Şimali Kipr Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyi yanvarın19-da Nikosiyada kürd Demokratik İttifaqının ofisinin açılmasını tənqid edib.
Xəbəri Türkiyənin «Daily Sabah» qəzeti yayıb.
Şimali Kipr Türk Cümhuriyyəti xarici işlər naziri Təhsin Ərtuğruloğlu bəyan edib: «Yunan Kipri bilməlidir ki, o, odla oynayır… PKK-çı terrorist Çərkəz Korkmaz (necə deyərlər, nümayəndəliyin başçısı seçilib) yunan Kipri administrasiyası tərəfindən bu qrupa dəstəyi nümayiş etdirib, onun terroristlərə köməyini yüksək qiymətləndirib».
Ərtuğruloğlu qeyd edib ki, kiprli türklər buna təəccüblənmirlər ki, kiprli yunanlar və kürdlər əməkdaşlıq edirlər. Türk nümayəndəsi həm də əlavə edib: «Biz, bilirdik ki, onlar əməkdaşlıq edirlər, amma indi onlar bunu rəsmi qaydada edirlər… Onlar bilməlidirlər ki, onları nə gözləyir».
AzPolitika.info


Şərhlər