“Bəli, bu məlumat tam doğrudur. 31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi aparılan araşdırmalarla bağlı öz qərarını elan edib. Hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib. Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri oliqarx deputat Cavanşir Feyziyev London Məhkəməsi tərəfindən milyonlarla dollar vəsaitinin müsadirə olunması barədə məlumatları şərh edərkən modern.az-a açıqlamasında bildirib.
Xatırladaq ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Cavanşir Feyziyevin bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edildiyinə dair məlumat yayılıb.
Məlumatda bildirilib ki, maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.
C.Feyziyev bildirib ki, vəsait vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürülüb: “Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı. Bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var”.
“Niyə həmin sənədlər bank hesablarında olan vəsaitlərin yalnız bir hissəsini, yəni 10 milyonluq hissəsini təsdiq etdi, qalan vəsaitlər üçün isə keçərli olmadı? Bunun səbəbini izah edə bilərsinizmi” sualına oliqarx deputat belə cavab verib: ”Səbəb çox sadədir. Məhkəmə araşdırması aparılan zaman diqqət əsasən mənim ailə üzvlərim tərəfindən Böyük Britaniyada sərmayə kimi yatırılmış 10 milyon funt sterlinqin qanuniliyinin yoxlanılmasına yönəlmişdi. Ona görə də yoxlama məqsədi ilə bizdən vəsaitlərin yalnız həmin hissəsinə aid olan sənədlər tələb olunmuşdu və biz də həmin sənədləri təqdim etmişdik. Buna görə də həmin sənədlərin əhatə etdiyi 10 milyon vəsait sərbəst buraxıldı.
O zaman hesablardakı digər vəsaitlərlə bağlı sual qoyulmadığından həmin vəsaitlərə aid sənədlər də soruşulmamışdı və bizim tərəfimizdən də təqdim olunmamışdı. İndi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq. Bu araşdırmalar məhkəmənin daha yuxarı instansiyasında daha peşəkar hakimlər tərəfindən aparılacaq. Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var və əminəm ki, növbəti mərhələdə də məhkəmə araşdırması həmin sənədlərə lazımi qiyməti verəcək”.
“AzPolitika.info”

Şərhlər
Bəs Feyziyev niyə açıqlamır ki, bu pullar haradandır,kimindir,necə əldə olunub və niyə Londonda üzə çıxıb? Bunu hansı bank nə əsasla köçürüb və ya gömrükdn necə buraxılıb.? Bu suallara kim cavab verəcək? Bundan əlavə Feyziyevin mal varlığına daha nələr daxildir və necə sahib olub?
Bunlarda abır-həya yoxdur. .....
bu ogurluq pullarin xarice dashinmasi mexanizmi arashdirilmalidir. o zaman hele cox firildaqcilarin adi ve ogurlugu uze cixacaq
Hansi normal olkeninparlamentinin deputati biznesle meshqul olur ,biznesini bashqa olkeye kochurur!
NAS YON ALIDIOTIZM!
Beli “TT “ müellim bu adam heç olmasa en azından danmır ,olanları deyir,bu işler qanunidir ve ya qanunsuz bu artıq hüquq mğhafşze orqanlarının ve Milli Meclisin işidir.
əgər pulları kim ölkə xaricinə çıxarırsa bu o deməkdir ki:-pul ogurluqdur və o adamlar ölkədən qaçmaq üçün özünə zəmin yaradır.
hanı bizim dövlət,niyə araşdırma aparmır,bizdə qanunlar işləyir,ya yox!!!
Öz millətindən oğurladı İngilis dartıb əlindən aldı. Əhsən belə *qəhrəmanlara*!
Bu deputat necə edilib6 DEPUTAT ŞİRKƏT İŞLƏDƏR,PUL YIĞAR,YOXSA XALQA XİDMƏT EDƏR?Bəs Spiker.və müvafiq qurumlar niyə bunu görmür7BU AZƏRBAYCANIN BƏLASI DEYİLMİ?tİXUNULMAZ SYSYUSU CİNAYƏTDƏN YAYINMA ÜSULUNA NİYƏ ÇEVRİLİB?
Azerbaycanin korrupsioner audit,prokurorluq sistemleride yoxlamalidir.Bir memurda 15 milyon funt texminen 30 milyon manat hardandir???
Hansı ehtiyacdan Azərbaycabda əyri yollarla əldə olunan pullar xaricə köçerelməlidir?Məgər Azərbaycabda bu pullarla iş yeri aşmaq,biznes qurnaq olmur?Niyə millətdən əyri və ya düz yolla əldə ediləm vəsaitlər xaricə qaçırılmalıdır?Bəs dövlətin müvafiq qurumları belə hallara niyə göz yumub?
Doqurdan (Eli) ?
Hələ danışmağa sözü qalıb. Amma məhkəmə qalan pullara yaşıl işıq yandırmayıb. Bütün hesab dondurulub. Pullar hissə-hissə müsadirə olunur.
Hörmətli cənab Prezident, Şəkinin İcra Hakimiyyətində köklü kadr islahatları aparılmalıdır ! Şəki ağır günlərini yaşayır, işgüzar kadrlar şərlənərək işdən uzaqlaşdırılır...?
deputatın bizneslə məşğul olması qanunla qadağandır bu qədər pulu
nece qazanıb
1ci nøvbede arašdirilaidir ki Feyziyev sen bu qeder pullarin deklarasiyasini gøster ve sen bu qeder pullari gömrūkden nece keçirmirsen? Eger Sefer Mehdiyev bilirdise Azerbaycan Hökumetine melumat veribmi. Eger veribse niye Mehkeme hebs qoymalidir?
Soruşan yoxdur ki, bu qədər pul səninçün hardandır, ay deputat?
utanmasan oynamaqa ne varki) Haram pullardiyeee milletin pullari !!!!! Allah qec eder , qûc eder )))
Eye yoke kisisen Beynelxalg bankin 100000 den cox musterileri var onlara Niue gozun use gasin var deyen yoxdur Senin pullarin haram pullardir
Bu adam semimi ve ağıllı adamdır.Nağıl danışmır başqaları kimi.
beynəlxalq bank vasitəsi ilə yaniz tək oliqarx deputatın vəsaiti köçürülüb? bəs onda minlərlə başqalarini niyə yoxlamirlar? şair demiş daha nağillara inanmiram mən.......