Belələri övladlarını ölkədən çıxarıb “xata-baladan uzaq” tutduqları kimi, haram milyonlarını da qaçırıb ora-bura dürtməklə maliyyə fərariliyi və dövlət maraqlarına xəyanət edirlər
Həmvətənlərimizin cibinə girərək, xaricdə 2 manata olan iynə-dərmanı onlara 10 manata satmaqla qazanılan pul halal yox, haramdan da haram puldur!
Bir neçə gün əvvəl “Hacı dayının fərsiz davamçısı” başlığı ilə yazı dərc etmişdik. Yazıda Şəkidən “seçilən” oliqarx-deputat Cavanşir Feyziyevlə bağlı Böyük Britaniya Məhkəməsinin çıxardığı qərar, faktiki olaraq onun beynəlxalq dərəcəli dələduz, fırıldaqçı elan olunması və milyonlarla pulunun müsadirə edilməsindən bəhs olunurdu.
Həmin yazıdan sonra Şəki əhlindən, ziyalılarından, sıravi oxuculardan çoxlu sayda irad dolu şərhlər və şikayətlər aldıq. Adamlar Feyziyevin adının Şəki ilə birgə hallanmasına etiraz edir və onun nə Şəki torpağına, nə şəkililərə, nə bu diyarın mənəvi mühitinə aidiyyatı olmadığını bildirirlər...
Onun ötən gün özünün sosial şəbəkə səhifəsində paylaşdığı və bəzi mətbu orqanların dərc etdiyi, lakin sonradan sildiyi açıqlamalar göstərir ki, bu adam təkcə pulunu yox, başını da itirib. Feyziyev demək olar ki, medianın bütün aparıcı təmsilçilərini dələduzluqda, satqınlıqda, xarici ölkələrə agent kimi işləməkdə və s. əməllərdə günahlandırıb. Səbəb də odur ki, onunla bağlı məhkəmə qərarını dərc edib və deputatı tənqid ediblər. Əlbəttə, bütün sahələr kimi, media da ideal vəziyyətdə deyil.
Ancaq ölkədə bu adamın özünün “hansı yuvanın quşu” olduğunu, dələduzluqla, fırıldaqçılıqla milyonçuya çevrildiyini bilməyən yoxdur, Britaniya məhkəməsi də faktlarla və çıxardığı hökmlə sübut etdi ki, adam hətta beynəlxalq səviyyəli dələduz və fırıldaqçıdır! Bu isə o deməkdir ki, Azərbaycanda medianı ittiham edəcək ən sonuncudan da sonuncu adamdır Feyziyev!

Yazısında(həmin mətni özünün yazıb-yazmadığı da mübahisəlidir-red.) ingilislərin təpəsinə vurub əlindən aldıqları pulu 2010-cu ilə qədər halallıqla qazandığını deyir və bildirir ki, həmin milyonlar Azərbaycan Beynəlxalq Bankı vasitəsilə köçürüldüyü üçün ingilislər tərəfindən müsadirə olunub.
Birincisi, başına kül olmuş səhiyyə sisteminə aid tenderləri məlum yollarla qapazlayıb, dövlət vəsaitini məmurlarla birgə pay-pürüş etməklə, onkoloji xəstəliklərdən tutmuş böyrək çatışmazlığı, şəkər, talassemiya, hemofiliya, qan çatışmazlığı və digər çoxsaylı ağır xəstəlikdən əziyyət çəkən həmvətənlərimizin cibinə girərək, xaricdə 2 manata olan iynə-dərmanı onlara 10 manata satmaqla qazanılan pul halal yox, haramdan da haram puldur! Bu pulun hər qəpiyində səhiyyə sistemimizin və Feyziyev kimi fırıldaqçıların vicdansızlığı ucbatından ömürləri yarımçıq qalmış xəstələrimizin və onların yaxınlarının qarğışı var!

Beynəlxalq Banka gəlincə, bu bank vasitəsilə müxtəlif xarici ölkələrdə on, bəlkə də yüz milyardlarla vəsaitlər dövr etdirilib. Feyziyevin məntiqilə bu pulların hamısına, yaxud böyük bir hissəsinə həbs qoyulmalı idi. Bəs, necə oldu ki, yalnız onun 5 milyonu “ilişdi”?
Yeri gəlmişkən, Britaniya Məhkəməsinin qərarında tamam başqa şey deyilir və bildirilir ki, Feyziyev Avropadakı banklar vasitəsilə min cür hoqqadan çıxaraq, milyonlarını İngiltərəyə dürtüşdürmək istəyib.Yəni, Beynəlxalq Bank sadəcə bəhanədir. Elə bilir ki, Beynəlxalq Bank nağılı ilə kimlərisə aldadır və hamı bisavad, özü kimi saxta dərman gətirib beşqat qiymətə satacaq qədər primitiv və beyinsiz alverçidir...
“Mənim bu vəsaitləri istənilən ölkədə istənilən biznesə sərmayə olaraq yatırmaq hüququm var.” Bunu deyən özünü hansısa merkantil düşüncəli bir alverçi kimi aparan, lakin eyni zamanda da Azərbaycanın millət vəkili statusunu daşıyan Feyziyevdir.

Əgər bunun dövlətçilik təfəkkürü olsaydı, deputat statusunun mahiyyətini, fəlsəfəsini qansaydı, bilərdi ki, hər şeydən öncə bir millət vəkilinin öz vətənini qoyub, başqa bir ölkəyə milyonlar yatırmağa mənəvi haqqı ola bilməz! Bu, o deməkdir ki, həmin adam imkan düşən kimi dabanına və vicdanına tüpürüb qaçacaq! Azərbaycan az qala bütün xarici maliyyə qurumlarından, beynəlxalq təşkilatlardan Qarabağın bərpası və digər problemlərin həlli üçün hər cür maliyyə yardımı almağa çalışır. Və bu, sadəcə Azərbaycanın maliyyə imkanlarının məhdudluğu yox, daha çox prinsip məsələsi, Azərbaycanın beynəlxalq səviyyədə inama, siyasi dəstəyə ehtiyacının olduğunun göstəricisidir. Bunun kimilər isə deyəsən belə şeyləri qanmaqda çətinlik çəkirlər...
Belələri övladlarını ölkədən çıxarıb “xata-baladan uzaq” tutduqları kimi, haram milyonlarını da qaçırıb ora-bura dürtməklə maliyyə fərariliyi və dövlət maraqlarına xəyanət edirlər. Hələ utanmadan da “hara istəsəm yerləşdirmək hüququm var” deyir. Abırsızlığın, həyasızlığın da saxta dərmanlar kimi dozasını müəyyən etmək çətinmiş...
Özünü təmiz biznes əhli kimi qələmə verən, əslində isə qiymətinə layiq olmayan keyfiyyətsiz və saxta dərmanları xatırladan bu “millət vəkili” nə çapı, nə də başı üçün olmayan iddiaları və yekəxanalığı ilə əslində, biznes aləminin Ata Abdullayevi, yəni üz qarasından başqa bir şey deyil...
Feyziyevin bu reaksiyası həm də onu göstərir ki, son olaylar onu hakimiyyətin gözündə “unitaz səviyyəsi”nə endirib və kimsə bunun qulağını yamanca çəkib, bəlkə də hətta “dibindən kəsib”. Yoxsa bu qədər çığır-bağır edib, ətrafa üfunət yaymazdı...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu adam saxta və bahalı dərmanlarla bu kasıb xalqın qanını sorub
Feyziyevin ən böyük günahı Akif Salamova və Baba Mirzəxanlıyı kimilərinə varidat verməsidir ?
Baçın batsın! Heç hənanın yeridi? Yaltaqlıq yaramır.
Təkzibedici şərhləri çap etmirsiz, Niyə ?
SALAM CƏLAL MÜƏLLİM.SİZİN YAZILARINİZI MARAQLA OXUYURUQ.ANCAQ CAVANŞİR MÜƏLLİM KİMİ AĞSAQQL İNSAN HAQDA BU ŞƏKİLDƏ AŞAĞILAYICI YAZI YAXŞI HAL DEYİL.ÜMİD EDƏK Kİ,NƏZƏRƏ ALACAQSINIZ.
4 yevroya aldığ dərmanı 15-18 yevroya (hələ keyfiyyəto bir yana) millətə sırımaq necə halal ola bilər?onun biznesi başdamn ayağa haramdır.Xstə insanlar hal-lazırda sağalmaq üçün yaşadığları evləri satır.kirayə yaşayırlar.Dərman baha,tibbi xidmət.əməliyyatların qiymətləri od yandırır.Belə nəzarətsizlik.anarxoya dünyada azərbaycandan baqa hansı ölkədə var?Dəhşət!ı
Bir ayagi kesilmis bir ayagi kesilmekde olan qaziye niye yardim etmedi?. Men deputat maasiyla dolaniram deyib yaxasin geri cekdi. Haramdan haram pullari her iki dunyada ozunde nesilinde yandirsin
Cavanşir Feyziyev heç vaxt kasıb adamalara köməklik göstərməyib... O kəçindiyi adamlara köməklik göstərib. Onlardan biri həyat yoldaşı Dəhnəli olan, bir neçə abyektin sahibi olan Region mediasi qəzetinin Baş redaktoru Baba Mirzaxanlıdır və Akif Salamovdur. Belə deputatlar haqqında qanuni ciddi tədbirlər görülməlidir !
Səma, feyziyev və feyziyevlər 5-10 Şəkiliyə yardım edib, yüz minlərlə insanın isə saxta dozalı dərmanlarla və 10 qat artiq qiymətlərlə (adamların almağa imkanları olmadığından) həyatlarına son qoyulmasında iştirak edib. Bu cinayətdi bilirsənmi?. Belə dələduzlar 5-10 adama yardımı gözə soxmaq üçün edirlər, guya daha ciddi dələduzluqlarını ört-basdır etmək üçün
Sən bu nağılları həyətdəki toyuq-cücəyə danış
deputatın əmlakı müsadirə edilib satılsın və satışdan gələn pullar büdcəyə keçirilsin!
SAĞ OL CƏLAL BƏY.NƏ QƏDƏRKİ BU ÜFUNƏTVERİCİ ÜNSÜRLƏRDƏN QURTULMAMIŞIQ,BELƏ HALLAR ÇOX OLACAQ.
Cəlal muəllimin qələminə həmişə heyran qalmışam.Jurnalistə məxsus butun keyfiyyətləri özundə birləşdirir.Mən ölkədə buna tay olan ikinci bir yazar tanımıram.
Niyə mənim şərhimi dərc etmirsiniz?
Arada bir vicdanınız da olsun. Obyektiv olun!!!
ONU BU MƏSƏLƏDƏ HİMAYƏ EDƏNLƏRİ ORTAYA ÇIXARMAQ VACİBDİR.ÇÜNKİ BƏZİLƏRİNİN XARİCDƏN GƏTİRDİKLƏRİ AZƏRBAYCANA İDXAI OLUNAN VƏ SATILAN MALLARN QİYMƏTLƏRİNƏ ,ÖDƏNİLƏN VERGİ MƏBLƏĞLƏRİNƏ NƏZARƏT EDİLMİR.BELƏLƏRİNİN AZƏRBAYCANDAN ÇIXARDIĞI PUL VƏSAİTLƏRİ NƏZARƏTDƏN KƏNAR SAXLANILIR VƏ YA FİKTİV SƏNƏDLƏRLƏ KÖÇÜRÜLÜR....
Saxta dərmanları istehsal edib, satan firmalar hansılarmış, pasientləri və əhalini narahat edən ilk növbədə həmin mənbələrin təhlükəsidir!? Heç bir dərmanı və SİQARETi belə bir neçə biznesmen özbaşına emal edə bilməzlər?
Azərbaycanın iş adamlarına qarşı mənfi münasibət təssüf doğurur.
Allah belasini versin inwAllah!
Azpolitikanı daimi izləyirəm. Demək olar ki, bütün xəbərləri bu saytdan oxuyuram. Cəlal Məmmədovun da yazıları çox vaxt aydın, oxunaqlı olur. Amma heç kim sizə haqq vermir ki, kimisə təhqir edəsiniz...
Tənqid gözəldir, təhqir isə zəlillik, savadsızlıqdır...
Cəlal Məmmədovun qələmi bundan da iti olsun, əsl kişi, vətənpərvər insandır.....
Əllərinə saglıq Cəlal. bəy!
Camaat burda qepiye gulle atir o ise Ingilterede kef edir.Allah her kese deputat olmaga qismet elesin.Amin
Celal bey mustesna yazilariniza gore sizi tebrik edirem. Siz oz yolunuzda davam edin. Shekideki memur oliqarx tayfasina da toxunun. Shekide basda icra bascisi olmaqla butun idare rehberleri soygunculuq ve korrupsiya ile mesguldur. Varli sexs masa basinda min bir nazi-nemet yeyerken etrafdakılara yediyinden atirki ona quyruq bulasinlar, sesleri cixmasin lazim gelende onu mudafie etsinler. Esas yagli tikleri ise qarninda uyudur. Bas prokurorluq hele de cinayet ishi qaldirmayib amma bunu cinayet prosesual mecellenin 46 madeesine gore ede biler. Milli meclis intizamn komissiyasi da hec bir qerar qebul etmeyib. Ne qeder islerinde semimiyyetsiz olduqlarini herkes bilir......
...Feyziyev haqda heç bir Şəkili mənfi rəy yaza bilməz..Əvvəla, Feyziyevın apteklərində işləyən işçilərin 90% ehtiyyacı olan şəkili qazilər və gənclərdir, ikincisi şəhid ailələrinə, ödənişli əsaslarla təhsil alanlara daima yardım edir..Niyə narazı olmalıyıq biz şəkililər! ?
Azərbaycanda qanun-qayda kasıblar üçündür. Ona görə də milyardları yeyən nazirlər öz keflərindədirlər pullarını yeyirlər. Heç biri həbs olunmur. Ancaq yetimin birini 5-10 manata görə basırlar içəri. İndi bu qaniçənə də heç nə olası deyil. Bəlkə də hələ ona şöhrət ordeni də verdilər ki mkillətini (əgər bu millətdəndirsə) daha yaxşı at,tala və köçür afşorlara.