Menu

"Rusiyanı SWIFT-dən kənarlaşdırmaq maliyyə bazarı üçün atom bombasıdır" - Almaniyalı siyasətçi

17.01.2022, 00:25
"Rusiyanı SWIFT-dən kənarlaşdırmaq maliyyə bazarı üçün atom bombasıdır" - Almaniyalı siyasətçi

Almaniyanın Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının təyin olunmuş sədri Fridrix Merts - AFR kansleri postundan getmiş Angela Merkelin silahdaşı bəyan edib ki, Rusiyanın banklararası SWIFT sistemindən sıxışdırılması bütün dünya bazarı üçün atom bombası olacaq.

«SWIFT məsələsi kapital bazarları, mal və xidmət bazarları üçün atom bombası ola bilər» - belə imkanı şərh edərkən o, qeyd edib. O, sözügedən banklararası sistemə toxunmamağa çağırıb.

Merts xəbərdarlıq edib ki, Rusiyanı banklararası sistemdən kənarlaşdırmaq bütün iqtisadiyyatın, o cümlədən Almaniya iqtisadiyyatının enməsinə səbəb olar. «Biz, güclü ixrac olkəsi olaraq, özümüzə əhəmiyyətli ziyan vurarıq» - o, qeyd edib.

Siyasətçi əlavə edib ki, bundan nəinki Rusiya və Avropa arasında əmtəə dövriyyəsi, həm də dünya ticarəti ziyan çəkər.

AzPolitika.info

Şərhlər

Veteran 2022-01-20 01:51:08

Avropalıların hamısını Putin deyəsən satın alıb.

turan 2022-01-17 15:50:31

Bunları deyəsən FTX maliyyələşdirir

Vuqar Memmed.oglu 2022-01-17 00:50:48

Çəksində! İslanmisin oddan nə qorxusu!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol