Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə T.Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.
Qeyd edək ki, Teymur Yusif oğlu Musayev 1970-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O, 2003-2004-cü illərdə Strasburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə, 2013-2015-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.
T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Nazir vəzifəsinə qədər o, səhiyyə nazirinin birinci müavini, daha sonra nazir səlahiyyətlərinin müvəqqəti icrasını həyata keçirib.


Şərhlər
Ölkədə dövlət səhiyyəsi qalıbki,hələ nazir də təyin edilir?Oktay Şıxəliyevin bərbad qoyduğu səhiyyə indi fərdi əllərdə can verir.
Azərbaycanda səhiyyə var ki?...
Nazir olmasına layiq bir kadrdır. Təbrik edirəm və uğurlar arzulayıram.
Bu da eyni qazanda bişmiş biri.Yazıq səhiyyə!! .....