"Əlbəttə, mən Kərim Şükürov kimi Azərbaycanın milli tarixinin ən müxtəlif səhifələrini tədqiq eləmiş, bu barədə kitablar yazmış, monoqrafiyalar ortaya qoymuş tarixçinin ölkənin əsas elmi-təqdiqat müəssisəsi olan AMEA Tarix İnstitutundan istefa verməsinə çox təəssüflənirəm".
Bu sözləri "AzPolitika.info"-ya açıqlamasında professor Qulu Məhərrəmli tarix elmləri doktoru, professor Kərim Şükürovun istefasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, görkəmli alim istefasına səbəb kimi AMEA prezidenti Ramiz Mehdiyevin elm ocağında yaratdığı dözülməz mühiti əsas gətirərək, Tarix İnstitutundan, ümumiyyətlə AMEA-dan getdiyini bildirib: "Tarix İnstitutuna rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib İnstitut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumayıb".
Tarixçi alim təəssüflə qeyd edib ki, AMEA-nın prezidenti Milli Akademiyanın rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoqla deyil, məişət səviyyəli intriqalarla məşğul olur və onu Akademiyanın gündəminə çevirir.

Q.Məhərrəmli bildirir ki, əslində Kərim Şükürov bu vəzifəyə təyin olunanda, nəhayət, tarix elmini ideologiyadan, kənar təsirlərdən ayırıb, "milli relsə" salacağına ümidlər yaranmışdı: "Çünki bu işlər professor Kərim Şükürovun imkanları daxilindədir, o, qısa müddətdə Tarix İnstitutunda xeyli işlər görüb. Bu dövrdə Cümhuriyyətin tarixi, orta əsrlər dövrü ilə bağlı həyata keçirilən qiymətli işləri danmaq olmaz. Kərim Şükürov bu prosesə yeni axın, yeni istiqamət verə bilmişdi. Amma indi onun bəyanatından belə məlum olur ki, apardığı işlər, elmi istiqamətlər, tədqiqatlar, görünür, Akademiya rəhbərliyini maraqlandırmır. Kərim Şükürovun dediyi kimi, Ramiz Mehdiyev intellektual səviyyədə deyil, çox təəssüf ki, məişət səviyyəsində düşünən, bu məsələlərə də o cür yanaşan və onu bir tərzə çevirən rəhbərdir".
Professorun sözlərinə görə, bu hadisə onu göstərir ki, vicdanlı, dürüst, elmli, ləyaqətli adamlar üçün belə mühitdə işləmək çox çətindir. "Kərim Şükürov şəxsiyyət etibarı ilə böyük miqyaslı insandır, onun kimi hər cür dialoq tərəfdarı olan, öz intellekti ilə bu millətin ictimai düşüncəsinə fayda verən bir adamı bu şəkildə pisikdirib istefa verməyə məcbur etmək yolverilməz və ləyaqətsiz addımdır", - Q.Məhərrəmli vurğulayıb.
Professorun fikrincə, bu hadisə həm də onu göstərir ki, Akademiyada milli, mənəvi, psixoloji mühit nə qədər çirklənib, Ramiz Mehdiyev ora gələndən bu sahədə problemlər xüsusilə artıb: "Əvvəllər də belə problemlər çox idi, sadəcə indi üzə çıxır. Hər halda, baş verənlər bizi Akademiya, oradakı mənəvi mühit haqqında, Azərbaycan elminin sabahı, gələcəyi, təsadüfi adamların akademik vəzifə tutması ilə bağlı düşünməyə vadar edir. Çünki bütün çirkabların içində həqiqi alimlər, onların planları, millət üçün potensial imkanları əriyib gedir. Ona görə də biz bu hadisələrdən ciddi nəticə çıxarmalıyıq".
"AzPolitika.info"

Şərhlər
QISA BİR MÜDDƏTDƏ ÖZÜNÜN KİMLİYİNİ BİRUZƏ VERƏN MEHDİYEVİN 30-40 İL pREZİDENT ADMİNİCTRASİYASININ RƏHBƏRİ OLMASI ORADA NƏLƏRİN BAŞ VERDİYİNİ ORTAYA ÇIXARIR..................
bu elmlər akademyası ilə bizim xarici işlər nazirliyi arasında çoxlu sayda parallellər görmək mükündür, anti-türk, anti-humanist, anti-hüquq, anti-əxlaq və bənzər meyarlarda xin-lə ellmlır akadmeiyası çox bənzərdirlər..
AMEA İNTRİQA VƏ CƏHALƏT İDARƏSİDİR. SOVET DÖVRÜNDƏ DƏ BELƏ İDİ, İNDİ DƏ BELƏDİR. ÜSTƏLİK R. MEHDİYEV DƏ ORA RƏİS EDİLİBSƏ....
Prezident Administrasiyasının Humanitar Siyasət şöbəsinin Fatma Abdullazadənin həyat yoldaşı Oqtay Ələkbərovun Fizika İnstitutunu dağıtmasına, qondarma akademiklər seçdirməsinə hüquqi qiymət verilməlidir. Oqtay Ələkbərovun seçdirdiyi qondarma akademiklərdən biri AMEA-nın vitse prezidenti, digəri AMEA Prezidentinin müşaviridirlər.
Bizde akasemiya var beyem ? varsa hani ? yoxdu axi,,,,
Oğru qanunlarına görə oğrunun kruqdan yalnız ölūsū çıxabilər
Niyə hakimiyyət Ramiz Mehdiyevdən əl çəkmir? Başqalarını 65 yaşda zorla işdən azad edib təqaüdə göndərirlər,amma 82 yaşlı rüşvət akademikini baş üstə saxlayırlar?
Ramiz Mehdiyev və onun rüşvətlə vəzifələrə təyin etdiyi elmdən uzaq adamlar Akademiyadan uzaqlaşdırılmalıdırlar. Akademiyada köklü islahatlar aparılmalıdır. Bütün normal ölkələrdə olduğu kimi elmi tədqiqat institutlarında 65 yaşdan yuxarı vəzifəli şəxs olmamalıdır. Sırf elmlə məşğul olmaq istəyənlər üçün isə məhdudiyyət yoxdur. R.Mehdiyev Akademiyadan getməyincə ora düzəlməyəcək. Boş-bekar qocalar evinə çevrilmiş Rəyasət Heyəti ləğv edilməlidir. Bu qurumun fəaliyyəti yalnız elmə mane olmaqdır.