“AMEA RAMİZ MEHDİYEVİN NÖVBƏTİ QURBANI OLMAMALIDIR!” – “Hər cildin nəşrində mənimsənilən milyonlar...”

"Ən yaxşı variantlardan biri Elm, Təhsil və İnnovasiyalar Nazirliyinin yaradılmasıdır"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyevin "AzPolitika.info"-ya müsahibəsini təqdim edirik:

- Etibar müəllim, AMEA-da nə baş verir? İlk olaraq bu qurumun rəhbərliyinin fəaliyyətini siz tənqid etdiniz...

- Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin elmə yad adam olması ucbatından reanimasiyaya salınıb. AMEA-nın nəzdində olan institutların işi iflic vəziyyətindədir. Dedi-qodu, qapı pusmaq, səs yazmaq, yerliçilik, qohumbazlıq, üzə durmaq, dostbazlıq elmə yad olan çirkin işlərdir. Əslində Ramiz Mehdiyev AMEA prezidenti seçilməmişdən əvvəl də elmə amansız zərbələrini vurmuşdu. Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olanda elmin inkişafına ayrılan külli miqdarda vəsaitin sümürülməsində böyük rol oynamışdı. O bunu bilərəkdən edirdi...

Cənab Prezidentin elmin inkişafı üçün yaratdığı bu qurumu məhv etdilər. Ramiz Mehdiyev ölkədə ən korrupsioner rektorların himayəçisi olub. Həmin rektorlar elm adamlarını universitetlərdən didərgin saldılar.

- Siz Azərbaycan Milli Ensiklopediyasında olan ciddi qüsurlar barədə də Ramiz Mehdiyevi qınamışdınız... 

- Bəli. Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyəti sədrinin birinci müavinidir. Ensiklopediya hər bir xalqın milli sərvətidir. Bu çoxcildli ensiklopediya Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncam əsasında nəşr olunmağa başladı. Ramiz Mehdiyevin ensiklopediya hazırlanmasında savadı olmadığından bu layihənin də dəyərini heçə endirə bildi. 

Ensiklopediyada plagiatlıq, anlayışların düzgün verilməməsi, tərcümədə kobud qüsurlar, hər cildin nəşrində mənimsənilən milyonlar ensiklopediyamızın dünya xalqlarının ensiklopediyaları ilə müqayisə olunmaq məziyyətini itirdi. Və kitab mağazalarında nəşr olunmuş cildlərin üzünə baxan yoxdur. Bunu da Ramiz Mehdiyev bilərəkdən edib. Belə bir milli məsələdə qabiliyyətsizliyini hiss edib geri durmalı və üzr istəməli idi. Düşünürəm ki, Milli Ensiklopediya ilə bağlı dinləmələrin keçirilməsinə ehtiyac var.

- Ramiz Mehdiyevin fəaliyyətini xeyli sayda nüfuzlu elm adamları tənqid etdi. Bu təşkilatın gələcəyi barədə nə düşünürsünüz?

- Haqlısınız. Akademiya yaradılandan onun rəhbəri hələ indiki qədər tənqid olunmayıb. Onu qınayanların sayı durmadan artır. Onlar haqlıdırlar. Ramiz Mehdiyevin üçüncü qurbanı AMEA olmamalıdır. Elm Fondu və Azərbaycan Milli Ensiklopediyasını qeyd etdim. O, Akademiyada elmi mühiti dağıtmaqla bu qurumu da sıradan çıxarmaq istəyir. Bu missiyanı da üzərinə götürüb. Akademiya da bizim milli sərvətimizdir. Orda nüfuzlu alimlər çalışıblar. Elmin binasına kərpiclər hörüblər. Belə bir qurumu ona qurban vermək olmaz. 

Zənnimcə, ən yaxşı variantlardan biri Elm, Təhsil və İnnovasiyalar Nazirliyinin yaradılmasıdır. 

İkinci variant isə Akademiyada ciddi islahatlara rəvac verilməsidir. 

Yəni elmə ayrılan vəsaitin səmərəli xərclənməsinə nəzarət etmək, inkişaf etmiş ölkələrin, xüsusilə qardaş Türkiyənin elmi tədqiqat təcrübəsini öyrənmək, mübadilə proqramları qəbul etmək, alimlər üçün normal iş mühiti yaratmaq, elm sahələrində ciddi layihələrin işlənməsi üçün maraqlı tərəflərlə birgə çalışmaq, gənc alimlərin təcrübə keçmələri üçün xarici ölkələrə göndərilməsi və AMEA-nın gəncləşdirilməsinə nail olmaq lazımdır. Bütün bunlar Ramiz Mehdiyevlə qeyri-mümkündür. Bunu artıq orta məktəb şagirdləri də bilir. AMEA Rəyasət Heyətinin üzvlərinin R.Mehdiyevə hələ də etimadsızlıq göstərməmələrini başa düşə bilmirəm.

V.Nəsibov

"AzPolitika.info"

635x100

Şərhlər

qaraguruh 2022-01-27 19:50:58

dedi-qodu, qapı pusmaq, səs yazmaq, yerliçilik, qohumbazlıq, dostbazlıq, üzə durma--razıyam ki təkcə akademiya deyil bütün idarələr, nazirliklər icra hakimiyyətləri bu sadalanan priniplə işləyir dövlət deyilən bir şey qalmayıb--sistem çökü"alim" adlanan şəxslərin dərəcələri olkəyə verdiyi səmərə və dəyərrə görə yenidən qiymətləndirilməli--akademiya isə ləğv edilməlidir Almaniyanın ELM AKADEMİYASI YOXDU DEYƏ GÖRÜRSÜNÜZ NƏ QƏDƏR GERİDƏ QALIBLAR

Camaat 2022-01-27 15:44:18

Mən təklif edirəm ki,1999-cu il tarixdə qüvvəyə minmiş Əmək Məcəlləsinin müvafiq maddəsi(yaş həddi) yenidən qüvvəyə minsin,bütün sahələrdə işləynlərin yaş həddi 65 -dən yuxarı olan bütün qoca-qaltaqlar işdən azad edilməklə təqaüdə göndərilsinlər Bu qanun bütün vətəndaşlara aid edilməkə aşağıdan yüxarıya doğru bütün vəzifələrə aid edilsin. Artıq yetər .Bəsdirin Azərbaycanın ,millətin başına gətirdikləriniz.Ay .....,ANTİMİLLİ ÜNSÜRLƏR.

Türk Turan 2022-01-27 10:19:52

Etibar Əliyevə təşəkkür edirik, minnətdarıq və onun fikirlərilə 100% razıyıq. Ramiz Mehdiyevi AMEA-dan rədd eləmək lazımdır, vacibdir.

TR 2022-01-27 09:44:18

El cekindeee bu ramizden ) Vaxtinda lazim idi , indi qecdi ! Cayir otu bilirsizde nece olur ?

Azər 2022-01-27 09:04:19

Hörmətli Etibar müəllimin təklifi çox gözəldi. Sadəcə ölkə başçısına normal şəkildə, paket formasında təqdim olunmalıdır. Məsələn, Azərbaycanda təkcə iqtisadi sahədə 4-5 elmi-tədqiqat institutu fəaliyyət göatərir. Nəyə lazımdı. Hamısı birləşdiriliməli, ya İqtisadiyyat Nazirliyinə ya da UNEC nəzdində fəaliyyətini davam etdirməlidirlər. Eyni qaydada digər institutlar. Məsələn, Kənd Təsərrüfatının tabeliyində 15-ə yaxın elmi- tədqiqat institutu var. AMEA- da bu istiqamət üzrə bir necə İnstitut var. Bunlar da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində vahid bir idarəetməyə verilməlidir.

Son yazılar