Menu

SƏRHƏD XİDMƏTİNİN ÇAVUŞU DƏHŞƏT SAÇDI! - Bir zabiti və iki giziri qətlə yetirərək qaçıb

02.01.2022, 20:52
SƏRHƏD XİDMƏTİNİN ÇAVUŞU DƏHŞƏT SAÇDI! - Bir zabiti və iki giziri qətlə yetirərək qaçıb

Bu gün saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində üç nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokuorluq məlumat yayıb.

Məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərə­findən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, bu gün saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda baş çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Şərhlər

DSX-da ANARXİYA: 2022-01-03 13:03:55

DAHİ ŞEYX NİZAMİ "İncə bir saflığı olsa da suda, çox içiləndə dərd verir o da!" .....

Kerim 2022-01-03 10:31:23

Bilib bilmeden on yargi etmeyek. ...

Amil 2022-01-03 00:13:47

Günahkarlar cəzalarını alar inşəallah.

Omar 2022-01-02 23:38:03

Allah bəlasını versin,o uşaqlar müharibədən salamat çıxmışdılar.Rəfail evin tək oğlu idi.((((

Əsgər 2022-01-02 22:25:54

Heç yaxşı iş deyil. Gözə görünməyən qara qüvvəıər ordumuzu zəiflətmək üçün müxtəlif metodlardan istifadə edirlər. Dəhşətli Tər-tər cinayətlərinin davamıdır.

t.ədalət 2022-01-02 21:47:56

Cinayətlərin törədilməsində hərbi prokurorluğun bölgəyə ezam olunan adamlarının rolu olduğu haqqında söhbətlər gəzir.DSX-də demək olar ki,son vaxtlar qətrllər artmaqda davam edir.Görünür,Elçin Quliyevin uzun müddət rəhbərliyi nəticəsində intizam zəifləyir.Vəzifələrdə uzun müddət qalma həmişə belə gərginliklərə gətirib çıxarır.

Samir 2022-01-02 21:23:14

Dalbadal ÇP- lər DSX-də vəziyyətin nə vəziyyətdə olduğunu ortaya qoysa da Elçin Quliyevin heç tükü də tərpənməyəcək. Lap bütün DSX qırılsa belə, E.Quliyev təm tək orda qalıb rəisliyoni edəcək. Burda təxribat edənlər varsa onlar da bunu bilsinlər və boş yerə əziyyət çəkməsinlər...

miri 2022-01-02 21:22:05

Allah rəhmət etsin dünyasın dəyişənlərə. Helikopter fəlakəti və bu hadisədən sonra struktura rəhbərlik edənin mənəvi gücü catıb istefa vermirsə r.. (((

Mühəndis 2022-01-02 21:19:12

Bu intizamın zəifliyinin sübutudur,Komandanlıq təsadüfi olanda belə hallr,özbaınalığqlar baş verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol