Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunanlardan birinin də kimliyi məlum olub.
"AzPolitika.info"-ya daxil olan məlumata görə, həbs edilən Vüsal Əlizadə Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin rəisidir.
Qeyd edək ki, Vüsal Əlizadə digərləri ilə qabaqcadan əlbir olub vəzifə saxtakarlığı yolu ilə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Onun 1 milyon 800 min manat mənimsədiyi bildirilir.
***
Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğun üstünü açıb.
Bununla bağlı Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub. Keçirilən əməliyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.
Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu isə 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Fərahim Fazil oğlu Sərkərov 450 min manatı mənimsəməkdə ittiham olunur. Əlizadə Vüsal Ədalət oğlu isə 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.
Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı. Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.(virtualaz.org)
***
Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. “Qafqazinfo”nun əldə etdiyi məlumata, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.
Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Şərhlər
illerdi guya esgere verilen erzaqin hesabini cekmek lazimdir
DTX əməliyyatı Naxçıvan korpusunda aparmalıdır. ..... Zabitləri elə edirlər ki 500 manat alacaqı əmək haqqını da nəyə iusə ödətdirirlər. Maraqlanan da yoxdur
Müdafiə nazirliyinin əsas gəlir yerlərindən biri də ilin sonunda hərbi hissə və birliklərdə keçirilən yekun yoxlamalarıdır.Bu zaman kisə-kisə pullar toplanır.Haqqını verə bilməyən komandirlər prokurorluğa verilir.
Ölkədə ictimayyət arasında adətən dövlət strukturlarından söhbət düşəndə, sadəcə güc strukturlatının fəaliyyətinin yerində olduğu önə çəkilir. Dövlət əmlakının və büdcədən ayrılan vəsaitlərin talanmasının qarşılsının alınmasında isə, DTX-nin bu yöndəki fəaliyyəti isə daima diqqət çəkib və bu səbəbdən də DTX-nin fəaliyyətini alqışlayırıq. Amma bir məsələ var ki, bu milyonların təyinatından yayındırılmasına nəyin isə xatirinə göz yuman həmin struturların rəhbərləri əksər hallarda bu tutha-tutdan yayındırılırlar və yaxuda da yayınırlar. Ona görə də ölkədə bu talana son qoyulmur və günü-gündən daha da çiçəklənir. O həddə çiçəklənir ki, onu becərənlər Dövlət Başçısının bu yöndəki çox saylə xəbərdarlıqlarını belə umursamırlar. Ona görə də öncə o milyonları talayan strukturların başında duranlar qandallanmalıdır. İkinci bir tərəfdən isə Büdcə Vəsaitlərinin təyinatına uyğun xərclənməsinə nəzarəti həyata keçirən ayrıca bir dövlət qrumu var, Büdcə Hesablama Palatası. Bəs onda bu işə mükəlləf olan bu qrumdan niyə heç soruşulmur ki, siz nə işlə məşqulsunuz. Görünən o ki, bu məsələnin həlli də, başqa sahələr kimi sistem dəyişikliyindən keçir. O sistem ki, Ölkə Başçısı özü belə, çıxışlarında ölkədə sistemin köhnəldiyini bir zad dilə gətirmişdir. Ona görə də bunun üçün yaxın zamanda (deyərdim ki gecikirik hələ) Konsitusiyada inqilabi dəyişilklər edib, indiki yarımçıq doğulmuş məclisi buraxıb, referenduma və azad seçgilərə gedib sistemi dəyişmək lazımdır. İnşallah cənab Prezident öz qətiyyətini bu yöndə də ortaya qoyar və nəhayyət də Ölkədə aparılan çox sahəli islahatlar qonusunda qarşıya qoyulan hədəflərə ulaşmaq zaman almaz.
Azərbaycanda ədalət və insaf defisidi hökm sürür. Millətin qalaqlanmış problemlərini yenidən çözmək və ədalətli bərqərar etmək üçün ölkəyə xaricdən_Avropanın ən demokratik respublikalarından qaneedici maaş müqabilində dili andlı, yüksək ixtisaslı, təkəbbür və mənəmliyi utancverici rəzillik və cahillik hesab edən hüquqşünaslar dəvət edilməlidir. Bütün hakim və prokrorlar yaxın 10 il ərzində həmin Avropa ölkələrindən qəbul edilməlidir. Düşünürəm ki, ideya qəbul olunsa ölkədə sözün hıəqiqi mənasında inqirlabi dəyişikliklər baş verər. Təkcə bircə dənə ingilisi, şotlandı və ya almanı istənilən bir rayona icra başçısı təyin etmək yetərlidir ki, həmin rayonun bütün natura və mahiyyəti dəyişsin. İlk baxışda qəribə görünməyinə baxmayın. Tətbiq edilərsə qohumbazlıq avtomatik olaraq aradan qalxacaq.Yerlibazlıq etmək mümkün olmayacaq. Korrupsiya əlaqələri anındaca kəsiləcək və sairlər. Bunu etməyə nə var ki?
Dövlətimizi və xalqımızı qəlbən sevən DTX -ni Allah qorusun ! Xahiş edirik yolunuzu Şəki-Bazar ASC -nə salın .....?
Dunuruk ki, cinayet hebsleri Hesablama Palatasi ve ve Emlak Komitesinde de heyata kecirilmelidir. ...
Paralel olaraq necmeddinin adamlarini da temizlemek lazimdi
İndi Prezident,Müzeffer Ali Baş komandan siyasi irade nümayiş etdirerek 2017- ci ilde töredilmiş “Terter işi” adlı prosesin açılmadı üçün istintaq qrupu yaradılmış ve obyektiv istinraq hereketleri heyata keçirilir.Gec de olsz o vaxt qetle yetirilmiş ,facievi işgencelere meruz qalmış şikest edilmiş ilden çıxarılıb gün çöreyine möhtac edilmiş esger ve zabitlerimizin Haqqı özlerine qaytarılır.Allah gec eyler güc eyler,her kes öz emelinin girovufur ve layiq olduğu cezasını alacaq İnşaallah
Danadilin qırx merasıminde tesadüfen onu qetle yetiren quldurlardan iki üçü de onun meclisde iştirak edir.Bu zaman meclisini ortasında göyden bir durna qatarı oxuya oxuya keçir ve quldurlardan biri qeyri ixtiyari yanındakı qulduea deyir ki,Danadilin durnlarıdır.Bunu eşiden kendçilerdem biri cammata xeber edir ve millet bunların başçıları qarışıq tutub hamısını edam edib bu mezlumun qanını yerde qoymurlar.Haqq qalib gelir zefer çalur.
Ey durnalar Siz Allah şahidi olun ki,bu quldurkar nahaqq yere menim ölümüme fetva verim qanıma bais olurlar,menim bu ahu nailemi aileme yaxınlarıma çatdırın.Quldurkar bunun bu hereketine gülün taxığı öldürürler.Danadilin bele ölümü kendde böyük ses küye sbeb olur,camaat seferber olub bunun qatillerini axtarmağa qerar verirler .Bu hadşde hamını sarsıdır ve başlayırlar fealiyyete,her şeye göz qulaq olurlar.
Qedim zamanlarda bşr kendde Danadil adlı mesum namuslu bir adam var imiş ,halal zehmeti ile ailesini dolandırarmış ve kend ehalisi arasında da hörmeti varmış.Bir gün qonşu vilayete ticaret gedir ve qayıdanda kende çathaçatda quldurlar bunu tutur ,qazandıqlarını elinden alıb,özünü öldürmek isteyende quldurbaşına yalvarıb yaxarır ki qurban ölum pulumu aldız sağ olun meni öldürmeyin bir çeten külfetim köroe uşaqlarım var onlara rehm edin Allaha baxın bu zülmü yer göy götürmez.Bu yazığı lapa qoyub öldürmek isteyende bu görür ki bunu öldürecekler eli de heç yere çatmır görür ki göyde bir durna qatarı uçur üzünü tutub onlara deyir.
rusbashlari redd etmeyin vaxti coxdan catib.