“Azərbaycanın elm tarixi salnaməsində 1945-ci ildə yaradılmış Elmlər Akademiyası mühüm yer tutur. Elmlər Akademiyası həmin dövrdəki elmi elitanı birləşdirərək, Azərbaycan elminin mərkəzinə çevrildi. Akademiya tarixən formalaşmış elmi ənənələri davam etdirməklə bərabər, prioritet elmi istiqamətləri də inkişaf etdirdi”.
Bunu APA-ya açıqlamasında AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib.
K. Şükürov deyib ki, Azərbaycan Elmlər Akademiyasının inkişafında, yeni elmi çağırışlara vaxtında cavab verməsində və elmi tədqiqatların yüksək səviyyədə təşkilində akademiya prezidentlərinin xüsusi rolu olub: “Akademiyanın ilk prezidenti Mir Əsədulla Mirqasımov (1945-1947), Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983) və digərləri Azərbaycan elm tarixində özünəməxsus iz qoyub. Akademiyanın İstiqlaliyyət küçəsində yerləşən Rəyasət Heyəti yaxınlığında Yusif Məmmədəliyevə qoyulan heykəl elmə sədaqətlə xidmətin simvolu kimi hörmətlə yad edilir.
Ramiz Mehdiyevin 2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi ilə akademiya tarixinin ən uğursuz dövrünə qədəm qoydu. Ölkə rəhbərliyinin etimadı və dövlət idarə sistemində müəyyən təcrübəyə malik olan Ramiz Mehdiyev bu vəzifəyə gələndə belə təsəvvür var idi ki, o, bu təcrübədən istifadə edərək Azərbaycan elminin təşkili və yeni nailiyyətlər əldə edilməsinə mühüm töhfələr verəcək. Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu.
Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın inkişafına dair təqdim edilən proqram dünya elminin daha intensiv inkişaf etdiyi müasir dövrdə onun tələblərini nəzərə almaq əvəzinə, elmətrafı məsələlərə həsr edildi. Akademiya elmin müasir inkişaf tendensiyalarına uyğun olaraq, yenidən təşkilatlanmadı, əksinə bürokratikləşdirilməyə başlandı. Ən əsası isə akademiya elminin idarə edilməsi sahəsində səriştəsizlik göstərildi. Elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi və inkişaf etdirilməsində xüsusi rolu olan mövcud koordinasiya şuraları parçalandı, az sonra bu dəfə hədsiz dərəcədə mərkəzləşdirildi. Əsas elmi tədqiqat mərkəzləri olan elmi tədqiqat institutlarının strukturunun yeni çağırışlara uyğun olaraq təkmilləşdirilməsi əvəzinə, burada da kosmetik dəyişikliklər həyata keçirildi. Baş direktor və icraçı direktor vəzifələri təsis edildi ki, bunlar da işin keyfiyyətinə ciddi təsir edə bilmədi. Bu cür mənasız eksperimentlər digər sahələrdə də davam etdirildi”.
K. Şükürov qeyd edib ki, Akademiya həyatının əsas sənədi olan, Nizamnamə də dünya elminin inkişafının müasir tələblərindən geri qalır: “Akademiya üçün xarakterik olan demokratik idarə üsulu yaradılmasının əksinə olaraq, onun prezidentinin səlahiyyətlərinin daha da artırılmasının təsdiqinə xidmət edir. Ramiz Mehdiyev pandemiya şəraitinin tələblərinə uyğun olaraq akademiyanın səmərəli fəaliyyətini təşkil edə bilmədi, vəziyyətdən sui-istifadə edərək şəxsi hakimiyyətini möhkəmləndirməyə çalışdı. AMEA sisteminə daxil olan institutların rolu demək olar ki, heçə endirildi. Azərbaycan elminin uzun müddət ərzində formalaşmış elmi potensialına da ciddi zərbə vuruldu. Perspektivli alimlərin bir hissəsi akademiyanı tərk etdi. İşini davam etdirən elm fədailəri isə normal elmi tədqiqat imkanlarından məhrum edildi. Beləliklə, akademiya dövlətin müəyyən etdiyi elm siyasətinin həyata keçirilməsinə nail ola bilmir. Akademiyanın fəaliyyətinin əsas istiqaməti kimi elmi tədqiqatların prioritetləri bir tərəfə atıldı, nəticədə elə bir dözülməz vəziyyət formalaşdı ki, akademiya müasir elmi çağırışlardan kənarda qaldı. Pandemiya Azərbaycanın müvafiq elm sahəsini də sınağa çəkdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu sahədə akademiya ciddi bir addım ata bilmədi”.
Tarix İnstitutunun baş direktorunun sözlərinə görə, Ramiz Mehdiyev AMEA-nı elə bir ümidsiz vəziyyətə gətirib ki, gənclər arasında elmə maraq azalıb, doktorantura və dissertanturaya müəyyən edilmiş yerlərin əksəriyyəti boş qalır: “AMEA rəhbərliyi tərəfindən əməkdaşların əmək haqqının artırılması, sosial müdafiəsinin yüksəldilməsi istiqamətində də real bir iş görülmür. AMEA daha çox məhkəmə qalmaqalları ilə gündəmə gəlir. Bu da ictimaiyyət arasında akademiyanın işgüzar nüfuzuna ağır zərbə vurur. Ən yolverilməz məsələ isə akademiya prezidentinin şəxsi keyfiyyətlərinin ictimaiyyət arasında ciddi tənqid hədəfinə çevrilməsidir. Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.

Şərhlər
Bütün əsil Ziyalılar birləşin !
Ramiz Mehdiyev nəinki vəzifədən qovulmalıdır, o, hətta məhkəməyə verilməlidir. Və bütün əmlakları müsadirə olunmalıdır!
Doğrdan da ciddi məsələdi. Akademiyanın hər yerindən 5-ci kalon quxusu gəlir. Hazırda Rəyasət Heyətində işləyənlərin, ramizin dövrundə gətirlən kadrların 70 faizi Slavyan univrrsitetinin məzunlarıdı. Eyni zamnda bir necə rəhbər vəzifədə olan şəxs də bu universitetin işcisi olub.
Rusiya Elmlər Akademiyası, Rusiya Hərbi-Sənaye Kopleksi üçün çöx əhəmiyyətli bir orqandır. Rusiya Elmər Akademiyası Rusiyanın sənayesinin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. AMEA-nın Müdafiə Sənayesi nazirliyində görülən işlərə, Azərbaycanın kənd təsərrüfatına və sənayesinə bir toxunacaq nöqtəsi varmı? AMEA-nı saxlamaq nəyə lazımdır? AMEA-nın normal
fəaliyyət göstərməsi üçün AMEA demokratikləşməlidir. Direktorlar institut əməkdaşları tərəfindən hər dörd ildən bir seçilməlidirlər. AMEA-nın Rəyasət Heyəti ləğv edilməlidir, bunun əvəzində institut direktorlarından ibarət ictimai əsaslarla fəaliyyət göstərən Direktorlar Şurası yaradılmalıdır. Elmi istiqamətlər dəyişdirilməlidir. Ancaq bu yolla AMEA-nı saxlamaq olar. Hazırda AMEA rəhbərliyi təmirə pul ayırıb, ayrılan pulları basıb yeməklə məşğuldurlar. Vəssalam!
kerim shükürov özünü aldatmaqla meshguldur.... san ki Ramiz Mehdiyeve geder burada her shez gül-cicek olubmush,,,, amma Mehdiyev gelib berbad edibmish... göresen, Shükürov özü dediklerine inanörmi? Ve ya Mehdiyev AMEA-dan getse, her shey yaxshi olacagmish... AMEA, sadece, legv edilmelidr_´, vessalam. Kerim SHükürov ise yeniden BDU-nun Taroíx fakültesine geri dönmelidir.
Təkcə Ramiz Mehdiyevin getməsilə iş düzəlməz.İsa Həbibov da bir an öncə getməlidir.Onun suçu Mehdiyevdən də çoxdur.
Soruşan lazımdır ki,bu Tarix institutu bu boyda əməkdaşı ilə niyə tarixçi olmayan Filipp Ekozyants qədər erməni yalanına tutarlı cavab verə bilməyib,çünki savadları yoxdur,akademiya hamısı bu gündədir,əksəriyyət orada gününü keçirib intriqalarla məşgul olurlar,Mehdiyev də onlardan betər
Akademiya ramizin dövrndə dunyadakı olmayan reytinqi 30 pille gerileyib
Mehdiyev AMEA-dan getsə nə olacaq.getməsə nə olacaq?onsuz da Akademiya 50 ildir verilib NaxYerAlara,kormuşkaya çeviriblər.Akademiyanı onlardan tam təmizləyib.yeni bacarıql gənc ,perspektiv Azərbaycanlılarla kompletrləşdirmək vacibdir.Bu keçən 50 ildə Akademiyada bir ciddi,dünya miqyaslı bir lmi nəticə hasil olmayıb.Sadəcə pul ayrılıb,yeyiblər,Fiktiv elmi adlarla bir birini adlandırıblar.abu isə bu günkü vəziyyəti yaradıb.Azərbaycanın adi müfəssəl tarixi belə ortada yoxdur.
Kərim müəllimlə 100% razıyıq. Ramiz Mehdiyev rədd edilməlidir.
AMEA...2 il ərzində məhv edildi... Bu qədər yalan.. və riyakarlıq olmaz axı... Bu qədər kicilmək... elm adamına... yaraşırmı..
Görəsən, bu ziyalıların səsini eşidən olacaqmı bu ölkədə?! Nə vaxt Ramiz Mehdiyevə qarşı bir ölçü götürüləcək? AMEA rəyasət heyətinin katibliyini, ümumiyyətlə Ramiz Mehdiyevin ora gətirdiyi yeni kadrların kimliyi yoxlansa, hər şey ortaya çıxacaq. Axı, niyə yoxlamırlar katbliyin yeni əməkdaşlarını?
Akademiyanın indiki vəziyyətini bu dərəcədə yüksək səviyyədə, mövcud reallığı düzgün qiymətləndirən olmaməşdı. Allah Sizi qorusun, Kərim müəllim. Hec olmasa Sizin timsalınızda deyə bilirik akademiyada bir nəfər də olsa ziyalı var. Buna da şükür.
Bu, Aytən Mustafazadə nə üçün belə "qoçuluq" edir, yaxud da o işdən çıxarılanlar elə ona layiqdilər...
15-17 noyabr 2021-ci il tarixlərində Ramiz Mehdiyevin göstərişi ilə AMEA-nın Hüquq və İnsan Haqları institutunun direktoru Aytən Mustafazadə elmlər doktorlarını, fəlsəfə doktorlarını, tanınmış ziyalıları, ümumilikidə 11 nəfəri əsassız yerə işdən çıxardıb. 2 şöbəni də bağlayıb. Nəyə görə Ramiz Mehdiyevin göstərişi ilə işdən qovulanlar Kərim müəllimin çağırışına səs vermirlər? Nədən çəkinirsiniz?
getmelidir,lakin nece...