TÜRK DÖVLƏTLƏRİNDƏN QAZAXISTANIN MÜSTƏQİLLİYİNƏ ÖNƏMLİ DƏSTƏK - "Böhranın Qazaxıstanın suverenliyinə zərər verməyəcəyinə inanırıq"

Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatı ölkələrinin Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclası start götürüb. Növbədənkənar iclas Qazaxıstanda baş verən son hadisələrə həsr olunub. 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin XİN başçılarının çıxışında önəmli məqamlardan biri də  onların Qazaxıstanın suverenliyinə zərər verilməməsinin əhəmiyyətini qeyd etmələri olub. Türkiyənin və Azərbaycanın Xarici İşlər nazirləri çıxışlarında buna xüsusi vurğu salıblar. 

“Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq” -deyə, ürkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib.

“Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Bölgəmiz geosiyasi maraqların mərkəzində dayanır. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır” - deyə, nazir Cavuşoğlu vurğulayıb.

"Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək".

Bunu isə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında söyləyib.

"Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir.”, - deyə  nazirin açıqlamasında bildirilib.

Elman

"AzPolitika.info"


635x100

Şərhlər

Vətəndaş 2022-01-11 13:32:52

Belə ciddi problemə Prezidentlər bir yerə yığışmalı idi.

Son yazılar