PREZİDENTDƏN ABDİN FƏRZƏLİYEVƏ DAHA BÖYÜK ETİMAD - Ölkənin ən böyük rayonlarından birinə başçı təyin edildi

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Abdin Ələsgər oğlu Fərzəliyevə Azərbaycan Prezidenti tərəfindən daha yüksək etimad göstərilib. 

Belə ki, Prezidenti İlham Əliyevin sərəncamı ilə Abdin Fərzəliyev ölkənin ən böyük rayonlarından birinin -  Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Ölkədə icra başçılarının yeni və gənc kadrlarla əvəzlənməsi prosesinin getdiyi bir vaxtda A.Fərzəliyevin daha böyük rayona başçı təyin edilməsi təsadüfi deyil. Belə ki, 90-cı illərdən hakim komandanın üzvü olan Fərzəliyev hakimiyyətə, Prezidentə sədaqəti ilə seçilən kadrlardan biridir. Onun vəzifə pillələrində yüksəlişində sədaqət faktoru olə yanaşı tapşırılan vəzifələri layiqincə yerinə yetirməsinin də əsas rol oynadığı şübhə doğurmur.

Abdin Fərzəliyev 1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib.

1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr Hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində çalışıb.

1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 

2003-cü ilin aprel ayından 2005-ci ilə qədər Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2005-ci ilin dekabr ayından bu günə kimi isə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 

A.Fərzəliyev 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2001-cü ildən Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. 

635x100

Şərhlər

Ədalət 2022-01-23 10:34:30

Şərhləri oxudum ətim töküldü ,biraz arıqladım .Allah sizdən razı olsun

Veten dashi 2022-01-19 23:41:28

Riyakatsiz tenqidi yazini vermirsiz terifi verirsiz.Redd olsun riyakarliq ve tiyakarlar

Nəcəf Novruzov 2022-01-19 23:32:41

Bu təyunata görə cənab Prezidentimizə təşəkkür edirəm. Həqiqətən də Abdin müəllim layiqli və sədaqətli insandır. Hər zaman şəhid ailələrinin yanında olub. Uğurlar arzulayıram.

Dövlətini sevən 2022-01-19 20:08:34

Hörmətli cənab Prezident, belə dəyərli bir insanı Şəkiyə İcra Başçısı təyin etsəydiniz, bizdə İcra Başçısı nə olduğunu bilərdik...?

Mubariz 2022-01-19 20:07:17

Arvada iş vermədilər ? çox təssüf ,aclıq aksiyasına başlayacağam

Mubariz 2022-01-19 19:59:18

Başa düşmədim.........müsabiqəsidir ? Bəs yazırdız vəzifəsindən azad olub ? ....

Rahim 2022-01-19 19:58:55

GÖRƏSƏN MƏDHAXLIQ NƏ VAXTA QƏDƏR DAVAM EDƏCƏK ?

RAHİM 2022-01-19 18:56:06

NƏRİMANOV RAYONUNDA BAŞ VERƏN NÖQSANLARI NƏ TEZ UNUTDUNUZ?

Orxan 2022-01-19 17:31:41

Uğurlar,daim xalqının yanında olan insandır.

Qurban 2022-01-19 17:25:20

Ugurlar arzuluyuram Gözal insan va vatanina xalqina sadiq dövlat mamurudur

Eldeniz 2022-01-19 17:22:26

Abdin məllim çox yaxşı insandi ve yaxşı rehberdi uğurlar arzulayırıq

Samir 2022-01-19 17:07:30

Tebrikler Abdin muelim.. Size islerinizde ugurlar arzulayiram..

Firdovsi 2022-01-19 17:06:01

Abdin müəllim həmişə xalqına və dövlətə sadiq olan Başcı olub, ərazi uzrə yaşayanları dinləyib , problemlərinə yaxından köməklik göstərib , işlərində uqurlar arzulayırıq !

Ilkin 2022-01-19 17:04:05

Abdin muellim vetenperverlik numunesidir, Allah qorusun!

Elmar 2022-01-19 17:02:45

Tebrıkler sızın kımı başçılara halaldı

Vəfadar 2022-01-19 16:59:43

Hər zaman xalqa şərəflə xidmət edən, möhtərəm cənab Prezidentimizə sadiq olan Abdin Fərzəliyevə gələcək işlərində bol-bol uğurlar diləyirik!

oleq 2022-01-19 16:58:30

bu Abdin imperiya qurub Azərbaycanda...

Elçin 2022-01-19 16:55:32

1 sakin olaraq Abdin müəllimin fəaliyyətini həmişə bəyənmişəm, rayonumuz onun sayəsində dahada yaxşı inkişaf edib. Hər zaman ona duaçıyıq

Daimi oxucu 2022-01-19 16:52:28

Dövlətə sədaqətini hamı bilir, Abşeron camaatı da hiss edəcək Fərzəliyevin gəlməyini, yaxşı tərəfə

Gülbəniz 2022-01-19 16:50:14

Yaxşı insandı. Bir neçə dəfə icraya, şəxsən özünə müraciət etmişəm, hamısında da köməklik gösyərib

ibrahim 2022-01-19 16:47:21

Vetenine milletine sadiq insan tebrikler

Nicat 2022-01-19 16:46:50

Var olsun Abdin müəllim. Onu əsil rəhbər kimi tanıdım. Xatirəmdə həmişə etdiyi xeyirxahlıqla qalacaq daima.

Elmar 2022-01-19 16:44:49

Uğurları bol olsun təbriklər o insana halaldı

Ismayilzadeh 2022-01-19 16:43:41

Xeyirli olsun. Cox yaxshi insandir

Kənan Mirzəbəyli 2022-01-19 16:41:29

Abdin Fərzəliyev yaxşı işi göz önündə olan məmurlardandı. Onun təkcə şəhid ailələrinə göstərdiyi himayə nəyə desəz dəyər.

t.ədalət 2022-01-19 15:54:41

İndi kim YAP-ın üzvüdür deyə,ölkəni onun ayaqları altına sərməliyik?..

Rəvan 2022-01-19 14:54:19

Uca allah cənab Prezidentimizi qorusun, çox sag olsun! Ədalət daim zəfər çalır, Əliyev siyasi kursuna sadiq insanlara daim qiymət verilir! inanıram ki bu təyinatın bəhrəsini Abşeron rayon əhalisi şəxsi həyatında hiss edəcəklər!

Oxucu 2022-01-19 14:41:28

İcra Başçısı ya boksçu olmalıdır, ya da güləşçi. Ümumiyyətlə İcra Başçısı idmançı olmalıdır. Ağıllı İcra Başçısı Söz başa düşməyən şikayətçinin ağzını nə cür əzə bilər?

RAHİM 2022-01-19 14:40:31

Hanı. Mənim şərhim?

Son yazılar