ERMƏNİSTAN PREZİDENTİ İSTEFA VERDİ - "Qərarım emosional deyil..." (Yenilənib)

Ermənistan Prezidenti Armen Sarkisyan istefasının əsas səbəblərini açıqlayıb.  Armen Sarkisyan bununla bağlı bəyanatında bildirib ki, vəzifəsindən istefaya getməsinə səbəb səlahiyyətlərinin məhdud olmasıdır: Bu mühüm qərarı (prezident olmaq təklifi-red) qəbul edərkən mənə (2018-ci ildə-red) verilən təklifdən çıxış etdim. Təklifə əsasən yeni prezident institutu xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı.

Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu. Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım?  Cavab aydındır, çünki mən respublika Prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşəm”. 

“Daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim. Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim.

Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır - müvafiq alətlərin olmamasıdır ki, istənilən dövlət məmuruna yalnız bir sənəd - Konstitusiya verilir. Potensial problemlərimizdən bəziləri mövcud Əsas Qanundan qaynaqlanır”, - Prezident deyib.

“Bizdə paradoksal vəziyyət yaranıb - prezident dövlətçiliyin qarantı olmalıdır, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir qurumun digər qurumdan üstünlüyünü təmin edir, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və s”, - Armen Sarkisyan vurğulayıb.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serş Sarkisyan tərəfindən irəli sürülmüşdü. (“Report.az”)

***

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. 

"AzPolitik.info" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.

A.Sarkisyan bildirib ki, onun istefası emosional qərar deyil və müəyyən məntiqə əsaslanır. O, bildirib ki, Prezidentin hazırki səlahiyyətləri ölkənin daxili və xarici siyasətinə təsir etməyə imkan vermir. 

"Dövlətimiz üçün belə mürəkkəb etapda, milli həmrəyliyin vacib olduğu bir vaxtda prezident institutu qeybət və sui-qəsd nəzəriyyələrinin hədəfi olmamalı, bununla da diqqəti ölkənin vacib problemlərindən yayındırmamalıdır", - Sarkisyan bəyan edib. 

Prezident əlavə edib ki, indi ölkəyə heç vaxt olmadığı qədər dərin düşünülmüş, mənalı, ölçülüb-biçilmiş addımlar lazımdır. "Əks halda erməniləri tarixdə yox olmaq təhlükəsi gözləyir".

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar