Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə ölkəni təhlükəsizlik şurasının iclası keçirilib.

İclasda dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan ölkələrə müraciət edib. O, ölkədə baş verənləri xarici təcavüz kimi qiymətləndirib.

Yerli telekanallar vasitəsilə yayımlanan iclas zamanı Tokayev Almatıdakı iğtişaşların təşkilatçılarını “terrorçu dəstələr” adlandırıb: “Qazaxıstanda terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar”.b.

Prezident bildirib ki, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb: “Almaatıda terrorçu dəstələr xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar. Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər.

Tokayev əlavə edib ki, Alma-Atıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib: “Hazırda Alma-Atı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.

Prezident xalqın maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyini bildirib.