Azərbaycan əhalisinin ötənilki aptek xərcləri açıqlanıb

Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 952 mln. manat vəsait xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,8% çoxdur.

2021-ci ilin təkcə dekabr ayında satışların həcmi noyabr ayı ilə müqayisədə 8,9% artsada, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 3,3% azalaraq 100,8 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

635x100

Şərhlər

Baba 2022-01-15 14:28:34

Artım dərman möhtəkirlərinin qiymət artımını,azalma isə insanların maddi vəziyyətinin zəifləməsi ilə əlaqəardır.Bir də ən maraqlısı minimum yaşayış zənbili hesablandıqda buxərclər niyə nəzərə alınmayıb? Axı 10 ilyon əhalinin hamısını (yeni doğulandan pensiyaçıya qədər+ hər kəs orta hesabla 952 manatlıq dərman vasitələri alıb.

RAHİM 2022-01-15 13:44:36

Bu nə. Deməkdir? Yaxşı olar ki dərman satışı dövlətin nəzarətində OLSUN. Yoxsa ki "deputatlar" rusiyadan 2 qat baha qiymətə dərman sarıb. Milyonlar qazanırlar. MİLLİ. MƏCLİS. OLUB BİZNESMENLƏR. MƏCLİSİ.

Son yazılar