PAŞAZADƏNİN ƏSAS SƏLAHİYYƏTİ ƏLİNDƏN ALINIR - Qanunda mühüm dəyişiklik

Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub. "Report"un xəbərinə görə, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Qeyd edək ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".

Qeyd edək ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin ictimai təşkilat olan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunması ictimaiyyət tərəfindən də doğru hesab edilmir. Qurumun rəhbəri Allahşükür Paşazadə bundan öz maraqları üçün istifadə etdiyi bildirilir. 

Ölkədə ictimai rəyə müəyyən təsir gücünə malik olan din xadimlərinin təyinatının dövlətin nəzarətindən kənarda qalması, ayrı-ayrı şəxslərin ixtiyarına buraxılması həm də təhlükəlidir. Xüsusən də bu şəxslər Rusiya və İranla isti münasibətlərdədirsə...

"AzPolitika.info"

635x100

Şərhlər

Oxucu. 2022-01-28 08:59:08

Bütün ölkə boyu yığılan nəzirlər paytaxtda tikilən hündür mərtəbəli (navastroyka) bir binanada yığılan puldan dəfələrlə az olar,görün insanları nəyə yönəldib başlarını qatırlar,bu navastroykalardan hər km üçün o,50 m.yığılan nağd pullar hara gedir,niyə buna toxunmurlar.

Rasim quliyev 2022-01-27 15:32:57

Siz soruşun bir allahşükür Paşazadə den o ziyarətgahlar puluna neçə kasıba kömək edib.Obyektbalsin karlovaride.

TT 2022-01-27 09:40:52

Milyonnar ))))) Hardandi ?

Elxan 2022-01-26 22:23:14

Avam millətin İslama heç bir aidiyyəti olmayan ziyarətgah sevgisi, sonda özünün quldurcasına soyulmasına səbəb olur

Camaat. 2022-01-26 20:11:50

Bu Paşazadə küllü miqdarda sərvət toplayıb.Qarabağın bərpası üçün bu yaxşı fürsətdir.

Son yazılar