Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfəri bir sıra maraqlı detalları üzə çıxarıb.
Belə ki, siyasətçini müşayiət edən həmkarı Bruno Retayonun (Fransa senatındakı Respublikaçılar Partiyası qrupunun rəhbəri) sosial şəbəkə paylaşımlarında hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Xankəndidə Frankofoniya Beynəlxalq Mərkəzinin fəaliyyət göstərməsi və onun qarşısında qondarma respublika bayrağı ilə yanaşı, Fransa dövlət bayrağının da dalğalanması məlum olub.
Düzünü desək, ermənilərin həyasızlığı bizi heç də təəccübləndirmir. Amma uzun illər ərzində münaqişənin “tənzimlənməsilə” məşğul olmuş Minsk Qrupunun həmsədri və hazırda da bölgədə söz sahibi olmağa iddia edən Fransanın öz təmsilçiləri vasitəsilə beynəlxalq hüquqa zidd əməlləri ən azından təəssüfləndirməyə bilməz.
Axı Fransanın özü tərəfindən belə Azərbaycan ərazisi kimi tanınan bir şəhərdə ölkəmizin müvafiq rəsmi qurumlarının izacəsi olmadan əcnəbi dövlətə məxsus Beynəlxalq Mərkəzinin fəaliyyət göstərməsi və onun qarşısında həmin dövlətin bayrağının dalğalandırılması hansı beynəlxalq hüquq normalarına sığır?
Hələ bölgədə sülhyaradıcı missiyanı öz üzərinə götürən və bütün bu qanun pozuntularına göz yuman Rusiya sülhməramlılarından danışmırıq.
Yalnız hər iki ölkənin məsul şəxslərinə üzümüzü tutub bir sual vermək istəyirik. Görəsən, Rusiya və ya Fransa hakimiyyətinin icazəsi olmadan, məsələn Omskda və ya Tulonda Azərbaycan mərkəzi açılsaydı, onun qarşısında üçrəngli dövlət bayrağımız dalğalansaydı və bizim siyasətçilər də həmin ərazilərə icazəsiz səfər etsəydilər, onların reaksiyası necə olardı?

Şərhlər
özbaşınılığa görə Rusoya məsuliyyət daşıyır. Rusiya icazə verməsə oraya quş da uça bilməzdi.
Görünür bu şərəfsizlər ağıla gələn deyil, ona görə də bunların başına dəmir yumruq zərbəsi lazımdır. Laçın dəhlizi dərhal tərəfimizdən nəzarətə götürülməlidir. Xankəndi şəhərinə Yaşma 052 xüsusi təyinatlı qüvvələr yeridilməli, .....ruslara vəzifələri xatırladılmalı və ən qısa zamanda Qarabağımızdan separatçılrı iti qovan kimi qoymalıyıq.
Çox təəssüf ki, biz hələ də xoş məramlılığımızdan, sadəlöhvlüyümüzdən vaz keçə bilmirik. Üzümüzə kim gülsə o saat keçmişi unudub, saqqız ki kimi sıyılırıq. Bü gün bölgə dövlətləri, arxa bahçede toplarını serbəst oynayırlar və çalışırlar ki, bu problem problem olaraq da qalsın. İki günün biri, vasitəçiliyi üzərinə götürmüş Rusiya Makronlla, Brüselle danışır. Bəlkə sanırsınnız bizim xeyirimizə danışır. Asla. Sadəcə keçi su bulandırması edir ki, 10 noyabr sazişii əhəmiyyətini bəlkə itirə. Amma artıq gecdir. Azərbaycanın dövlət başısı onların məkrini bilir və siyasətini də ona görə qurur.. Hələ qardaş Türküyənin burada varlığını demirəm. Sadəcə bir az da zaman. Cəhənnəm olub gedəcəklər.
hayif cox hayif ,,,,,,,
Fransa və Rusiya bir erməni dövlətidir.Onlardan bizə heç vaxt dost olmaz.
Bütün Bütün dünyada her törefiken emelin öz adi var.Bele qebul olunub ki İnsanın,yeni nırmal bir İnsanın bir Sifeti olar.Bir neçe sifeti olanların bir adı var:Fshişeler.Adını Sülhmeramlı qoyan ve münaqişeni hell etmeye bırclu olan heqiqetde ise araqatmaqla meşğul olanın adı ancaq budur.