2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.

2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.

2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olub.

2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

Ölkə prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

Ölkə prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini təyin edilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.

Prezident İlham Əliyev  sərəncami ilə  Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin edilib.Sərəncama əsasən, sözügedən vəzifə nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Sahib Məmmədova həvalə olunub.

Sahib Məmmədov 1978-ci ildə anadan olub.

2000-ci ildə Kiyev Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2008-ci ildə İqtisad Universitetindən Maliyyə və kredit ixtisası üzrə məzun olub. Müxtəlif beynəlxalq kurslarda iştirak edib. 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı Ofisində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini olub. 2020-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, 23 dekabr 2021-ci ildə isə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Prezidentin müvafiq sərəncamları ilə 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

635x100

Şərhlər

Aslan 2022-01-19 18:49:34

Bəzi İnsanlarda şəxsinə hörmət qalmayıb......

Oxucu 2022-01-11 19:49:10

Ukraynada Universitetləri oxuyanlar, ümumiyyətlə Azərbaycanımızda adicə Kolleci oxuya bilməyənlərdir...?

Cavid 2022-01-03 12:20:20

Nazirlik mama balaları üçün kormuşkaya çevrilib.....Hansı bilik.savad.təcrübə ilə?

Mühəndis 2022-01-03 12:17:57

İqtisad nazirliyinin adı alıb,iqtisadiyyat isə çöküb.Xırda-xırda sahibkarların açdığı 5-10 nəfər işləyən sexlərlə iğtisadiyyat olmur.İqtisadiyyat 20-30 min insan çalışa bilən tekstil,maşınqayırmavə bu kimi sənayelərlə,irikənd təsərrüfatı sahələri ilə mümkündür.Yalnız bu yolla iqtisadiyyat dirçələr.İndiki hal mənasız lovqaıanmalardır.

Malik 2021-12-26 10:13:12

BUnların xaricdəli təhsili Ziya Məmmədovun Rusiyadan diplom almasının eynidir.

Letif 2021-12-26 07:29:06

Xaricde yalannan kurs gutarib gelib nazir olurlar. Ortada da onsda hecne deyismiyecek

Telman 2021-12-25 18:52:41

Son iki-üç ildə üsilən bu təyinatlarla hamsı sahələrdə (İqtisadiyyat.ƏƏSMN,Jənd Təsərrüfatı,Yüksək texnologoyalar və c.)ölkənin hansı probleni həll olunub?Axı bunların nə aldıqları yarımçıq təhsil,nə onların qastrolyor kimi vəzifədən vəzofəyə tukkanmaları müsbət heç bir halla qeyd olunmur.Belə halda jadr təyinatında təhsilin təyin olunan sahəyə uyğunluğu,savad.təcrübə bə mllilik nəzərət aılnmasının vacibliyi nəzərə alınmmalıdır.

Qoca 2021-12-25 14:26:45

Bunlar görəsən haralıdırlar

Roma 2021-12-24 23:45:00

Gəlin yeni təyin olunan, nisbətən cavan nazir müavinlərinə uğurlar arzulayaq...əsas Dövlətçiliyə doğru-düzgün xidmət etməkdir...

Vüqar 2021-12-24 23:26:43

Nazirlik detsad olub.

kasıb 2021-12-24 19:21:45

yoxlasalar kollec qurtarıblar orada

Helime 2021-12-24 18:26:25

Xaricde bakalavr tehsili alanlarin 99% burda ali mektebe gire bilmeyenlerdir. Ukraynada oxuyanlar ,ise, umumiyyetle, oxumayanlardir.

Mubariz 2021-12-24 17:55:12

Xaricdə bir ilə heç ora getmədən də sertifikat almaq olar ,sadəcə pulunu köçür və Ramiz Mehdiyev kimi diplom al ,az soxun gözümüzə ,bunların biri də 1985 və əvvəli AZİ -ən məzun ola bilməzilər ,İsmail İbrahimovun dövründə , heç pulları da köməyə çatmazdı

Son yazılar