““Tərtər işi”ni Aprel savaşındakı xəyanətlərini ört-basdır etmək üçün ortalığa atdılar...”
“Aprel döyüşlərinin planlaşdırılmasına və icrasına əsas cavabdeh keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov, Tərtər istiqamətində həmin plana uyğun döyüş əməliyyatları həyata keçirməli olan korpus komandiri isə Hikmət Həsənov idi...”
"Prezident İlham Əliyevin göstərişi ilə yeni istintaq qrupu yaradıldıqdan sonra artıq “Tərtər işi”nin tam açılacağına xalqda, o cümlədən bir vətəndaş və hərbçi olaraq məndə böyük inam var. Bu işin təşkilatçı və icraçıları hamısı tutduqları rütbə və vəzifələrindən asılı olmayaraq qanunun yol verdiyi ən sərt formada cəzalarını çəkməlidir. Çünki bu hansısa şəxsə, hakimiyyətə qarşı yox, bilavasitə Azərbaycan dövlətçiliyinə, ordusuna, xalqına qarşı yönəlmiş bir təxribat olub. Belə təxribatlarla xalqın öz dövlətinə, ordusuna inamını sındırmaq istəyirdilər”.
Bu fikirləri "moderator.az"-a açıqlamasında Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov dilə gətirib.

““Tərtər işi” siyasi bir cinayətdir və burada Azərbaycan dövlətinin, xalqının Qarabağdan, işğal altındakı torpaqlardan birdəfəlik əlini üzməsi üçün qondarma zəmin hazırlanması niyyəti güdülüb. Bununla dövlət rəhbərliyini, şəxsən cənab Ali Baş Komandanı da inandırmağa çalışıblar ki, guya Azərbaycan ordusu yoxdur, dağılır, başdan-ayağa satqınlardan, əxlaqsızlardan ibarətdir və s. Məqsəd İlham Əliyevdə vaxtı yetişəndə Qarabağa hücum əmri verməkdə ciddi tərəddüd yaratmaq olub. Bir sözlə, Tərtər olayları xırda bir cinayət, intriqa-filan deyildi. Bunun hamısı 44 günlük azadlıq savaşının baş tutmaması üçün qurulmuş düşmən planlarının tərkib hissəsi olub”, - polkovnik açıqlamasının davamında bildirib.
Mehman Səlimov daha sonra deyib: “Məndə olan məlumata görə, 2016-cı ilin Aprel döyüşləri artıq torpaqlarımızın azad edilməsi məqsədilə başlanmışdı. Lakin baş vermiş xəyanət nəticəsində xeyli hərbçimiz, o cümlədən xüsusi təyinatlılarımız mühasirəyə salınaraq həlak oldu. Bundan sonra da Ali Baş Komandan genişmiqyaslı hücumu dayandırmağa məcbur qaldı. Odur ki, müəyyən qüvvələr məhz özlərinin təşkil etdiyi o xəyanəti, biabırçılığı “əsaslandırmaq”, öz satqınlıqlarını aşağı təbəqədəki zabit və əsgərlərin üzərinə yıxmaq üçün “Tərtər işi”ni düzüb-qoşdular. Beləliklə, neçə-neçə zabit, gizir və əsgərlərimizi etmədikləri xəyanət və cinayətləri işgəncə altında “boyunlarına almağa” məcbur etdilər. Bununla sübut etməyə çalışırdılar ki, guya Azərbaycan ordusu başdan-ayağa xəyanətə, əxlaqsızlığa qurşanıb, şəxsi heyətdə mənəvi ruh, döyüş ruhu yoxdur, bu ordu torpaqların azadlığı uğrunda müharibə apara bilməz. Gerçəkdən də, Aprel döyüşləri vaxtı xəyanət olmuşdu və ermənilər ordumuzun haradan və necə hücuma keçəcəyini bilirdi. Əməliyyat planı satılmışdı və bunu edən qruplaşma öz xəyanət və cinayətlərini ört-basdır etmək üçün 2017-ci ildə Tərtər təxribatını işə saldı ki, uğursuzluğun bütün günahı, dediyim kimi, orada heç bir əsas olmadan “erməniyə işləməkdə” suçlanan əsgər və zabitlərin üzərində qalsın...
Xatırladıram ki, 2016-cı il Aprel döyüşlərinin planlaşdırılmasına və icrasına əsas cavabdeh keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov, Tərtər istiqamətində həmin plana uyğun döyüş əməliyyatları həyata keçirməli olan korpus komandiri isə Hikmət Həsənov idi”.

“Sizcə, hər hansı bir orduda genişmiqyaslı döyüş əməliyyatının planı sıravi əsgər və aşağı zabit heyəti tərəfindən düşmənə satılması mümkündürmü?” sualını isə müdafiə nazirinin keçmiş müavini belə cavablandırıb: “Xeyr, əsgər, gizir və zabitlər döyüşdə plana əsasən verilən əmrlərin icraçısı olur. Yalnız aşağı komandir heyəti döyüş planının yalnız kiçik elementlərini bilə bilər...
Sizcə, nəyə görə 44 günlük savaş başlamamışdan öncə Nəcməddin Sadıkovu vəzifəsindən azad etmədilər, amma 3 gün sonra o, işindən faktiki olaraq kənarlaşdırıldı. Deməli, bu dəfə də xainlər tərəfindən plan satılmışdı. Amma cənab Ali Baş Komandan öncədən bilirdi ki, plan satıla bilər. Və iki-üç gün aldadıcı gedişlərlə ermənilər inandırıldı ki, guya ordumuz onlara satılmış plan əsasında hərəkət edir və bütövlükdə hərbi əməliyyatlar həmin plan üzrə gedəcək. Ona görə də Ermənistan bütün əsas qüvvələrini əsasən Ağdam və “Ohanyan səddi” istiqamətinə cəmlədi. Bundan sonra Azərbaycan ordusu tam şəkildə nəzərdə tutulmuş əsl planla hərəkət etməyə başladı və ermənilər çaş-baş qaldı. Onlar yenidən qoşunları digər istiqamətlərə daşımağa çatdırmadılar. Və düşmənin xaotik şəkildə hərəkət edən kalonlarını PUA-larımızın, artilleriyaçılarımızın dəqiq zərbələri məhv etdi...
Yəni 44 günlük savaş başlanmamışdan öncə xəyanət ehtimalı nəzərə alınaraq Ali Baş Komandanın rəhbərliyi ilə iki plan hazırlanmışdı: biri aldadıcı plan idi və onu məlum qruplaşma satmışdı. Digəri isə əsas plan idi. Amma əsas plan yalnız 3-cü gündən sonra ortaya çıxdı və hər şey birbaşa Prezident, Ali Baş Komandan tərəfindən idarə olunmağa başlandı. Aldadıcı planın satılmasında iştirakı ehtimal olunan əsas fiqurlar artıq kənarlaşdırılmışdı. Odur ki, 44 günlük savaşın sonu qələbə ilə bitdi. Və şəhid və qazilərimizin canı, qanı, cəsarət və fədakarlığı hesabına qazanılan qələbə ilə Azərbaycan Ordusu sübut etdi ki, bütün xəyanət və təxribatlara rəğmən, o, döyüşməyə və torpaqlarımızı azad etməyə qadir bir silahlı qüvvədir...

Yalnız o təəccüblüdür ki, həm Aprel döyüşlərində, həm də 44 günlük savaşdakı xəyanətlərdə iştirakına şübhə olmayanlar hələ də azadlıqdadır. Görünür, özünün də dediyi kimi, “nəyi nə vaxt və necə etməyi yaxşı bilən” Ali Baş Komandan məqamında onların da qanuni cəzalarına çatmalarına nail olacaq. Yəqin ki, hələlik şimal qonşumuzu çox da qıcıqlandırmaq məqsədəuyğun deyil. Ancaq hesab edirəm ki, məhz “Tərtər işi” üzrə yaradılmış yeni istintaq qrupu xəyanətin ilmələrini açdıqca əsl xəyanətkarların cinayət və xəyanətləri də fakt və sənədlərlə qarşılarına qoyulacaq. Və bundan sonra artıq şimal qonşumuzun da qıcıqlanmağa, əks-reaksiya verməyə və satqınları himayə etməyə əsası olmayacaq...
Göründüyü kimi, mediada, sosial şəbəkələrdə xalq Tərtər cinayətinin bütün təşkilatçı və icraçılarının cəzalandırılmasını tələb edir. Odur ki, dövlətimiz buna mütləq nail olmalı, satqın və xainlər öz layiqli cəzalarını almalıdırlar”.

Şərhlər
Bunların cinayətkar əməlləri çoxdandır ortada olduğu halda niyə indiyə kimi onlar azadlıqdadır? ....Bu məsələdə uzun illərdir hərbi prokuror niyə cinayətin üstünü örtüb?
Nəciməddin kim idi. Sərdar Həmidovun peşkası. Onu gətirib bu millətə paz elədilər. ....
..... ORDUMUZ QURURUMUZDUR Azərbaycan dövləti adından çıxarılan yalançı hökümləri verənlərdə həps olunmalıdırlar. Təşəkkürlər.
Azərbaycanın dövlət qurumarları anti*milli ünsürlərdən təmizlənməlidirlər!
Azərbaycanın dövlət qurumarları anti*milli ünsürlərdən təmizlənməlidirlər!
Uzun illər boyu bu xəyanətləri görən,eşidən yox idi? ....
Harada dovlete millete vetene her hansi yolla xeyanet eden varsa mutleq bir gun oz cezalarini alacaqlar. Bezilerinin heyasizca etdikleri xeyanetler ve ogurladiqlari bir gun onlarin namusunun cirkli lekeli parcasi olaraq ifsa edilecek. Prezidente ve Azerbaycan xalqina xeyanet edenler melumdur bir bir denlenecekler. Halal olsun xususi sexse ki bu islerin ohdesinden sebr ve temkinle gelir. Podgotovka gedir!
istintaqı gedib ən aqır formada cəzalandırılmalıdr . təbii ki istintaqı hərbi prokurorluq aparmamalıdır... zaman zaman adları cəkilib
Tərtər işində xainlərə niyə kömək edərək günühsız insanlara igəncə həbs vermənlər də xüsusilə araşsırlmalı və onlar da qanunl cəzalarını aımalıdırlar.
Vətən xainlərinə layiqli cəzaları elə bu müdrik, qeyrətli xalq özü verəcək! Elin gözü tərəzidir deyiblər. Xalq hər şeyi çox gözəl bilir və hər şeyi çox gözəl görür!
Məncə polkovnik gözləmə mövqeyində çox dayanıb və məıtbuata çıxmağa tələsməyib.Dediklərini isə hətta Afrika xalqları da bilir.
Bu meselenin açılmasında Ölke prezidenti öz mövqeyini bildirib,qalır muvafiq hüquq mühafize orqanlar bu işi nece başa çatdircaq.Bu işde tekce Sefer Ebiyev,Zakir Hesenov,Zakir Qaralıv,Elmar Veliyev,Necmeddin Sadıqov ve s. yox hem de onları müdafie edib arxalarında duranlar da meydana çekilmelidir.Bu meselede iki şerte emel olunsa o öz hellini tapacaq:KİŞİLİK ve Milli Qeyret.
DSX de olan.... aqibeti nece olacaq.polkovnik Veli Hűseynov etdiyi xeyanetlere göre 3 otaqlı menzil alıb.Turkleri sevmeyen hemişa .. destekleyen bir xain.
Çıx düzgün,mentiqli ve konkret faktlara esaslanan tehlildir.Mence bu gün mehz Mehman bey kimi ,Hikmet Mirzeyev ve Rehmetlik Polad Heşimov kimi ve onlarla qeyretli,meqsedi ancaq Vetene ve Millete qurban getmek olan Oğullarımıza Meydan verilmelidir.Xalq Heqiqetleri bilmeli Milletini Vetenini satan nakişi ve Biqeyretler kimliyinden asılı olmayaraq mütleq cezalarını almalıdırlar .Bu mesele Milletin Namus ,Qeyret meselesidir ...
Səfər,Nəcməddin, H.Həsənovla yanaşı bəzi vəzifədə olanları da məsuliyyətə cəlb etmək lazımdır.
N.Sadıkovun satqınlığı barədə youtube-da yayılan şayiələrlə əlaqədar MN bəyanat yaydı ki, o, böyük xidmətləri olan vicdanlı bir zabitdir. Onun barəsində böhtan xarakterli məlumat yaymaq olmaz. N.Sadıkov işdən çıxarılandan sonra da bəyanat yaydı ki, o daha MN-də işləmir. Sanki söhbət Baş Ştabın rəisindən yox, aşpazdan və ya süpürgəçidən gedir. Nə qədər ki, belələri, MTN çetesi və s.tənqid və cəza üçün əlçatmaz olacaqlar, bəla başımızdan əskik olmayacaq
Mehman Səlimov kimi Vətənini, Millətini, Dövlətini sevən zabitləri hələ o vaxt ordudan uzaqlaşdırıblar ki, necə deyərlər əl-ayağa dolaşmasınlar...
Mehman müəllim,Siz intizamlı zabit idiniz.Məlumdur ki,əlinizi rüşvətə də bulamadınız.Sizi vəzifənizdən uzaqlaşdıran kimi Səfər Əbiyev və Nacmuddin sadıkov əsgərlər arasında qurbaninin oxşarlarını artırmağa çalışdılar. Siz Səfər Əbiyevə aid qanunsuzluqlarınn üstündən,nədənsə sükutla keçirsiniz.Halbuki Səfər də, Nacmuddin sadıkov da Rusiyanın adamlarıdır....Azərbaycan ordusunun döyüşkənlik ruhunu sarsıtmaq,milliyyətcə türk olan zabitləri təqib edilməsi nəticəsində biz böyük itkilər verdik.Siz S.Əbiyevə aid qanunsuzluqlardan da bəhs edin.....