Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb. "Report"a daxil olan müraciətdə deyilir:
"Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib.
Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.
Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır.
Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib.

Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb.
Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.
Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq".

Şərhlər
Belə çıxır ki, ölkəmizdə əsas keyfiyyətli ÇÖRƏK standartı bir girvənkə 450 qr alıciya da və istemalçıya da sərfəli olacaq?
Türkiyənin əksər kəndliləri taxıldan başlanmış ərzaq ehtiyatını ən zəruri iş sayır! On illər boyu azadlıq müdafiəsinə hazırlaşan Azərbayca isə BÖYÜK QARDAŞI Kremldən taxıl gözləyir, işğal rayonlarını İCRA APARATlarını çoxillik ərzaq-müdafiə ehtiyatında saxlayır!?
Son qərinədə insanlığa qarşı vəhşilik münasibətlərini də gördük. Bizlərsə düşmənlərə öz haqlarımızdan da yüksək dəyər verməyə davam edirik? Öz çörəyimizin qüdrətini bilmədiksə də, çörəyə ÇÖRƏK qiyməti-hər kilosu 0,72 dirsə 0,8-1,0 manat dəyər verək! Hədsiz otuz illik zərəri və qanlı müharibəmizi çörəyimizdə duyaq! Subsidiya-mubsidiya oyunlarını da çörəkdən də olsa uzaqlaşdıraq!?
turkiyede bir meshok unun giymeti artfi oldu 26 man bizim pul ile
Bu giymet artimindan sonra oldu dekabrda. neje ola bilir turkiyede 26 man bizde 36 man bir kise?
Pensiyası qalxmayan , 250man. Alan TƏQAÜDÇÜLƏR necə YAŞASIN Ay "deputatlar" və BAŞ NAZİR?
NƏ VAXTA QƏDƏR ALDATMACALARLA İSANLARIN BAŞINI QATACAQSIIZ? mARKETLƏEDƏ MAKARONUN.DÜYÜNÜN, VƏ DİGƏR ƏRZAQ MALLARININ QİYMƏTLƏRİNİN ARTIMINA DÖVLƏT NİYƏ DİQQƏT ETMİR? ÇÖRƏYİN SƏ ÇƏKİSİNİ AZALTMAQLA BAHALAŞMA EDİRSİNİZ.BİR ÇÖRƏKLƏ MƏSƏLƏ HƏLL OLMUR. HƏLƏ NƏZƏRDƏ YUYDUĞUNUZ 20 FAİZ MAAŞ ARTIMI İNSANLARA ÇATMADAN ARTIQ MARKETLƏRD QİYMƏTLƏR BAHALAŞIB.BU BAHALAŞMANI HƏLƏ VERİLMƏYƏN MAAŞLAR HALINDA İNSABNLAR NECƏ QARŞILAMALIDIR? HÖKUMƏT BUNU DÜÜNƏ BİLİRMİ?ƏVVƏL MAAŞI VER Kİ.İNSANIN ƏLİNDƏ VƏSAİT OLSUN.YOXSA 5-6 AY ƏVƏL QİYMƏT QRTIRIB ƏHALİNİ ZOR DURUMA SOXMAQ AĞIL TƏLƏB ETMİR.,
Azərbaycanda strateji məhsulların qiymətlərini istesalcı təyin etmir.