Menu

Qazaxıstanda internet kəsilib, telekanallar yayımı dayandırıb

05.01.2022, 18:02
Qazaxıstanda internet kəsilib, telekanallar yayımı dayandırıb

Qazaxıstanda internetin kütləvi şəkildə kəsilməsi qeydə alınıb. Ölkəni bürümüş etirazlar fonunda internetin kəsilməsini qlobal şəbəkəni monitorinq edən NetBlocks resursu qeydə alıb.

“Qazaxıstan hazırda internetin ümummilli miqyasda kəsilməsi ilə üz-üzədir, bundan əvvəl mobil internetin işində qismən məhdudiyyətlər yaranmışdı. Bu, çox güman ki, getdikcə böyüyən antihökumət nümayişlərinin işıqlandırılmasını ciddi ölçüdə məhdudlaşdıracaq”,-məlumatda deyilir.

İnternetin ardınca Qazaxıstanda telekanallar da yayımı dayandırıb. NTK və “Birinci kanal Avrasiya” “texniki səbəblərdən” yayımın dayandırıldığını elan edib. KTK kanalı da yayımı kəsib, kanalın informasiya proqramları direksiyasının şef-redaktoru Aleksey Rıblov bildirib ki, binanın elektrik təchizatı kəsilib, əməkdaşlar təxliyyə olunub.

Nümayişçilər habelə “Mir” MDB telekanalının müxbir məntəqəsini tutublar və birbaşa efir tələb ediblər. Etirazçılar jurnalistləri bir saat ərzində binada saxlayıblar, sonra onları küçəyə buraxıblar. Binanın qapısı və şüşələri sındırılıb.

Sahibi Rusiyanın “Milli media qrupu” olan “31-ci kanal” da yayımı dayandırıb, əməkdaşlarını təxliyyə edib. Bundan əvvəl kütlənin dövlət telekanalının da binası qarşısına toplaşdıqları bildirilirdi.

Şərhlər

Seyid Ənhu 2022-01-05 21:12:21

Ölkənin bütün informasiya strukturunu əməlli-başlı ruslara təhvil veriblər. Yazıq türk balası, di gəl belə hala salınmış ölkədə yaşa görüm necə yaşayırsan.

əlil 2022-01-05 20:02:52

Allah Qazax Xalqını bütün arzularına çatdırsın İnşaallah!

miri 2022-01-05 19:06:12

Elbaşının bütü yıxılanda kabelləri zədələyib)

vətəndaş 2022-01-05 19:01:42

Qəzəbli və yoxsul kütlənin qarşısında heç bir güc dura bilməz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol