"“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama

Vahid Əhmədov: "Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox?

“Hazırda manat üçün hər hansı təhdid yoxdur, məzənnə sabit saxlanılır. Buna səbəb indiki vəziyyətdə neft qiymətinin 80-85 dollar civarında olması, eyni zamanda, valyuta ehtiyatlarımızın bolluğudur".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a yeni devalvasiya təhlükəszi ilə bağlı narahatlıqları şərh edərkən bildirib.

V. Əhmədov dolların məzənnəsində dəyişiklik olacağını gözləmir. Deputat əmindur ki, ilin birinci yarısında məzənnə dəyişikliyi olmayacaq. 

"Amma sonradan vəziyyət necə dəyişəcək, hansı proseslər gedəcək, bunu zaman göstərəcək”, o vurğulayıb.

Millət vəkili dolların alışında yaranan məhdudiyyətlə bağlı Azərbaycan Banklar Assosiasiyası ilə əlaqə saxladığını diqqətə çatdırıb: “Quruma müraciətimdən sonra, araşdırma aparıldı, məlum oldu ki, kommersiya banklarında dolların alış qiymətində dəyişiklik yoxdur. Ola bilər filallarda müşahidə edilsin. Amma Mərkəzi Bankın da bununla bağlı heç bir məktubu yoxdur. Həmçinin, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var”.

V.Əhmədovun sözlərinə görə, ajiotajı yaradan “qara bazarlar"dır: “Çünki bu, onlar üçün qazanc yeridir. “Qara bazar”ın işləməsi üçün də mütəmadi belə informasiyaları tirajlayırlar. Ola bilər ki, bəzi bank filiallarının “qara bazar”la əlaqəsi var və dolları bankda yox, “qara bazar”da baha qiymətə satırlar. “Qara bazar”a “krışalıq" edən məmurlar var. Bunlar faktlardı. Mərkəzi Bank və hüquq-mühafizə orqanları bunun qarşsını almalıdılar. Bu “qara bazar” məsələsini sona çatdırmaq lazımdır. Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox? Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bunu normal tənzimləmək lazımdır ki, ajiortaj yaranmasın”.

"AzPolitika.info"

635x100

Şərhlər

Vətən oğlu 2022-01-19 21:06:04

Milli Məclisdən Oktay Əsədovlar , Cavanşir Feyziyevlər uzaqlaşmasa düzələn deyil ?

2+2=4 2022-01-17 20:52:49

Deyirsiz...“Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var....ajiotajı yaradan qara bazarlardır”....bazar iqtisadiyyatının əlifbası var, əgər bazarda tələb və təklif tarazlaşıbsa qara bazarın fəaliyyəti mümkün deyil, ehtuyac yoxdur; əgər dövlət müdaxilə edərək tələbə hər hansı məhdudiyyət müəyyənləşdirirsə bu, mütləq xəlvəti təklifi, qara bazarı yaradır....inzibati qaydada bununla mübarizə aparmaq mənasızdır, hətta Sovetlərin ən sərt rejimi dövründə belə xəlvəti valyuta bazarı olub; sonra deyirsiz...”ilin birinci yarısında məzənnə dəyişikliyi olmayacaq, amma sonradan vəziyyət necə dəyişəcək, hansı proseslər gedəcək, bunu zaman göstərəcək”.....)))))))) belə görünürki, zamanı sizdən qabaq və sizdən dəqiq qara bazar proqnozlaşdırıb....)))))))))))))))

RAHİM 2022-01-17 17:24:05

Hörmətli. VAHİD BƏY ƏTRAFINIZDAKI biznesmen "deputatlar" MM- DƏN UZAQLAŞMASA BELƏ. DƏ. DAVAM EDƏCƏK. ONLARIN O. ƏSƏDOV. BAŞDA. OLMAQLA MM- DƏ səsləri də çıxmır.

Son yazılar