O da ermənilərə azərbaycanlı adı ilə pasportlar verməkdə ittiham olunur
Bir müddət əvvəl AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevlə bağlı ciddi ittihamların yer aldığı müsahibəsi dərc edilmişdi.
Həmin müsahibədə AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyevin R.Mehdiyev tərəfindən nədən himayə olunduğuna dair maraqlı faktlar yer almışdı. Bundan sonra R.Ağasiyevin AMEA-dan kənarlaşdırıldığına dair məlumat yayıldı. Lakin belə məlum olur ki, həmin məlumat həqiqəti tam əks etdirmir...
“AzPolitika.info” xəbər verir ki, müstəqil jurnalist Cavanşir Həsənli bu mövzuyla bağlı maraqlı məlumat paylaşıb: “"O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər".
İttihamın müəllifi bildiyiniz kimi, AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovdur. İttiham ağır ittihamdır, söhbət sənədlərin saxtalaşdırılmasına gedir, onu araşdırmaq hüquq mühafizə orqanlarının üzərinə düşür.
Deməli bu mövzu hələ ötən il ictimailəşəndən sonra Rasim Ağasiyev AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsindən azad edildi, ümumiyyətlə AMEA-dan uzaqlaşdırıldığı barədə məlumat yayıldı. Halbuki Ramiz Mehdiyev söz-söhbəti yatırmaq üçün Rasım Ağasiyevi AMEA-nın bir küncündə, belə demək mümkünsə, "gizlədib".

Ramiz Mehdiyev təsadüfi "alim olmuş" keçmiş "pasportstol" rəisini AMEA-nın İnsan Hüquqları İnstitutunda yerləşdirib və "ƏCNƏBİLƏRIN HÜQUQLARI VƏ MİQRASİYA" bölməsinə rəhbər təyin edib. http://huquq.org.az/.../the-rights-of-foreigners-and.../
Bu strukturun fəaliyyəti Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericilikdə təsbit edilmiş hüquq və azadlıqları ilə bağlı, həmçinin miqrasiya proseslərində mövcud olan problemlərin elmi əsaslarını araşdırıb təhlil etmək və bu sahədə elmi tədqiqat işlərini aparmaqdan ibarətdir.
İNSAH HÜQUQLARI ÜZRƏ ELMİ TƏDQİQAT İŞLƏRİ..! Əsl "akademik" işdir.
Rasim Ağasiyev "Femida Hüquqi Yardım" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir, onun hüquqi qeydiyyatda olduğu ünvanda "Aygün" kiçik müəssisəsi və "İmpeks" LTD qeydiyyatdan keçib. Qardaşı Akif Ağasiyev "Semaşko"nun yanında 18 mərtəbəli binanın tikintisini həyata keçirmiş "TİKİŞÇİ" MƏNZİL TİKİNTİ KOOPERATİVİnin təsisçisidir.”
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Mən bir yerdə oxumuşdum ki,1988-89 cu illərdə Azərbaycanın müxtəlif rayonlarında pasportstolları kütləvi dəyişiblər ki,onlar erməniləri pasportla təmin etsinlər.
Azərbaycanın çörəyinin duzu yoxdur,hamı xəyanətlə məşğuldur.
Axi niye bunları tutub def etmirler verenden?saçlarını qirxib içeri atsınlar yada Ermenistan'a yolladılar.kimin ne olduğu bellidir axi. Terter hadislerinde de eli var ramonun.cindir
Bəs Daxili işlətr naziri hara baxırdaxı pasportstol DİN0non bir bölməsidir.Niə Usubobv bunu görməyib və qarşısını almayıb?....
Son 50 il ərzində arxiv sənədlərini araşdırmaqla daxildə və xaricdən ölkəyə soxuşdurulmuş adları dəyişdirilmiş erməni və yezidi kürdləri araşdırılmalı,bunu edənlər cəzalandırılmalıdırlar .
TƏKRAR. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Vətənə xəyanət və cəsusluqla bağlı xüsusi maddələr mövcuddur və bu əməllərə görə kifayət qədər ciddi sanksiyalar nəzərdə tutulmuşdur. Şərt o deyil ki, ölkənin suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı düşmən tərəfinə keçsin, casusluq, dövlət sirrini xarici dövlətə versin, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etsin. Belə əməli törətmiş şəxs SSRİ dönəmində ən ağır cəzaya - güllələnməyə məhkum edilirdi.
Gəlin görək xalq arasında pasport stol deyilən Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən bir qurum hansı funksiyalara malikdir? Deyərdim ki, hətta Xüsusi xidmət orqanlarından da böyük səlahiyyətlərə malik bir qurumdur. Milliyəti bilinməyən bir kəsi gətirib xüsusi çəkisi olan orqana rəhbər təyin etmək hansı ağılın məhsuludur? Bunu yalnız düşmən əli edə bilər. Şərəfsiz qonşularımızla 30 illik müharibədə nəinki 20% ərazimizi itirdik, ondan da böyük itki bu pasport stol deyilən qurumda baş vermişdir. Çox arzu edərdim ki, ölkə başçımız, Ali Baş Komandanımız bu işi şəxsi nəzarətə götürəydi və nəticədə görərdi neçə-neçə erməni cəsusunu bu Qurskaya Levan Yuriyeviç döndərib edib azərbaycanlı. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəhbərliyi də bu cinayətdə birbaşa məsuliyyət daşıyır. Hörmətli Vilayət Eyvazov şəxsən nəzarət etsin və görsün vaxtı ilə Kürdəmir rayonunda doğulan Balayan Svetlana Şamirovna necə oldu ki, birdən-birə dönüb oldu Baloğlanova Svetlana Şakir qızı? Bu, bildiyim yüzlərlə faktlardan biridir. Səlahiyyət sahibi olsa idim bu 30 il ərzində neçə saxta şəxsiyyət vəsiqəsi verilməsi faktını üzə çıxarardım. Vaxtı ilə satqınlıq faktları olmasa idi Qarabağı çoxdan azad etmişdik. Cənab İlham Əliyev bu satqınları zərərsizləşdirdikdən sonra dəmir yumruğunu işə saldı, nəticə göz önündədir. Bu dəmir yumruğu Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə də göstərməyin vaxtıdır. Azərbaycanda bir kişi tapılmadımı, gətirib bu orqanın başına qoysunlar. “Boz kardinal”ın hələ neçə-neçə əməllərinin altını çəkəcəyik. İcra başçılarının, nazirlərin, xidmət rəislərinin böyük əksəriyyəti onun əməllərinin məhsuludur, onun layihələridir.....
Təkrar. “Azpolitika”nın hazırki yazısı həqiqətən də bəlkə 44 günlük müharibə qədər aktualdır. Belə yazıya 5-6 fikir bildirilib, əksəriyyəti də lağlağı, söz xatirinə fikir bildirmək. Ölkə başçısı dəfələrlə çıxışlarında qeyd edirdi ki, respublikada baş verən hadisələrdən məlumatlıdır, bu məlumatların çoxunu da mətbuatdan izləyir. Mən bildiyimi yazdım. Ola bilməzki kiminsə erməni qonşusu dönüb olub azərbaycanlı, və onun bundan xəbəri olmasın, ola bilər ki, bu münasibətlə əlaqədar məclis də qurublar. Hətta ola bilər ki, Allahşükürün xətti ilə Həccə də gedib, olub Hacı Vazgen. Mənim dəyərli xalqım, bir az prinsipial ol, fikrini bildirməkdən çəkinmə, mübariz ol, Vətəninin mənafeyini qoru, sən böyük Xalqsan, şərəfli Xalqsan. Ölkə başçısı müharibə ilə əlaqədar bir fikir də bildirmişdi “Mən bilirəm nəyi nə vaxt eləməliyəm”. Ola bilər ki, Onun fikrini bir balaca təhrif etmişəm, amma fikir gün kimi aydındır. Lazım gələndə cənab Prezident öz sözünü deyəcək, sadəcə olaraq biz darıxırıq. Bir daha da təkrar edirəm mübariz olun.
Bizə kənardan düşmən lazım deylmiş. Elə Ramiz bütün millətə bəs edər. Ramiz AMEA-ya təyin olunmasa idi kimliyi bu qədər ifşa olmazdı.
AY MİLLƏT AYIL!!! 60 il əvvəl Ramiz Mehdiyevin özünü azərbaycanlı "ediblər" və sonra da bu işin təşkilatçılığını ona tapşırıblar ...! İndi gəl baş aç içimizdə nə qədər erməni var???
Allah bunlara və himayədarlarına lənət eləsin!
Rasim Ağasiyevi Ramiz Mehdiyev AMEA-ya gətirməyib ki? Rasim Akif Əlizadəninn vaxtından AMEA kadrlar və hüquq şöbəsinin müdiri idi. Həm də Hüquq və İnsan Haqları institutunda "ƏCNƏBİLƏRIN HÜQUQLARI VƏ MİQRASİYA" şöbəsinin də müdiri idi. AMEA-da şöbə müdiri işləyən zaman Hüquq və İnsan Haqları institutunun direktoru Aytən Mustafazadənin korrupsiya əməlləri və qeyri-qanuni işləri ilə bağlı göndərilən şikayətləri ört-basdır etməklə məşğul idi. Ağasiyevi işdən çıxardan Ramiz Mehdiyev olub. Həm AMEA-dan həm də Hüquq və İnsan Haqları institutunundan. O, Akif Əlizadənin kadrı idi.
O pasportstol yəqin ki Ermənilərə yeni ad yeni paspoirt verirmiş