Menu

PAŞİNYAN PREZİDENT VƏZİFƏSİNDƏ KİMİ GÖRMƏK İSTƏYİR? - Hakim partiyanın namizədinin adı açıqlanıb

26.01.2022, 19:32
PAŞİNYAN PREZİDENT VƏZİFƏSİNDƏ KİMİ GÖRMƏK İSTƏYİR? - Hakim partiyanın namizədinin adı açıqlanıb

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası prezident postuna Baş nazir aparatının rəhbəri Arayik Arutunyanı namizəd göstərəcək.

APA xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” saytı öz mənbələrinə istinadən məlumat verib.

Sayt Nikol Paşinyanın köməkçisi Nairi Sarkisyanın bu gün istefaya göndərilməsini də Arutunyanın Prezidentliyə namizəd olması ilə əlaqələndirir.

Belə ki, Sarkisyan Arutunyanın yerinə Baş nazirin aparat rəhbər olacaq.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol