Bu gün, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
İclasda AMEA-nın prezidenti Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan R.Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.
Ölkə başçısı Prezident İlham Əliyevin Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev yaxın tarixdə ölkədə ondan başqa heç kəsə “Heydər Əliyev” ordeninin verilmədiyini xatırladıb: “Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”.
Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirb. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.
Daha sonra çıxış edən Rəyasət Heyəti üzvləri qısa müddət ərzində Ramiz Mehdiyevin rəhbərliyi altında xeyli uğurlu işlərin görüldüyünü deməklə, onun Akademiya prezidenti vəzifəsindən ayrılmasından təəssüf hissləri keçirdiklərini dilə gətiriblər. Amma akademiklə əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə ümidvar olduqlarını bildiriblər.
***
AMEA-nın prezidenti Ramiz Mehdiyev istefa verməsinin səbəbini açıqlayıb.
Ramiz Mehdiyev "Unikal"-a açıqlamasında istefa xəbərini təsdiqləyib və bildirib ki, yaşla əlaqədar bu addımı atıb: "Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam".
Qeyd edək ki, cəmi iki gün əvvəl Ramiz Mehdiyev ətrafa təhdidlər yağdırır, sağlamlığının işləməsinə imkan verdiyini bəyan edirdi. Amma bu gün yaşlı olduğunu xatırlayıb...
***
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.
M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.

Şərhlər
Ramiz Mehdiyev Azərbsycanın düşmənidir. Onun fəalliyəti çox ciddi araşdırmaq lazımdır!
görəsən bundan sonra hansısa Ramiz Mehtiyev olacaq,yoxsa bütün neqativliyə son qoyulacaq?
Azərbaycanda müstəqilliyin bərpasından sonrakı son 30 ildə ilk dəfə yüksək ranqlı məmurdur ki (bəli məmur), istefaya gedir. Təssüf ki, o da zorla, təhqir və tənqid oluna-oluna. Sifətindən də görünən o ki, sanki döyülüb-əzilib. Amma əslində azacıq da olsa, özünə hörməti olan kəs, cəmiyyətdən gələn sifarişlər və rəhbərlik etdiyi strukturda aşkar edilən özbaşınalıq və talanlara görə derhal istefa ərizəsini yazmalıdır. Amma nə yazıq ki, bizdə hələ bu mədəniyyət formalaşmayıb. Formalaşsa idi, digər qrumlarda da bu cür hallar aşkar olunan kimi, həmin qurumun başında duran zadlar dərhal öz istefalarını Ölkə Başçısına təqdim edərdilər. Son illətrdə "n" sayda dövlət strukturlarında, yerli icra orqanlarında özbaşınalıqlar və büdcədən milyonların talanması ilə bağlı .hadisələr olub və olmaqda da davam edir. Son belə hadisə DTX xətti ilə Müdafiə Nazirliyində qeydə alındı. Axı hər kəs yaxşı bilir ki, o milyonları oğurlamaq sıradan siravi bir məmurun işi deyildir. Lap deyək ki, belədir, Onda deyərlər, bəs qrumun başında duran hara baxırdı ki, tabeliyində olan işçilər bu qədər dövlət vəsaitini talayıblar. Onda da belə bir sual çıxır, bəs onda Ölkənin müdafiəsinin qarantı olan (özü də indiki müharibə şəraitində) bu adamlara necə dövləti əmanət etmək olar. Başqa qrumlar da həmçinin, Baxmayaraq ki, Ölkə Başçısı özü də onlara dəfələrlə xəbərdarlıq edib. Demək ki, bütün bu özbaşınalıqlara, həyasızlıqlara, talanlara, məsuliyətsizliklərə son qoymaq üçün Ölkədə sistem deyişikliyinə getmək lazımdır. O sistem ki, Ölkə Başçısı indiki sistemin artıq köhnəldiyini özü də bir zad dilə gətirmişdir. Ona görə də bunun üçün yaxın zamanda Konstitusiyada inqilabi dəyişiliklər edib, tərkibinin əksəriyyəti Əli Əhmədov və Ramiz Mehdiyev cütlüyünün "əsərlərindən" ibarət olan yarımçıq doğulmuş indiki Məclisi buraxıb, Referenduma və azad Parlament seçgilərinə gedib, sistemi dəyişmək lazımdır.
Yasla geti,yoxsa basla getdi bilmirem,axir ki, horumcek toru duz ortasindan cirildi.Indi tor suretle daqilacaq.indi bildiz Mehdiyev luqetdeki horumcekden niye bele berk yapismisdi,
Yalansa bawina daw duwsun!
Ramizin yerine meni secin ) amma ali savadim yoxdu, ((
Kim oxuyacaq onun yazdığı kitabları?
Sənin cəfəngiyyatdan başqa bir şey olmayan o kitab dediyin kağız parçalarını bəyəm sən yazmısan ki ay əldəqayırma akademik?
Əsas odur ki, bu ermənipərəst, ruspərəst, düşmən mövqeyi ilə uyğunluq təşkil edən ramiz bundan sonra da dövlətə, millətə zərər vurmasın. Bunun üçün bu məxluq daim nəzarət altında olmalı, cinayətləri araşdırılmalı və ömürlük həbs olunmalıdır.
Yerine gelene de nezaret elemek lazimdi ki inkisaf var yoxsa yox
Deyir ki, alimlərimiz fəaliyyətini dövlət siyasətinə uyğun qurmalıdır. Bunun başı çatır ay camaat? Elm adamı elmi ilə məşğuldur. Sual edirəm fəlsəfəni, astranomiyanı, biologiyanı dövlət siyasətinə necə uyğunlaşdırmaq olar? Bəzi məxluqları dəfn etmək yox, krematoriyaya atmaq lazımdır.
.30 ildi pis gune qoymusdu olkeni....
Gözun aydin Azərbaycan !!!
Dincəldüüzz!?
Niyə görə sabah? Bu gün nəhs gündür ona görəmi bu gün iştefa vermir? Burda nəsə qəmbərqulu olmasın?