Menu

“Qarabağ”-“Marsel” oyununa biletlər neçəyədir?

13.02.2022, 10:00
“Qarabağ”-“Marsel” oyununa biletlər neçəyədir?

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransa “Marsel”i arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də saatışa çıxarılacaq.

Klubdan verilən məlumata görə, saat 11:00-dan kassalarda olacaq biletlərin qiyməti müvafiq olaraq 5 manat, 15 manat, 40 manat, 75 manat və 100 manat təşkil edir.

Biletləri Respublika stadionun kassalarından saat 11:00-dan 21:00-dək, "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopundan saat 11:00-dan 20:00-dək, "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərindən saat 10:00-dan 22:00-dək almaq olar.

Eyni zamanda Iticket.az-ın satış məntəqələrində və iticket.az-da onlayn satış təşkil olunacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.

Şərhlər

fanat 2022-02-13 12:51:12

nə "ucuzdur" ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol