Menu

“ƏVVƏLLƏR BİZDƏN İŞ İSTƏYİRDİLƏR, İNDİ RUSLAR İMKAN VERMİR...” – Ruslar Qarabağda ermənilərlə azərbaycanlılar arasında “divar hörür”

28.12.2021, 19:19
“ƏVVƏLLƏR BİZDƏN İŞ İSTƏYİRDİLƏR, İNDİ RUSLAR İMKAN VERMİR...” – Ruslar Qarabağda ermənilərlə azərbaycanlılar arasında “divar hörür”

“Əvvəllər Qarabağda yaşayan ermənilər bizim hərbçilərlə ünsiyyətə cəhd edir və hətta Şuşada işləmək istədiklərini deyirdilər. Lakin son vaxtlar rus sülhməramlılar ermənilərin bizim hərbçilərə yaxınlaşmalarına imkan vermir”.

“AzPolitika.info” xəbər verir ki, bunu dekabrın 27-də Şuşada səfərdə olan jurnalistlərlə söhbətlərində yerli məmurlar deyib.

Qeyd edək ki, Qarabağda yaşayan ermənilər Laçın dəhlizi vasitəsilə Ermənistana və əksinə getmək üçün Şuşada Azərbaycan hərbçilərinin nəzarəti altında olan yoldan istifadə edirlər. Bu yolun bir tərəfində Rusiya sülhməramlıları, bir tərəfində isə Azərbaycan hərbçiləri xidmət aparırlar. Əvvəllər yerli erməni sakinlər burda və digər mövqelərdə Azərbaycan hərbçilərilə ünsiyyətə cəhd ediblər. Lakin yerli məmurun da dediyi kimi, son vaxtlar Rusiya sülhməramlıları buna imkan vermirlər.

Şuşanın girişi. Azərbaycan əsgəri və Rusiya sülhməramlısı

Burda məqsəd, təbii ki, təhlükəsizliyi qorumaq deyil. Rusların bu qadağasının arxasında siyasi məqsədlər var. Məsələ ondadır ki, 44 günlük müharibədə məğlubiyyətdən, Xankəndini Ermənistanla birləşdirən yollar Azərbaycanın nəzarətinə keçdikdən sonra separatçılığa meyilli əksər ermənilər Qarabağda onların gələcəyinin olmadığına inanmağa başladılar. Bundan sonra yerli erməni əhalinin qarşısında 2 yol qalırdı – köçüb getmək və ya reallıqla barışaraq Azərbaycan vətəndaşlığını qəbul etmək. 

Bu variantların heç biri Rusiyanı qane etmədiyindən Moskva bir tərəfdən erməniləri Qarabağa qaytarmaq və onları orda saxlamaq istiqamətində tədbirlər görməyə başladı, digər tərərfdən isə ermənilərin Azərbaycan dövləti və vətəndaşları ilə ünsiyyətini kəsmək haqda qərar verdi ki, onlar öz aralarında anlaşa bilməsinlər. Buna görə də təhlükəsizlik bəhanəsilə ermənilərin azərbaycanlılarla ünsiyyəti qadağan olunub. Eyni zamanda Qarabağda yenidən təmas xəttinin qurulması və hərbi gərginliyin saxlanması istiqamətində də iş aparılır.

Fikrimizcə, Azərbaycan dövləti Rusiyanın Qarabağda azərbaycanlılarla erməni əsilli vətəndaşlar arasında yenidən “divar hörmək” niyyətinə imkan verməməli, ermənilərlə birbaşa ünsiyyətə cəhd etməklə onlarla iş aparmalıdır.

“AzPolitika”

Şərhlər

Mubariz 2021-12-28 23:21:19

hanı yaltaqlar ?

Mubariz 2021-12-28 23:13:47

Biz paşikə siyasətdəuduzduq

İsmayıl xələfov. 2021-12-28 20:49:45

Ermənilərlə birbaşa danışığa girməyi tezləşdirmək lazımdır

RAHİM 2021-12-28 20:11:43

Nə qədərki ruslar qarabağda qalacaqlar, Azərbaycanlılar üçün gərgin anlar DAİMİ olacaq.

anonim 2021-12-28 20:04:10

Allah özü bizə kömək olsun! Əsgərlərimizi Allah qorusun!

Əhməd 2021-12-28 17:33:02

Düşünürəm, Rusiya kimi şeytani siyasət yürüdən ölkələrin yenədə düşmənçilik toxumu səpməsinə qarşı orada yaşayan ermənilərlə Azərbaycan hökuməti iş aparmalıdır.

turan 2021-12-28 17:27:45

İmperiya dağılmalıdır, dağılmasa batdıq

RR 2021-12-28 17:06:39

Rusdarin ora qirmesine yol vermek olmazdi )

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol