AMEA-nı DE-FAKTO İDARƏ EDƏN ƏMİROV KİMDİR? - Onu Mehdiyevin "sağ əli" edən nədir?

AMEA-nın de-fakto rəhbəri Eldar Əmirovdur.  Kimdir Eldar Əmirov? 

O, hələ Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işlədiyi vaxtlardan onun "sağ əli" olub. 2019-cu ildə onu AMEA-ya gətirib. 37 yaşlı bu cavan oğlan artıq siyasi elmlər üzrə fəlsəfə doktorudur. 

Ramiz Mehdiyev özünün inzibati-amiranə hakimiyyətini qurmaq məqsədi ilə AMEA-nın Nizamnaməsini, demokratik idarəçiliyin əsaslarını dağıdaraq, qeyri-qanuni AMEA Prezidentinin Katibliyini yaratdı. Eldar Əmirovu da həmin vəzifəyə rəis təyin etdi.

İlk baxışdan belə təəssürat yaranır ki, bu katiblik sənəd işi ilə məşğul olur. Əsla yox! 

Bu şəxs həmin vəzifədə sözün əsl mənasında Elmlər Akademiyasının, alimlərin, vəzifəli şəxslərin taleyini həll edir. De-fakto AMEA-ya rəhbərlik edir. Çünki Ramiz Mehdiyevin nə yaşı, nə səhhəti, nə də ki idarəetmə üçün zəruri olan digər keyfiyyətləri imkan vermir ki, elmi təklifləri, konsepsiyaları, ərizələri, şikayətləri oxusun və müvafiq qərarlar qəbul etsin, tapşırıqlar versin. Sənədlərin üzərində dərkənarlar qoysun, imza atsın, möhür vursun.

Bütün bu məsuliyyətli, taleyüklü işlər Eldar Əmirovun rəhbərlik etdiyi katiblikdə, sözün əsl mənasında, tam gizli şəraitdə fəaliyyət göstərən “bunker”də həyata keçirilir. Eldar Əmirovun yaratdığı geniş şaxələnmiş şəbəkəsi fasiləsiz olaraq şər-böhtan xarakterli məlumatlar toplayır, şikar seçilən istənilən alimi, institut rəhbərlərini, adi işçiləri hədəfə alır, onların ləkələnməsi, sıradan çıxarılması üçün davamlı fəaliyyət göstərir. 

Eldar Əmirov həmçinin xüsusi maraqlar zəminində, özünə məxsus taktiki gedişlər əsasında AMEA-nın kadr siyasətini həyata keçirir, şübhəli reputasiya və qabilyyətə malik şəxsləri müxtəlif vəzifələrə yerləşdirir. 

O, hakimiyyətini gücləndirmək, bədniyyətli məqsədlərinə çatmaq üçün qeyri-qanuni olaraq AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsini təsis edib. Həmin vəzifəyə isə ölkənin ali məktəblərinin birində kadrlar şöbəsinin müdiri vəzifəsində çalışan, akademik təfəkkürdən çox uzaq olan bir dostunu – Seyfəl Həsənovu yüksək maaş və səlahiyyətlərlə, xidməti nəqliyyat vasitəsi ilə təmin edib. 

Hələ bu da azmış kimi AMEA-nın vitse-prezidentlərindən birinin kabinetini əlindən alıb və Seyfəl Həsənovun sərəncamına verib. AMEA işçilərinin, vəzifəli şəxslərin görkəmli alimlərin gözünü qırmaq, 37-ci il sayağı qorxu, xof yaratmaq üçün Aparat rəhbəri Seyfəl Həsənovun sədrliyi, əvvəllər həbsdə yatmış, təhsili yalnız Azərbaycan Beynəlxalq Universitetinin diplomundan ibarət olan AMEA Prezidentinin köməkçisi Natiq Allahverdiyevin müavinliyi ilə daimi faəliyyət göstərən “Fövqəladə Komissiya” yaradılıb. 

Ramiz Mehdiyev – Eldar Əmirov cütlüyünün nəzdində “spetsnaz” kimi fəaliyyət göstərən bu komissiya şikar kimi seçilmiş institutlara, təşkilatlara qəfil göndərilir, çeşidli "korrupsioner əməllər" aşkarlayır.

No description available.

Bundan sonra sözün əsl mənasında tragikomik “məhkəmə - istintaq” səhnələri başlayır. Cəngəllik qanunlarına əsasən gücün çatdığını məhv etməlisən, nüfuzlu akademikləri korrupsioner elan edib ölkənin milli intellektual dəyərlərini hörmətdən salmalısan, gücün çatmadığının qarşısından qaçmalı, üzr istəməli, hətta ikrah doğurucu, ürəkbulandırıcı sözlərlə onu tərifləməlisən. 

AMEA-nın Yüksək Texnologiyalar Parkına, digər təşkilatlara qədəm qoyan hər bir biznesmen Eldar Əmirovun “bunker"indən keçdikdən sonra fəaliyyətə başlayır, daim onun nəzarətində olur, hesabat verir. Ən başlıcası, Eldar Əmirov AMEA-nın siyasi-ideoloji strategiyasının prioritetlərini müəyyənləşdirir, akademik fəaliyyətə aid olmayan, ziyanlı şəxsi ambisiyalarla zəngin bəyanatlar hazırlayır, ləyaqətli alimləri çirkin intiriqalara sövq edir, elmi müəssisə və təşkilatlarda qeyri-sağlam mənəvi-intellektual mühit yaradır

Yeri gəlmişkən, Eldar Əmirovun “bunker"ində bu çirkin, mənəviyyatsız fəaliyyətlə, həmçinin populyar internet resurslarında (youtube, sosial şəbəkələrdə və s.) 24 saat Ramiz Mehdiyevin keşiyini çəkən, monitorinq aparan digər bir xüsusi təyinatlı dəstə - “spetsnaz” iş başındadır.

Eldar Əmirov sən demə, həm də böyük alim və “Nizamişünas” imiş. Bu şəxs iki daşın arasında zəbt etdiyi inzibati-amiranə və digər qeyri-qanuni resursların hesabına hələ özünə bir elmlər doktoru dissertasiyası yazdırır. Tələsmək lazımdır, çünki qarşıdan Elmlər Akademiyasına seçkilər gələ bilər axı.

AMEA-da hər kəs bilir ki, Eldar Əmirovun kəsdiyi başa sorğu-sual yoxdur. Onun sözü Ramiz Mehdiyevin yanında qanundan üstündür. Üstəlik də Ramiz Mehdiyev işə az-az gəlir. Ona görə də hamı - AMEA rəhbərliyindən, institut direktorlarından tutmuş, adi işçiyə qədər Eldar Əmirovun “bunker”inin qarşısında növbəyə düzülür, qarşısında baş əyir, ağzından, qələmindən çıxan hər bir fikrə məddahlıq edir.

Eldar Əmirov AMEA Rəyasət Heyəti aparatının uzun illər boyunca fəaliyyət göstərən strukturunu tamamilə dağıdıb, yerində Ramiz Mehdiyevə özünü sədaqətli göstərən mənəviyyatsız, yaltaq kadrlardan ibarət şəbəkə, həmçinin onların mükafatlandırılması üçün qeyri-qanuni qurumlar yaradıb.

Bundan başqa Eldar Əmirov həm də Ramiz Mehdiyevlə akademiklər, institut direktorları, vəzifəli şəxslər, sıravi əməkdaşlar arasında yüksək bir dağdır. Bu dağı aşmaq hər kəsə nəsib olmur. Gərəkdir ki, Eldar Əmirovun çox da asan olmayan simpatiyasını qazanasan, onun qarşısında baş əyəsən, təzim edəsən

Hələ Elmlər Akademiyasının üzvləri bilmirlər ki, onların səsi ilə seçilən AMEA Prezidentinin Rəyasət Heyətinin səlahiyyətlərindən əsər-əlamət qalmayıb. Ramiz Mehdiyev AMEA-ya prezident vəzifəsinə gələndən Elmlər Akademiyasında hakimiyyət Eldar Əmirovun rəhbərliyi ilə bir qrup şəxs tətəfindən zəbt olunub. Necə deyərlər imzası, möhürü, dərkənarı ilə əmin ola bilərsiniz ki, AMEA-nın düşdüyü böhranın əsas mənbələrindən biri də məhz Ramiz Mehdiyev tərəfindən yaradılan qeyri-qanuni, səriştəsiz idarəetmədir. Elmlər Akademiyasının üzvləri, institut direktorları, ümumiyyətlə ölkə ictimaiyyəti, bilin və agah olun ki, AMEA-da hakimiyyət zəbt olunub. Vaxt itirmədən, çox təcili bu böhrandan çıxış yolu tapılmalıdır. (demokrat.az).

P.S. "AzPolitika.info"ya daxil olan məlumata görə, Eldar Əmirov Ramiz Mehdiyevin baldızının - arvadı Qalina Yuryevnanın bacısının oğludur. Mehdiyevin Eldar Əmirovu özünün "sağ əli" etməsi də bununla bağlanılır.  

635x100

Şərhlər

Həsən 2022-03-07 00:58:54

Aydın görünür ki, Əmirov Eldar düşmənimiz erməni dığasıdır.

Qəzənfər 2022-03-06 10:15:24

Nə olsun ki Ramiz getsə də komandası bütün heyəti ilə iş başındadır. Arif Həşimov kimdir? Mehdiyevin ən yaxın adamı. Rəyast heyəti başdan başa Razmizin yeni təyin etdiyi və köhnədən qalma adamlarıdır da. Rəyasət heyətinin bütün işçilərini istefaya göndərib, yeni heyət qəbul etməyincə AMEA-dan heç nə gözləməyin. Heç bir işlə məşğul olmayan korrupsionerllər yüksək maaş müqabilində kef edir, elm alveri ilə məşğul olurlar. Hamısını qovmaq lazımdır!!!

Tahir 2022-02-16 11:56:33

Kül olsun belə Akademiyanın və lap elə belə ölüvay, öz şəxsiyyətinə hörmət edə bilməyən akademiklərin akademik təpəsinə ki, bir uşagın əlində girinc qalıb. Bu konteksdə demək olar ki, elə Ramiz bu akademikləri düz edir.

TurkAy 2022-02-14 11:24:01

Maraqlıdır,şərhlərin əksəriyyətini akademiyanın mətbəxindən məlumatlı adam ya adamlar yazır,amma heç birinin cürəti çatmır ki,öz adı ilə çıxış etsin.Bu isə o deməkdir ki,siz elm adamı yox,intriqaçılarsınız,bulannıq suda balıq tutmaq istəyirsiniz.

Tacir 2022-02-13 15:11:17

Hamıya bəllidir ki, Eldar Əmirovun doktorluq dissertasiyasını AMEA Mərkəzi kitabxanasının direktoru Məmməd (məşhur Mamed) Əliyev yazıb. Təcili, bu gün- sabah müdafiə də edəcək. Mamed Eldarla institut ditrektorları arasında dəllallıq edir. Ramiz kimdir e. Akademiyanı bunlar ikisi idarə edirlər. O qədər pul yığıblar ki...

SOS! 2022-02-13 11:21:05

Bu Eldar dğa kimdir ki, Azərbaycan elmini məhv etmək ona tapşırılıb? Doldurub AMEA-ya İŞDƏN QOVULANLARI, VƏTƏN XAİNLƏRİNİ, MƏNƏVİYYATSIZLARI, RÜŞVƏTXORLARI. HARA BAXIR HÜQUQ MÜHAFİZƏ ORQANLARI? Düşünürəm bu yaxınlarda rəyasət heyətində ciddi bir partlayış olacaq. Bu qədər xəyanətkar bir yerdə olmaz axı...

Məsum 2022-02-13 11:12:19

Eldar Əmirov Qalinanın bacısının nəvəsidir. Elm məbədini ermənilərin xəyanət yuvasına çeviriblər! Allahım sən bu zülmü götürmə!!!

Mamed 2022-02-13 08:11:35

Eldar Əmirov “qabiliyyətlər” yaxşı reklam olundu....

Səma 2022-02-13 00:01:52

Erməni südü ilə böyüyən ....Bir elm ocağı ermənilərin bataqlığına çevrilib..İşləri reketlik edib, pul toplamaq, obyekt özəlləşdirməkdir..Yayda erməni dayılarına Soçidə bizneslərini genişləndirmək üçün para toplayır iki ermənidən törəyən xalaoğulları.Siz bir haykanuşun hökümünə baxın((

Alimlər 2022-02-12 20:53:34

Bardak yaxşı şeydir!!! Xaraba günə qoydular akademiyanı!

Qərənfil 2022-02-12 20:25:48

Lalə əvvəllər Dövlət Idarəçilik Akaeemiyasında işləmişdi. Dəllaldır bu qadın. Eldar Əmirovun da saģ əlidir. Icraçı direktor təyin eydiyi Fuad Hüseynov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində şöbə müdiri işləyib. Sabiq nazir Səlim Müslümovun da yaxın qohumudur. AMEA-nın qara günüdür. Korrupsiya şəbəkəsi qurublar.

Sos 2022-02-12 20:17:42

Bu adı çəkilən katibliyin yeni əməkdaşı Lalə Əhmədova uzun müddət adı bədnam işlərdə hallanan Hüqùq və Insan Haqları Institutunfa direktor müavini işləyib. 15 noyabrda Mamedin dəstəyi ilə katibliyə köməkçi düzəlib. HIHI-yə isə icraçı direktor öz qohumu iqtisad üzrə fəlsəfə doktoru Fuad Hüseynovu qoyub. AMEA-nı daģırdırlar. Belə gûnü olmamışdı...

Tam doğru 2022-02-12 20:10:17

"O ki, qaldı mənim guya AMEA-da kadr məsələlərinə müdaxilə etməyimə, bu tamamilə cəfəngiyyatdır". Yayılan xəbərlərə təkzib verib "bəy". Yalansa fransuzki ilan vursun səni. Saytda yazılanlar hamısı doğrudur, heç bir şübhəniz olmasın cənablar. O boyda akademiyanı psixi problemləri olan adam idarə edir. Ya bu "insan" Azərbaycan elminin qəsdinə durub (ki, buna inanmaq olar, məlum qohumluğa görə) , ya da ki, dediyim kimi psixi problemləri var.

Musa 2022-02-12 20:01:57

Yaranmış vəziyyətə görə bütün Rəyasət Heyəti məsuliyyət daşıyır. Tam tərkibdə istefaya göndərilməlidir.

Tam doğru 2022-02-12 19:53:44

O ki qaldı Seyfəl Həsənovun iştirakına. Sözü gedən "şəxs" Seyfəl Həsənovun ora gəlməsini istəməyən 1-ci şəxsdir.... Aparat rəhbəri olsa da qərar vermək səlahiyyəti yoxdur. İşçilərin işə götürülməsi və azad olunması birbaşa olaraq Eldarın əmri ilə həll olunur. Heç bir akademikin rəhbərin qəbuluna girməsinə icazə vermir.

Tam doğru 2022-02-12 19:46:50

Hamısı düzdür. İşçilər rəhbərin xəbəri olmadan işdən çıxarılır. Çünki möhür məhz bu "insanın" əlindədir. Bütün sərəncamlar rəhbərin xəbəri olmadan əmrləşdirilir. Bu "insanın" sözün əsl mənasında psixi problemləri var. Savadlı insanların məğlub olacağı oyunlar qurur və özü qıraqdan tamaşa edir, hər şey də rəhbərin boynunda qalır.

Sima 2022-02-12 19:36:01

Bəli. AMEA-nı və Ramizi bu cavan oģlan idarə edir. Katiblikdə bir şəbəkə qurub. Müxtəlig idarələrdən çıxatılmış korrupsionerleri, intriqsnları başına toplayıb. Şər yuvası qurub. Onun katibliyə gətirdiyi sevimli kadrlarından biri hamının yaxşı tanıdıģı çox "zirək alim" Lalə Əhmədovadır. Lalə Mamedin universitetdə qrup yoldaşı olub. Dəhşətli bir şəbēkə qurublar. Allah alimləri bunların şərindən qorusun!

Sima 2022-02-12 19:25:10

Eldar Əmirov Ramizin pulyıģanıdır. Direktorları baş direktor təyin bu hamına aid deyil edəndə pulları bu cavan yıģır. Eldarı AMEA fundamental kitabxanasının direktoru Məmməd Əliyev idarə edir. Işdən çıxarılmaq təhlükəsi olan direktirlar mütləq Mamedi görürlər. Mamed Eldarın elmi rəhbəri olub. Yēni bir adamdırlar.

Türk Turan 2022-02-12 18:56:51

Cənab prezident İlham Əliyev dərhal məsələyə müdaxilə etməlidir. Bu ikinci Qarabağ müharibəsi qədər mühüm bir məsələdir. Cənab prezident İlham Əliyevdən xahiş edirik ki, ramizi AMEA-dan çlıxarsın, ramiz kimilərini də hakimiyyətdən.

oleq 2022-02-12 17:31:13

əgər hər hansı elm adamı öz sahəsində güvənsizdirsə o itaətə meyili olur,ona görə onların Əmirov qarşısında sıraya düzülməsi təbiidir.

Fərq 2022-02-12 17:20:50

"O, hələ Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işlədiyi vaxtlardan onun "sağ əli" olub. 2019-cu ildə onu AMEA-ya gətirib. 37 yaşlı bu cavan oğlan artıq siyasi elmlər üzrə fəlsəfə doktorudur. Ramiz Mehdiyev özünün inzibati-amiranə hakimiyyətini qurmaq məqsədi ilə AMEA-nın Nizamnaməsini, demokratik idarəçiliyin əsaslarını dağıdaraq, qeyri-qanuni AMEA Prezidentinin Katibliyini yaratdı. Eldar Əmirovu da həmin vəzifəyə rəis təyin etdi". - Daha nə istəyirsiz bundan? Cavanlar idarə edir də. Deyilənlər hamısı yalan imiş ki, "qoca", "kaftar". Çağdaş idarə üsuluna tam uyğun! İdeologiyadan bir addım kənara çıxmayıb

Mirzə AĞ 2022-02-12 16:21:40

BARDAKDIR!!!

Tahir 2022-02-12 16:14:17

Yəni akademiyada ermənilər tam idarəetməni ələ alıb. Həm də yuxarıda deyilənlərə nəzərən əgər ölkənin agıl mərkəzi bu gündədirsə daha başqa strukturlarındakı vəziyyətin nə yerdə oldugu gün kimi aydındır. Deməli ölkədəki idarəetmə tam iflas edib....

Son yazılar