"2004-cü ildə 4 milyona yaxın kitab fondu olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondları 2020-ci ilin mart ayına nə üçünsə 1.383.610 ədədədək azalmışdır. Göstərilən illərdə nəinki elektron kataloq, heç ənənəvi kataloqa da heç bir ədəbiyyat-informasiya qeydiyyatı aparılmamışdır".
"AzPolitika.info" xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev öz "Facebook" səhifəsində məlumat verib.
Millət vəkili daha sonra yazır ki, 2014-cü il MEK-in Baş qeydiyyat kitabında (Depozitlər fondu) 135230 nüsxə ədəbiyyat göstərilsə də, MEK-in 2019-cu ilin hesabatında 1743 nüsxə ədəbiyyat göstərilib: "Aradakı fərq 133.487 nüsxə təşkil edir. 2014-cü il sənədində (Baş qeydiyyat kitabı) 822.819 nüsxə dövrü mətbuat qeyd edilsə də,
2019-cu ilin hesabatında dövrü mətbuat 347.810 nüsxə göstərilir. Aradakı fərq isə 475.009-dur. 2014-cü ilin MEK-də fondunun həcmi 2.222.824 qeyd olunsa da, 2019-cu il hesabatında 1.383.610 nüsxə ədəbiyyat qeyd olunmuşdur. Aradakı fərq 839.214 nüsxə təşkil edir ki, o da yerində aşkarlanmamışdır.
Əldə olunan məlumatlara görə bu illərdə direktorun göstərişi ilə ümumi fonddan 111.263 nüsxə ədəbiyyat hədiyyə edilmiş, 70 ton kitab və jurnal təkrar emala göndərilmiş və 70 minə yaxın ədəbiyyat MEK-in yeni binasına daşınmamış, oxucuların adında olan 5940 nüsxə ədəbiyyat silinmişdi. Hazırda 1000 – dən artıq kitabın aktı hazır və silinməmiş qalır.
2020-ci il sentyabrın 14-dən oktyabrın 31-ə kimi yoxlama zamanı “C” formatında (həcmi böyük, qədim və nadir nəşrlər) 9.957 nüsxə olmalı fonddan 824 nüsxə ədəbiyyat yerində aşkarlanmamışdır. 598 nüsxə isə inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyildir.
“C” formatında 1422 nüsxə ədəbiyyat çatışmazlığı aşkar olunmuşdur. 2014-2019-cu illər dövri mətbuat işlənilməmişdir. Bu illərin informasiya boşluğunun Akademiyada tədqiqat aparan alimlərin elmi yaradıcılığına vurduğu ziyan sual altındadır.
2017-ci ilin hesabatına görə Nadir Nəşrlər Fondunda 15.037 nüsxə kitab göstərilsə də, 10.015 nüsxə ədəbiyyat mövcuddur. 1403 nüsxə nadir kitab müxtəlif səbəblərdən, 61 isə səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə “oxucudadır” adı ilə aktlaşdırılmışdır. Halbuki, Nadir Nəşrlər Fondundan oxucuya kitab verilməsi qadağandır".

E. Əliyevin sözlərinə görə, akademiyanın kitabxanasından 2014-2016-cı illər ərzində onlarla savadlı mütəxəssis birdən-birə işdən uzaqlaşdırılıb: "Bu gün elm məbədi saydığımız AMEA kimi bir qurumun kitabxanasının elektron informasiya bazası bu vəziyyətə salınmışsa, hansı uğurlu onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilərdi? 2014-cü ildə dəyəri 238.449 manat olan 42 adda avadanlıq MEK-dən çıxarılmışdır və MEK-in arxivi isə dağıdılmışdır. 2014-2016-cı illər ərzində onlarla peşəkar savadlı, bacarıqlı kadrların işdən çıxarıldığı diqqəti cəlb edir ki, qısa zaman ərzində qəfildən bu qədər mütəxəssisin birdən-birə uzaqlaşdırılmasının səbəbləri məlum deyil”.

Şərhlər
Hörmətli Sura! Bir ixtisaslı kadrın zay çıxması kitabxanaya GİNEKOLOQUN müdir təyin edilməsinə heç cür haqq qazandıra bilmıəz
İxtisasçı kadrları da gördük... MEK ən acınacaqlı dövrünü 2020 mart - 2020 noyabr yaşayıb. Ermənilərlə informasiya müharibəsi aparan gəncləri məhv eləməyə gəlmişdi sanki. Biri də ədalətli çıxsın onu araşdırsın. Bu gün Mek inkişaf yolunda irəliləməkdədi....
Biz bütün dünyay car çəkirik ki, "Ay aman, ermənilər bizim mədəni-mənəvi sərvətimizi dağıtdı!. Onları cəzalandırın, söyün!" və s. və i. Bakıda isə akademik A. Əlizadə və akademik qızı Leyla millətin mədəni sərvətini talayır, məhv edir, doğrayıb karton düzəltmək üçün Ə. Gözələ satır, millətin vecinə də deyil. Onda erməniyə niyə irad tuturuq ki, özümüzkülər ermənidən betərdir?
Ermənilər öz işlərini görürlər və gizli planlarını hıyata keçirirlər.....
Etibar bəy burada baş vermiş cinayətlərin ancaq az bir qismindən yazıb. MEA MEK-də baş verənlər Azərbaycan xalqının intellektual sərvətinə -100 yaşlı kitabxanaya qarşı edilmiş ən murdar cinayətdir. A. Əlizadə eyni gündə Nazim İmanovu İqtisadiyyat İnstitutuna, onun qadın həkimi arvadını isə Leyla İmanovanı isə MEK-ə direktor təyin etdi. Nəinki Azərbaycanda, hətta dünya kitabxana praktikasında belə rüsvayçılıq olamyıb ki, ölkənin aparıcı kitabxanasına direktor kitabxanaçı yox, bu işə qəti dəxli olmayan adamı-oz peşəsi üzrə çalışmağa cəsarəti çatmayan adam təyin edilsin. Azərbaycanda əsası qoyulmuş bu yaramaz ənənəyə görə peşə savadı lazım deyil və belə çıxır ki, sabah da DOĞUM EVİNƏ baş həkim kitabxanaçı təyin edilə bilər. Burada millətin sərvətiniə qarşı ediliş cinayətə təxmini qiymət versək ən azı 50 milyon manat edər. Bəs 2-3 min manatdan ötrü insanı həbs etdirən PROKURORLUQ hara baxır? Onlara xüsusi dəvətmi lazəmdır ki, A. Əlizadənin imzasından sonra millətə bu qədər ziyan vuran şəxsləri tutsunar?
Millət vəkili həyacan təbili çalır: AMEA-nın kitab fondu dağıdılıb. Hesablama Palatası və Baş Prokurorluq susur. Ziyalılar həyacan təbili çalır: təmir adı altında Sovet dövründən qalmış unikal qurğular, cihazlar satılıb. Hesablama Palatası və Baş Prokurorluq susur. Alimlər həyacan təbili çalır: “Elmin İnkişaf Fondu” xaricdə görülmüş işlərə görə AMEA-nın Fizika İnstitutuna milyonlarla dollar ayırıb. Hesablama Palatası və Baş Prokurorluq susur. Bu iki qurum yuxarıdan göstəriş verilmədən heç bir iş görmür. Elm ocağı dağıdılır. Milləti elminə və mədəniyyətinə görə tanıyırlar. Satılmış qurğu və cihazları əvəz edə biləcək avadanlıqlar almaq əvəzinə biometrik turniketlər alıb, institutların qapılarında quraşdırırlar. AMEA-nın işbazları üçün bu da bir qazanc mənbəyidir.
2014-2017 illərdə Akademiyanın Pirzdenti Əlizadə adlı səxs olub. Deyəsən o illərdə Ramiz axşamlar kitabxanaya gəlib kitab çırpışdırıbmış.
Kitabxananın imicinə az zərbə vurun. ... Bu gün MEK-də çox sağlam mühit formalaşıb...
AzPolitika millət vəkili yox ,deputat yazın
Bu dehsetdir.Ozbasinaliq ve cezasizliq bizim axirimiza cixacaq.
Bəli, bu kitab soyqırımlarının təşkilatçısı, mənəvi və fiziki terrorun banisi məhz ramiz mehdiyevdir. İnşə Allah bu vicdansızlar öz layiqli cəzalarını çox yaxında alacaqlar.