Ötən gün London məhkəməsində deputat Cavanşir Feyziyevin ailə üzvlərinin 2021-ci ilin noyabrında Böyük Britaniya banklarında dondurulan 15,3 milyon funt-sterlinq (34,2 milyon manat) məbləğində vəsaitin 5,63 milyonunu (12,8 milyon manat) müsadirə etməsi barədə qərar vermişdi.
Dünyanın ən məşhur media orqanları – “Bloomberg”, “Guardian” və s. da daxil olmaqla, yüzdən çox nəşr Feyziyevlər ailəsinin 5,63 milyon funt-sterlinqinin müsadirə olunduğunu qeyd edərkən, Azərtac dövlət agentliyi "London məhkəməs ədaləti bərpa etdiyi" başlığı ilə Cavanşir Feyziyevin ailəsinə məxsus 10 milyon funt-sterlinqin geri qaytarıldığını yazmışdı. Həmçinin bildirilirdi ki, digər məbləğlə bağlı məsələ daha yuxarı instansiyaya şikayət ediləcək.
Bu gün isə bəlli olur ki, Azərtac sözügedən informasiyanı saytdan yığışdırıb və Cavanşir Feyziyevin ictimai müdafiəsindən imtina edib.
"Azərtac"da ötən gün yayımlanan yazının skrinini təqdim edirik:

yenipress.az

Şərhlər
Feyziyevin mlyonları haradandır və Britaniyada nə gəzir? Bu pullar oraya necə gedib?Hansı gömrükdən,hası əsaslarla keçib?Bax,bunlar araşdırılmalı və cavab tələb edən sualardır.
Ona görə də Hamı MM- İ BİZNESMENLƏR MƏCLİSİ ADLANDIRIR. NƏ ÜÇÜN MM- YALNIZ BİZNESMENLƏ R TƏYİN OLUNURLAR?
Feyziyev hardasa sehve yol verib.Yoxsa ondan da cox,belke de 100 defe artiq pul xarice oturenler serbest kef etdiyi halda Feyziyevin mofiyozlar demisken qepik qurusuna goz tikmezdiler.